Məhkəmə qərarları › İş №e-2(046)-1136/2025

Göyçay Rayon Məhkəməsi Qərardad — İş №e-2(046)-1136/2025

04.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Göyçay rayonu İş № e-2(046)-1136/2025 04.04.2025 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlu, kreditor İddiaçı MMC-nin borclu Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsinə Göyçay şəhərində tarixdə baxaraq MÜƏYYƏNETDİ: İddiaçı SOLİTON LTD MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 228 manat məbləğində əsas borcun və ödənilmiş 30 manat dövlət rüsumu tutularaq ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Aşağıda göstərilənlərə əsasən kreditor İddiaçı MMC-nin ərizəsi və əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, kreditor İddiaçı MMC-nin hazırki iddia ərizəsinə əlavə etdiyi 30 manat dövlət rüsumunun ödənilməsi barədə ********** saylı qəbz, Elektron Məhkəmə Sistemindən çıxarışa əsasən 2(046)-804/2025 saylı iş üzrə istifadə olunmuşdur. Azərbaycan Respublikası MPM-nin 149.2.5, 152.1.5-ci maddələrinə görə iddia ərizəsinə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd əlavə edilmədikdə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılır. Həmin Məcəllənin 284-3.5-ci maddəsinə əsasən ərizənin bu Məcəllənin 284-3.1-ci və 284-3.2-ci maddələri ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə, yaxud bu Məcəllənin 152.1.2-152.1.9-cu maddələrində müəyyən edilmiş əsaslar olduqda hakim iddia ərizəsini və ona əlavə olunmuş sənədləri geri qaytarır. Ərizənin qaytarılması həmin nöqsanlar aradan qaldırıldıqdan sonra kiçik iddialar üzrə sadələşdirilmiş icraat qaydasında yenidən məhkəməyə müraciət etməyə mane olmur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 152, 263, 264, 268ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARVERDİ: İddiaçı MMC-nin Cavabdeh qarşı borc tələbinə dair ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya dövlət rüsumunu müəyyən edilmiş qaydada və məbləğdə ödənilməsi izah edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətinə Göyçay Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim İbrahim Fəttahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar