Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № e-2(046)-1083/2024 31.05.2024 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Giriş hissə: Hakim Qurbanova Gülnaz İntiqam qızı, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı borc tələbi barədə kiçik iddialara dair işlər üzrə ərizəsinə baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı "xxxx" MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2022-ci il tarixli, ********* saylı müqavilə üzrə 78 manat 30 qəpik əsas, 11 manat 70 qəpik cərimə, cəmi 90 manat 0 qəpik pulun və xx.xx.2022-ci il tarixli, ********* saylı müqavilə üzrə 20 manat 40 qəpik əsas, 3 manat cərimə, cəmi 23 manat 40 qəpik pulun, ümumilikdə hər iki müqavilə üzrə 98 manat 70 qəpik əsas, 14 manat 70 qəpik cərimə, cəmi 113 manat 40 qəpik pulun və 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" MMC ilə Cavabdeh arasında xx.xx.2022-ci il tarixli, ********* saylı və xx.xx.2022-ci il tarixli, ********* saylı nisyə alqı-satqı müqavilələri bağlanmışdır. Həmin xx.xx.2022-ci il tarixli, ********* saylı müqaviləyə əsasən sonuncu aldığı 4 ədəd «X1 Elegant 175/70 R13 PT311 TL 82T(AVTO0033364)» markalı təkər müqabilində hər ayın 15-dən gec olmamaqla 11 ay müddətində 28 manat, sonuncu ay üçün 22 manat 36 qəpik ödəməyi öhdəsinə götürmüşdür. Digər xx.xx.2022-ci il tarixli, ********* saylı müqaviləyə əsasən cavabdeh aldığı «Turbo 60 AH 12V L2-SMF-B13-(0)-(A) (AVTO0033695)» markalı 1 ədəd akkumulyator müqabilində hər ayın 29-dan gec olmamaqla 11 ay müddətində 10 manat, sonuncu ay üçün 0.49 manat ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı avadanlıqları təhvil verməklə müqaviləyə əsasən öz öhdəliklərini yerinə yetirsə də, cavabdeh aldığı malların dəyərini razılaşdırılmış qaydada ödəməmiş və nəticədə iki müqavilə üzrə cəmi 113.4 manat borcu yaranmışdır. Cavabdeh borcunu ödəmədiyi təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdar edilmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 23-1-ci fəslində təsbit edilmiş müddəaları rəhbər tutaraq, iddianın qiymətini nəzərə alıb, ərizəyə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxmışdır. Məhkəmə iddia ərizəsini iş materialları ilə birlikdə araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək qeyd edir ki, işdə olan sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət edir və iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatlarının alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurəti yoxdur. Yazılı sübut qismində iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki Cavabdeh ilə iddiaçı "xxxx" MMC-i arasında xx.xx.2022-ci il tarixli, ********* və xx.xx.2022-ci il tarixli, ********* saylı nisyə alqı-satqı müqavilələri bağlanmışdır. xx.xx.2022ci il tarixli, ********* saylı müqaviləyə əsasən cavabdeh dəyəri 330 manat 30 qəpik olan 4 ədəd «X1 Elegant 175/70 R13 PT311 TL 82T(AVTO0033364)» markalı təkər müqabilində hər ayın 15-dən gec olmamaqla 11 ay müddətində 28 manat, sonuncu ay üçün 22 manat 36 qəpik və xx.xx.2022-ci il tarixli, ********* saylı müqaviləyə əsasən cavabdeh dəyəri 110 manat 40 qəpik olan 1 ədəd «Turbo 60 AH 12V L2-SMF-B13-(0)-(A) (AVTO0033695)» markalı akkumulyator müqabilində hər ayın 29-dan gec olmamaqla 11 ay müddətində 10 manat, sonuncu ay üçün 0.49 manat məbləğində pulu iddiaçıya ödəməyi öhdəsinə götürmüşdür. Müqavilələr hər iki tərəfin imzası və iddiaçının möhürü ilə təsdiq edilmişdir. Cavabdehə borcunu ödəmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq məktubu göndərilmişdir. Cavabdeh xx.xx.2022-ci il tarixli, ********* saylı nisyə alqı-satqı müqaviləsi üzrə 78 manat 30 qəpik əsas, 117 manat cərimə, cəmi 195 manat 30 qəpik (güzəşt edilməmişdən əvvəl) borcunun olmasına dair xx.xx.2024-cü tarixli maliyyə arayışı və xx.xx.2022-ci il tarixli, ********* saylı nisyə alqı-satqı müqaviləsi üzrə 20 manat 40 qəpik əsas, 30 manat cərimə, cəmi 50 manat 40 qəpik (güzəşt edilməmişdən əvvəl) borcunun olmasına dair xx.xx.2024-cü tarixli maliyyə arayışı tərtib olunmuşdur. ********** saylı qəbzinə əsasən iddia ərizəsinin verilməsi üçün 30 manat dövlət rüsumu ödənilmişdir. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşya alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 601.1-ci maddəsinə görə isə, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. 385.1, 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında xx.xx.2022-ci il tarixli, ********* və xx.xx.2022-ci il tarixli, ********* saylı nisyə alqısatqı müqavilələrindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. İddiaçı alqısatqı müqavilələrinə əsasən üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra edərək avadanlıqları cavabdehə təqdim etmişdir. Cavabdeh isə aldığı malların dəyərini müəyyən edilmiş müddət ərzində ödəməməklə, üzərinə düşən öhdəlikləri pozmuşdur. Beləliklə, iddia tələbi əsas borcun tutulması hissəsində əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır. Göründüyü kimi Cavabdeh alqı-satqı müqavilələri üzrə öhdəliklərini lazımi qaydada icra etməməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilələrdə öhdəliklərin lazımi qaydada icra edilməməsinə görə dəbbə pulu ödənilməsi nəzərdə tutulduğundan cavabdehdən iddiaçının xeyrinə dəbbə pulu tutulması üçün əsaslar mövcuddur. Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, hazırkı qətnamə ilə iddia təmin edildiyindən iddia tərəfindən ödənilmiş 30 (otuz) manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Nəticə: Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 284-5, 284-6, 357, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh xx.xx.2022-ci il tarixli, ********* saylı müqavilə üzrə 78 manat 30 qəpik əsas, 11 manat 70 qəpik cərimə, cəmi 90 manat pulun və xx.xx.2022-ci il tarixli, ********* saylı müqavilə üzrə 20 manat 40 qəpik əsas, 3 manat cərimə, cəmi 23 manat 40 qəpik pulun, ümumilikdə hər iki müqavilə üzrə 98 manat 70 qəpik əsas, 14 manat 70 qəpik cərimə, cəmi 113 manat 40 qəpik məbləğində pul tutularaq "xxxx" MMC-nə ödənilsin. Cavabdeh dövlət rüsumu üçün ödənilmiş 30 (otuz) manat məbləğində pul alınaraq iddiaçı "xxxx" MMC-nə verilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Gülnaz Qurbanova
Məhkəmə qərarları › İş №e-2(046)-1083/2024
Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №e-2(046)-1083/2024
31.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver