Məhkəmə qərarları › İş №e-2(046)-1179/2023

Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №e-2(046)-1179/2023

13.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № e-2(046)-1179/2023 13.06.2023 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlu, iddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı pul tələbinə dair ərizə və ona əlavə olunmuş sənədlərə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC ərizə ilə məhkəməyə müraciət edərək cavabdehdən xx.xx.2021-ci il tarixli müqavilə üzrə 1909.5 manat əsas, 190.5 manat cərimə olmaqla, cəmi 2100 manat borcun, xx.xx.2021-ci il tarixli müqavilə üzrə 219.9 manat əsas, 21.1 manat cərimə olmaqla, cəmi 241 manat borcun, xx.xx.2021-ci il tarixli müqavilə üzrə 121.6 manat əsas, 12.4 manat cərimə olmaqla, cəmi 134 manat borcun və xx.xx.2021-ci il tarixli müqavilə üzrə 77 manat əsas, 7 manat cərimə olmaqla, cəmi 84 manat borcun, ümumilikdə hər dörd müqavilə üzrə 2559 manat borcun və 45.59 manat dövlət rüsumunun onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəni belə əsaslandırılmışdır ki, cavabdeh iddiaçı ilə bağladığı xx.xx.2021-cu il tarixli müqaviləyə əsasən cavabdehə 12 ay müddətinə2551.6 manat dəyərində Samsung Galaxy S21 markalı telefon, xx.xx.2021-cu il tarixli müqaviləyə əsasən cavabdehə 18 ay müddətinə264.6 manat dəyərində Samsung Galaxy A02 markalı telefon, xx.xx.2021-cu il tarixli müqaviləyə əsasən cavabdehə 12 ay müddətinə163.2 manat dəyərində X1 Earbuds 2 qulaqlıq,Casıo saat və xx.xx.2021-cu il tarixli müqaviləyə əsasən 12 ay müddətinə 143.3 manat dəyərində Nokia 5310 markalı telefon satılmışdır. Cavabdeh həmin məbləğlərdən cəmi 794.7 manat ödəniş etmişdir. Borcun ödənilməsinə dair dəfələrlə cavabdehə yazılı olaraq bildiriş göndərilmiş, lakin cavabdeh şirkətə olan borcunu ödəməmişdir. Hazırda cavabdehin ümumilikdə 2559 manat borcu qalmışdır. Buna görə də ümumilikdə 2559 manat borcun və 45.59 manat ödənilmiş dövlət rüsumunun cavabdehdən alınaraq "xxxx" MMC-nin hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehə iddiaya qarşı əsaslandırılmış etirazın, dəlillərin və onları təsdiq edən sənədlərin təqdim olunması barədə məhkəmə bildirişi vasitəsi ilə təklif olunmuş, lakin cavabdeh məhkəməyə etiraz təqdim etməmişdir. Məhkəmə ərizəni və ona əlavə olunmuş sənədləri tədqiq edərək hesab edir ki, ərizə təmin olunmalıdır Məhkəməyə təqdim edilmiş xx.xx.2021-cu il tarixli müqavilədən görünür ki, Cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış müqaviləyə əsasən dəyəri 2551.6 manat olan Samsung Galaxy S21 markalı telefonu 12 ay ərzində hər ay 179.96 manat ödəmək şərti ilə nisyə satılmışdır. Məhkəməyə təqdim edilmiş xx.xx.2021-cu il tarixli müqavilədən görünür ki, Cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış müqaviləyə əsasən dəyəri 264.6 manat olan Samsung Galaxy A02 markalı telefonu 18 ay ərzində hər ay 14.7 manat ödəmək şərti ilə nisyə satılmışdır. Məhkəməyə təqdim edilmiş xx.xx.2021-cu il tarixli müqavilədən görünür ki, Cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış müqaviləyə əsasən dəyəri 163.2 manat olan X1 Earbuds 2 qulaqlıq,Casıo saat 12 ay ərzində hər ay 13.6 manat ödəmək şərti ilə nisyə satılmışdır. Məhkəməyə təqdim edilmiş xx.xx.2021-cu il tarixli müqavilədən görünür ki, Cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış müqaviləyə əsasəndəyəri 143.3 manat olan Nokia 5310 markalı telefonu 12 ay ərzində hər ay 11 manat ödəmək şərti ilə nisyə satılmışdır. Məhkəməyə təqdim edilmiş xx.xx.2023-cü il tarixli maliyyə arayışdan görünür ki, Cavabdeh "xxxx" MMC-yə xx.xx.2021-cu il tarixli müqavilə üzrə 1909.5 manat əsas, 190.5 manat cərimə olmaqla, cəmi 2100 manat borcu, xx.xx.2021-cu il tarixli müqavilə üzrə 219.9 manat əsas, 21.1 manat cərimə olmaqla, cəmi 241 manat borcu, xx.xx.2021-cu il tarixli müqavilə üzrə 121.6 manat əsas, 12.4 manat cərimə olmaqla, cəmi 134 manat borcu və xx.xx.2021-cu il tarixli müqavilə üzrə 77 manat əsas, 7 manat cərimə olmaqla, cəmi 84 manat borcu vardır. Mülki Məcəllənin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Məhkəmə hesab edir ki, Mülki Məcəllənin göstərilən müddəaları baxımından iddiaçı və cavabdeh arasında müqavilə hüquq münasibətlərindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının ona vurulmuş zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbi də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Mülki Məcəllənin 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli,əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəlikdə tərəf kimi mülki-hüquq münasibətlərinin bütün iştirakçıları – fiziki və hüquqi şəxslər, dövlət hakimiyyəti və yerli özünüidarə orqanları çıxış edə bilərlər (Mülki Məcəllənin 5-ci maddəsi). Hər bir öhdəlikdə borclu – pul ödəməyə, əmlak verməyə, işi icra etməyə, xidmət göstərməyə borclu olan şəxs və kreditor – borcludan vəzifəsini icra etməyi tələb etmək hüququ olan şəxsdir. Mülki Məcəllədə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması – öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə Mülki Məcəllənin 426-ci maddəsində təsbit edilmiş «vicdanlılıq» anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə, öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidməti qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Mülki Məcəllənin 412.4.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 412.4.2.1-ci maddəsinə əsasən isə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Məhkəmə hesab edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları baxımından cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, o, müqavilələr üzrə üzərinə götürdüyü öhdəliyə yerinə yetirməmişdir. Buna görə də müqavilələr üzrə cavabdehin ödəmədiyi qalıq borc və cərimə borcu iddiaçının xeyrinə tutulmalıdır. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı iddia ərizəsi ilə müraciət edərkən 20 manat dövlət rüsumu ödəmiş, lakin iddia ərizəsində 45.59 manat dövlət rüsumunun cavabdehdən alınmasını tələb etmişdir. Ona görə də məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 20 manat məbləğində dövlət rüsumu cavabdehə aid edilməlidir. Mülki Prosessual Məcəllənin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh xx.xx.2021-cu il tarixli müqavilə üzrə 1909.5 manat əsas, 190.5 manat cərimə olmaqla, cəmi 2100 manat borcu, xx.xx.2021-cu il tarixli müqavilə üzrə 219.9 manat əsas, 21.1 manat cərimə olmaqla, cəmi 241 manat borcu, xx.xx.2021-cu il tarixli müqavilə üzrə 121.6 manat əsas, 12.4 manat cərimə olmaqla, cəmi 134 manat borcu və xx.xx.2021-cu il tarixli müqavilə üzrə 77 manat əsas, 7 manat cərimə olmaqla, cəmi 84 manat borcun və 45.59 manat dövlət rüsumu tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. HAKİM İbrahim Fəttahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar