Məhkəmə qərarları › İş №e-2(046)-1151/2025

Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №e-2(046)-1151/2025

29.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № e-2(046)-1151/2025 29.04.2025 GÖYÇAY RAYON MƏHKƏMƏSİ X1, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı kiçik iddia üzrə borcun tutulması tələbinə dair mülki işə yazılı icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı "xxxx" MMC-i Cavabdeh ilə bağladığı xx.xx.2024-cü il, xx.xx.2024-cü il və xx.xx.2023-cü il tarixli alqı-satqı müqavilələrinə əsasən dəyəri 166 manat 65 qəpik olan süfrə-tekstili 18 ay müddətinə, dəyəri 2356 manat 80 qəpik olan 6 ədəd stul, Deluks - Qonaq- Masa, 7 ədəd zəmanət+ 3 İL xidməti üçün 24 ay müddətinə və dəyəri 2059 manat 20 qəpik olan 6 ədəd zəmanət + 2 il xidməti, 2 ədəd matras , Tokyo - Genc - Carpayı, Relaks - Yataq- 4 qapılı Dolab, Relaks - Yataq- Trumo, 2 ədəd Relaks - Yataq- Tumba, Tokyo - Genc – Carpayını 24 ay müddətinə nisyə satmışdır. İddiaçı "xxxx" MMC-i iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh xx.xx.2024-cü il tarixli müqavilə üzrə 151 manat 50 qəpik ödənilməmiş hissə, 15 manat 15 qəpik cərimə, xx.xx.2024-cü il tarixli müqavilə üzrə 1864 manat 80 qəpik ödənilməmiş hissə, 186 manat 48 qəpik cərimə və xx.xx.2023-cü il tarixli müqavilə üzrə 942 manat 40 qəpik ödənilməmiş hissə, 94 manat 24 qəpik cərimə olmaqla, ümumilikdə 3254 manat 57 qəpik və ödənilmiş 52 manat 55 qəpik məbləğində dövlət rüsumunun ödənilməsini tələb etmişdir. Tələbi onunla əsaslandırmışdır ki, Cavabdeh müqavilənin şərtlərini pozmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinə əsasən Cavabdeh iddia ərizəsinin surəti və bildiriş poçt vasitəsilə qeydiyyatda olduğu yer üzrə göndərilmiş, lakin həmin ünvandan köçməsi səbəbindən zərf geri qaytarılmışdır. Cavabdehin iddiaya qarşı əsaslandırılmış etirazı məhkəməyə daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən təqdim olunan sənədləri iş üzrə yekun qərar çıxarılması üçün kifayət hesab edərək məhkəmə baxışı keçirilmədən və tərəflərin izahatlarını dinləmək üçün çağırılmadan, mülki işin həllinə dair qətnamə çıxarılmasını mümkün hesab etmişdir. İşə əlavə edilmiş maliyyə ödəniş cədvəlindən görünür ki, Cavabdeh xx.xx.2024-cü il tarixli müqavilə üzrə 151 manat 50 qəpik ödənilməmiş hissə, 15 manat 15 qəpik cərimə, xx.xx.2024-cü il tarixli müqavilə üzrə 1864 manat 80 qəpik ödənilməmiş hissə, 186 manat 48 qəpik cərimə və xx.xx.2023-cü il tarixli müqavilə üzrə 942 manat 40 qəpik ödənilməmiş hissə, 94 manat 24 qəpik cərimə olmaqla, ümumilikdə 3254 manat 57 qəpik borcu mövcuddur. İşə əlavə edilmiş xx.xx.2024-cü il, xx.xx.2024-cü il və xx.xx.2023-cü il tarixli alqısatqı müqavilələrinə əsasən , satıcı "xxxx" MMC-i ilə alıcı Cavabdeh arasında dəyəri 166 manat 65 qəpik olan süfrə-tekstili 18 ay müddətinə, dəyəri 2356 manat 80 qəpik olan 6 ədəd stul, Deluks - Qonaq- Masa, 7 ədəd zəmanət+ 3 İL xidməti üçün 24 ay müddətinə və dəyəri 2059 manat 20 qəpik olan 6 ədəd zəmanət + 2 il xidməti, 2 ədəd matras , Tokyo - Genc - Carpayı, Relaks - Yataq- 4 qapılı Dolab, Relaks - Yataq- Trumo, 2 ədəd Relaks - Yataq- Tumba, Tokyo - Genc – Carpayını 24 ay müddətinə hissə-hissə ödəmək şərtilə nisyə alqı-satqısı barədə müqavilə imzalanmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 385.1-ci maddəsinin tələblərinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Beləliklə bu hissədə tədqiq edilmiş sübutlardan müəyyən olunur ki, tərəflər arasında bağlanmış xx.xx.2024-cü il, xx.xx.2024-cü il və xx.xx.2023-cü il tarixli alqı-satqı müqavilələrinin digər mühüm şərtləri ilə yanaşı əşyaların qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulduğundan, müqavilələr hissə-hissə ödəmə şərtilə nisyə satılması haqqında olmuşdur. Məhkəmə təqdim edilmiş sübutlara qiymət verərək hesab edir ki, iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında hissə-hissə ödəmə şərtilə etibarlı nisyə alqı-satqı müqavilələri bağlandığından, əşyaları təhvil almış alıcı Cavabdeh xx.xx.2024-cü il, xx.xx.2024-cü il və xx.xx.2023-cü il tarixli nisyə alqı-satqı müqavilələrində nəzərdə tutulan müddətlərdə ödəmək vəzifəsini icra etmədiyindən iddiaçı "xxxx" MMC verilmiş əşyaların dəyərinin ödənilməsini tələb etmək hüququna malik olmuşdur. Bununla yanaşı məhkəmə qeyd edir ki, iddiaçı "xxxx" MMC-nin Cavabdeh xx.xx.2024-cü il tarixli müqavilə üzrə 15 manat 15 qəpik məbləğində cərimə,xx.xx.2024-cü il tarixli müqavilə üzrə 186 manat 48 qəpik məbləğində cərimə və xx.xx.2023-cü il tarixli müqavilə üzrə 94 manat 24 qəpik məbləğində cərimə tələbi tənasübsüz surətdə yüksəkdir. Buna görə də məhkəmə tərəflərin mənafelərini nəzərə alaraq hesab edir ki, xx.xx.2024-cü il tarixli müqavilə üzrə 15 manat 15 qəpik məbləğində cərimə 7 manat 58 qəpik,xx.xx.2024cü il tarixli müqavilə üzrə 186 manat 48 qəpik məbləğində cərimə 93 manat 24 qəpik və xx.xx.2023-cü il tarixli müqavilə üzrə 94 manat 24 qəpik məbləğində cərimə 47 manat 12 qəpik məbləğinədək azaldılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Beləliklə məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, xx.xx.2024-cü il tarixli müqavilə üzrə 151 manat 50 qəpik ödənilməmiş hissə, 7 manat 58 qəpik cərimə, xx.xx.2024-cü il tarixli müqavilə üzrə 1864 manat 80 qəpik ödənilməmiş hissə, 93 manat 24 qəpik cərimə və xx.xx.2023-cü il tarixli müqavilə üzrə 942 manat 40 qəpik ödənilməmiş hissə, 47 manat 12 qəpik cərimə olmaqla, ümumilikdə 3106 manat 64 qəpik məbləğində pul alınaraq iddiaçı "xxxx" MMC-nə verilməli, bununla da iddia qismən təmin olunmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İşə əlavə edilmiş qəbzdən görünür ki, məhkəmə xərcləri iddia ərizəsinin verilməsi üçün ödənilmiş 52 manat 55 qəpik dövlət rüsumundan ibarətdir. Məhkəmə qeyd olunanları nəzərə alıb, hesab edir ki, iddia qismən təmin edildiyindən məhkəmə xərci cavabdehə aid edilməlidir. Məhkəmə qeyd olunanları nəzərə alıb və Azərbaycan Respublikasının MPM-nin 216-220, 284-6.1-284-6.3-cü maddələrini rəhbər tutaraq, qət etdi: İddia qismən təmin edilsin. Gecikdirilməyə görə xx.xx.2024-cü il tarixli müqavilə üzrə hesablanmış 15 manat 15 qəpik məbləğində cərimə 7 manat 58 qəpik,xx.xx.2024-cü il tarixli müqavilə üzrə hesablanmış 186 manat 48 qəpik məbləğində cərimə 93 manat 24 qəpik və xx.xx.2023-cü il tarixli müqavilə üzrə hesablanmış 94 manat 24 qəpik məbləğində cərimə 47 manat 12 qəpik məbləğinədək azaldılsın. Cavabdeh xx.xx.2024-cü il tarixli müqavilə üzrə 151 manat 50 qəpik ödənilməmiş hissə, 7 manat 58 qəpik cərimə, xx.xx.2024-cü il tarixli müqavilə üzrə 1864 manat 80 qəpik ödənilməmiş hissə, 93 manat 24 qəpik cərimə və xx.xx.2023-cü il tarixli müqavilə üzrə 942 manat 40 qəpik ödənilməmiş hissə, 47 manat 12 qəpik cərimə olmaqla, ümumilikdə 3106 manat 64 qəpik məbləğində pul alınaraq iddiaçı "xxxx" MMC-nə verilsin. Qalan hissədə iddia təmin edilməsin. Cavabdeh dövlət rüsumu üçün ödənilmiş 52 manat 55 qəpik məbləğində pul alınaraq iddiaçı "xxxx" MMC-nə verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Elçin Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar