Məhkəmə qərarları › İş №e-2(046)-1111/2024

Göyçay Rayon Məhkəməsi Qərardad — İş №e-2(046)-1111/2024

06.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Göyçay rayonu İş № e-2(046)-1111/2024 06.06.2024 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Qurbanov Elçin Firudin oğlunun sədrliyi, Burcaliyeva Leyla Sahib qızının katibliyi ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı pulun tutulması tələbinə dair mülki işə açıq məhkəmə hazırlıq iclasında işə baxaraq, müəyyən etdi: İddiaçı "xxxx" MMC-i Cavabdeh qarşı ərizə ilə məhkəməyə müraciət edərək xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən «Mitsubishi» kondisioneri üçün 263 manat 86 qəpik əsas borc, 26 manat 14 qəpik cərimə, cəmi 290 manat və 30 manat ödənilmiş dövlət rüsumu cavabdehdən alınaraq İddiaçı MMC-nə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə hazırlıq iclasının vaxtı və yeri barədə xəbərdar olunmuş iddiaçı "xxxx" MMC-nin nümayəndəsi məhkəməyə gəlməmiş,nümayəndəsi Nümayəndə məhkəməyə ərizə ilə müraciət edərək borclunun müqavilə üzrə borc öhdəliyini yerinə yetirdiyi üçün, işin baxılmamış saxlanmasını, iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin dövlət rüsumu ilə birlikdə geri qaytarılmasını xahiş etmişdir. Məhkəmənin hazırlıq iclasının vaxtı və yeri barədə xəbərdar olunmuş Cavabdeh məhkəməyə gəlməmiş, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə əsasən bu Məcəllənin 254, 255, 261.0.1-261.0.3 və 261.0.6-261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Həmin Məcəllənin 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. Məhkəmə hesab edir ki, məhkəmə baxışına hazırlığın icraatı zamanı iddiaçı "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə ərizənin qaytarılmasına dair ərizə verdiyindən ərizə ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalı, habelə ödənilmiş dövlət rüsumu da qaytarılmalıdır. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 170, 263, 264, 268-ci maddələrini rəhbər tutaraq və göstərilənləri nəzərə alıb qərara aldı: İddiaçı MMC-nin Cavabdeh qarşı pulun tutulması tələbinə dair ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Ödənilmiş 30 manat dövlət rüsumu İddiaçı MMC-nə qaytarılsın. Qərardaddan 10 gün müddətində Göyçay Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən :Elçin Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar