Məhkəmə qərarları › İş №e-2(046)-1269/2023

Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №e-2(046)-1269/2023

19.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № e-2(046)-1269/2023 19.06.2023 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Qurbanov Elçin Firudin oğlunun sədrliyi Qəniyev Nurlan Mehman oğlunun katibliyi ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında borcun tutulması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı "xxxx" MMC-i Cavabdeh ilə bağladığı xx.xx.2020-ci il tarixli, GMK04662 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən ilkin ödəniş 300 manat olmaqla 12 ay müddətinə hissə-hissə hər ay üçün 97 manat, sonuncu ay üçün isə 92 manat 86 qəpik ödəmək şərti ilə, 1459 manat 86 qəpik dəyərində malların nisyə satış müqaviləsinə 2 saylı əlavədətəhvil-təslim aktında göstərilən məişət texnikaları nisyə satılmış və həmin məhsullar cavabdehə təhvil-təslim aktı üzrə təhvil verilmişdir. İddiaçı "xxxx" MMC-i iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh xx.xx.2020-ci il tarixli, GMK04662 saylı nisyə alqı-satqı müqaviləsi üzrə 1062 manat 86 qəpik ödənilməmiş hissə, 282 manat 38 qəpik cərimə olmaqla, cəmi 1345 manat 24 qəpik və ödənilmiş 33 manat 45 qəpik məbləğində dövlət rüsumunun ödənilməsini tələb etmişdir. Tələbi onunla əsaslandırmışdır ki, Cavabdeh müqavilənin şərtlərini pozmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinə əsasən Cavabdeh iddia ərizəsinin surəti və bildiriş poçt vasitəsilə qeydiyyatda olduğu yer üzrə göndərilmiş, işə əlavə edilmiş poçt göndərişinin verilməsi haqqında xəbərnaməyə əsasən xx.xx.2023-cü il tarixdə bildiriş Cavabdeh çatdırılmışdır. Cavabdehin bildirişi rəsmi qaydada aldığı gündən 10 iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazı məhkəməyə daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən təqdim olunan sənədləri iş üzrə yekun qərar çıxarılması üçün kifayət hesab edərək məhkəmə baxışı keçirilmədən və tərəflərin izahatlarını dinləmək üçün çağırılmadan, mülki işin həllinə dair qətnamə çıxarılmasını mümkün hesab etmişdir. İşə əlavə edilmiş "xxxx" MMC-i ilə müştəri "xxxx" MMC-i arasında bağlanmış 01 sentyabr 2022-ci il tarixli, 01 nömrəli Faktorinq müqaviləsinə əsasən, "xxxx" MMC-i ilə borclu Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli, GMK04662 saylı nisyə alqısatqı müqaviləsindən irəli gələn pul tələbini “X1 Olmayan Kredit Təşkilatı” MMC-yə güzəşt etmişdir. İşə əlavə edilmiş "xxxx" MMC-i tərəfindən borclu Cavabdeh xx.xx.2020-ci il tarixli, GMK04662 saylı nisyə alqı-satqı müqaviləsindən irəli gələn pul tələbini “X1 Olmayan Kredit Təşkilatı” MMC-yə güzəşt etməsi barədə bildiriş verilmişdir. İşə əlavə edilmiş maliyyə ödəniş cədvəlindən görünür ki, Cavabdeh xx.xx.2020-ci il tarixli, GMK04662 saylı nisyə alqı-satqı müqaviləsi üzrə 1062 manat 86 qəpik ödənilməmiş hissə, 282 manat 38 qəpik cərimə olmaqla, cəmi 1345 manat 24 qəpik borcu mövcuddur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələblərinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icr-a edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1.-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar ücün cavabdehdir. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 741-ci maddəsinə əsasən, əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Məhkəmə təqdim edilmiş sübutlara qiymət verərək hesab edir ki, "xxxx" MMC-i ilə Cavabdeh arasında etibarlı hissə-hissə ödəmə şərtilə nisyə alqı-satqı müqaviləsi bağlandığından, əşyaları təhvil almış alıcı Cavabdeh onu xx.xx.2020-ci il tarixli nisyə alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədiyindən tələb hüququ keçmiş iddiaçı "xxxx" MMC-i verilmiş əşyaların dəyərinin ödənilməsini tələb etmək hüququna malik olmuşdur. Belə ki, "xxxx" MMC-i ilə "xxxx" MMC-i arasında imzalanan Faktorinq müqaviləsi və həmin faktorinq müqaviləsinə əlavə olunan sazişə əsasən, "xxxx" MMC-nin Cavabdeh qarşı olan tələb hüququ "xxxx" MMC-yə keçmişdir. Beləliklə məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, xx.xx.2020-ci il tarixli, GMK04662 saylı nisyə alqı-satqı müqaviləsi üzrə Cavabdeh 1062 manat 86 qəpik ödənilməmiş hissə, 282 manat 38 qəpik cərimə olmaqla, cəmi 1345 manat 24 qəpik məbləğində pul alınaraq iddiaçı "xxxx" MMC-nə verilməli, bununla da iddia təmin olunmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İşə əlavə edilmiş qəbzdən görünür ki, məhkəmə xərcləri iddia ərizəsinin verilməsi üçün ödənilmiş 33 manat 45 qəpik məbləğində dövlət rüsumundan ibarətdir. Məhkəmə qeyd olunanları nəzərə alıb, hesab edir ki, iddia təmin edildiyindən məhkəmə xərcləri cavabdehə aid edilməlidir. Məhkəmə qeyd olunanları nəzərə alıb və Azərbaycan Respublikasının MPM-nin 220, 284-6.1-284-6.3-cü maddələrini rəhbər tutaraq, qət etdi: İddia təmin edilsin. Cavabdeh xx.xx.2020-ci il tarixli, GMK04662 saylı nisyə alqı-satqı müqaviləsi üzrə 1062 manat 86 qəpik ödənilməmiş hissə, 282 manat 38 qəpik cərimə olmaqla, cəmi 1345 manat 24 qəpik məbləğində pul alınaraq iddiaçı "xxxx" MMC-nə verilsin. Cavabdeh dövlət rüsumu üçün ödənilmiş 33 manat 45 qəpik məbləğində pul alınaraq iddiaçı "xxxx" MMC-nə verilsin. Qətnamədən bir ay müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Elçin Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar