Məhkəmə qərarları › İş №e-2(046)-1075/2024

Göyçay Rayon Məhkəməsi Qərardad — İş №e-2(046)-1075/2024

06.05.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vəsiyyət üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Göyçay rayonu İş № e-2(046)-1075/2024 06.05.2024 GÖYÇAY RAYON MƏHKƏMƏSİ X4, X3 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı vəsiyyət üzrə miras əmlakda vəsiyyət üzrə vərəsəlik hüququnun tanınması və miras payının müəyyən edilməsi tələbinə dair iddia ərizəsinin məhkəmə icraatının mümkünlüyü məsələsinə baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı vəsiyyət üzrə miras əmlakda vəsiyyət üzrə vərəsəlik hüququnun tanınması və miras payının müəyyən edilməsi tələbinə dair iddia ərizəsi Göyçay Rayon Məhkəməsinə xx.xx.2024-cü il tarixdə daxil olmuşdur. İddia ərizəsinin məhkəmə icraatının mümkünlüyü yoxlanılmalıdır. İddia ərizəsindən görünür ki, İddiaçı 26 iyun 2009-cu il tarixdə vəfat etmiş X1 miras qalmış ünvan 1 ünvanda yerləşən mənzil üzərində vəsiyyət üzrə vərəsəlik, mülkiyyət hüququnun tanınması və miras payının müəyyən edilməsini tələb edir. İddia ərizəsinə əlavə edilmiş sənədləri nəzərdən keçirtdikdə görünür ki, Göyçay rayon Notariat Ofisinin 14 fevral 2017-ci il tarixli məktubu ilə İddiaçı Cavabdeh ilə aralarında həmin əmlaka dair mirasın bölüşdürülməsi haqqında ixtilafı həll etmək üçün məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə Mülki Məcəlləsinin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246 və 1273-1-ci maddələri ilə mütənasiblik konstitusiya prinsipinə və Azərbaycan Respublikası Konstitusiyanın 29-cu maddəsinin Vİİ hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təminatına və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olmadığından qüvvədən düşmüş hesab edilmişdir. Göründüyü kimi Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2023cü il tarixli qərarının qəbul edilməsi ilə əlaqədar vərəsəlik hüququnun təmin olunmasında yeni hüquqi mövqeyi tətbiq edilir,notariat orqanları tərəfindən vərəsələr dairəsindən olan şəxsin müraciəti əsasında mirasdan imtina etməmiş vərəsələrin adına ümumi şəhadətnamə verilir. Lakin nə iddia ərizəsindən,nədə ki,iddia ərizəsinə əlavə edilmiş sənədlərdən vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsindən imtina edilməsi barədə Göyçay rayon Notariat Ofisinin 14 fevral 2017-ci il tarixli məktubunu aldıqdan sonra iddiaçının məhkəmə müdafiəsindən istifadə edib-etməməsi,etmədiyi halda imtina məktubunu aldıqdan sonra məhkəməyə vaxtında müraciət etməməsinin səbəbi müəyyən olunmur.Bundan başqa nəzərə alınmalıdır ki,keçən müddət ərzində vərəsəlik münasibətlərində dəyişikliyin olması istisna deyil və belə olan halda məhkəməyə müraciət etməmişdən əvvəl iddiaçının notariat orqanına müraciət etməsi vacibdir.Bu baxımdan məhkəmə hesab edir ki,hazırda iddiaçının məhkəməyə müraciət etməmişdən əvvəl notariat orqanına müraciət etməsini və notariusun notariat əməliyyatının aparılmasından imtina etməsini təsdiq edən sübut iddia ərizəsinə əlavə edilmədiyindən iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 114.1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizəni baxılmaq üçün qəbul etməkdən imtina edilərsə ödənilmiş dövlət rüsumu qaytarılır. Azərbaycan Respublikası Mülki Məcəllənin 1321-ci maddəsinə əsasən vərəsəliyə çağırılmış şəxslər mirasın açıldığı yerdəki notariat orqanından vərəsəlik şəhadətnaməsi tələb edə bilərlər. Həmin Məcəllənin 1322-ci maddəsinə əsasən vərəsəlik şəhadətnaməsi vərəsələrə mirasın açıldığı gündən altı ay keçdikdən sonra istənilən vaxt verilir. Beləliklə məhkəmə hesab edir ki, iddiaçı X2 cavabdeh X6 qarşı vəsiyyət üzrə miras əmlakda vəsiyyət üzrə vərəsəlik hüququnun tanınması və miras payının müəyyən edilməsi tələbinə dair iddia ərizəsi iddianın yolverilməzliyinə görə qəbul edilməkdən imtina edilməli,iddiaçıya mirasın açıldığı yerdəki notariat orqanına vərəsəlik şəhadətnaməsinin verilməsi ilə əlaqədar müraciət etmək,şəhadətnamənin verilməsindən imtina edildiyi halda məhkəməyə müraciət etmək hüququnun olması izah olunmalıdır. Azərbaycan Respublikası MPM-nin 263,264,268-ci maddələrini rəhbər tutaraq və göstərilənləri nəzərə alıb Göyçay Rayon Məhkəməsi qərara aldı: İddiaçı Cavabdeh qarşı vəsiyyət üzrə miras əmlakda vəsiyyət üzrə vərəsəlik hüququnun tanınması və miras payının müəyyən edilməsi tələbinə dair iddia ərizəsini iddianın yolverilməzliyinə görə qəbul etməkdən imtina edilsin. İddiaçıya izah olunsun ki,mirasın açıldığı yerdəki notariat orqanına vərəsəlik şəhadətnaməsinin verilməsi ilə əlaqədar müraciət etmək,şəhadətnamənin verilməsindən imtina edildiyi halda məhkəməyə müraciət etmək hüquqları vardır. Ödənilmiş 100 manat dövlət rüsumu İddiaçı qaytarılsın. Qərardaddan 10 gün müddətində Göyçay Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Elçin Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar