Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № e-2(046)-1291/2023 29.08.2023 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Qurbanov Elçin Firudin oğlunun sədrliyi, Qəniyev Nurlan Mehman oğlunun katibliyi ilə, İddiaçı MMC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı borc məbləğinin tutulması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh ilə bağlanmış xx.xx.2022-ci il tarixli, 1673 nömrəli «Nisyə alqı-satqı haqqında» müqavilə üzrə qalıq ümumi borc məbləği olan 8854 (səkkiz min səkkiz yüz əlli dörd) manat borcun, 109 (yüz doqquz) manat dövlət rüsumu qismində ödənilmiş məbləğin və eyni zamanda qətnamə qəbul olunan tarixədək müqavilə üzrə hər gecikdirilən gün üçün hesablanmış dəbbə pulunun (cərimənin və faizlərin) Cavabdeh İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan İddiaçı MMC-nin nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə verərək, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 1673 nömrəli «müqavilə» üzrə 8854 (səkkiz min səkkiz yüz əlli dörd) manat qalıq borc məbləğinin, 639 (altı yüz otuz doqquz) manat 60 (altmış) qəpik cərimə məbləğinin və 109 (yüz doqquz) manat dövlət rüsumu qismində ödənilmiş məbləğin, cəmi 9602 (doqquz min altı yüz iki) manat 60 (altmış) qəpik məbləğində pul vəsaitinin Cavabdeh İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.Daha sonra İddiaçı MMC-nin nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə verərək, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 1673 nömrəli «müqavilə» üzrə 7870 (yeddi min səkkiz yüz yetmiş) manat qalıq borc məbləğinin və 120 (bir yüz iyirmi) manat dövlət rüsumu qismində ödənilmiş məbləğin, cəmi 7990 (yeddi min doqquz yüz doxsan) manat məbləğində pul vəsaitinin Cavabdeh İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin halları: İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında xx.xx.2022-ci il tarixli, 1673 nömrəli «Nisyə alqı-satqı haqqında» müqaviləsi bağlanmışdır. Tərəflər arasında bağlanmış «Müqavilə Əlavəsi»nə əsasən satış obyektləri olan yeni (işlənməmiş) “Elos Trio” cihazı və öncədən görünüşləri razılaşdırılmış hədiyyələr xx.xx.2022-ci il tarixli təhvil-təslim aktına əsasən Cavabdeh təhvil verilmişdir. xx.xx.2022-ci il tarixli təhvil-təslim aktı Cavabdeh tərəfindən şəxsən imzalanmış və həmin akta əsasən o, “təhvil aldığı predmetlərin (əşyaların, cihazların və ya məhsulların) öz funksiyalarını tam şəkildə yerinə yetirdiklərini və qeyd olunmuş bütün predmetlərin arzu etdiyi keyfiyyətə sahib olduqlarını” təsdiq etmişdir. Tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli «Müqavilə Əlavəsi»nin 2.2-ci bəndinə əsasən, satış obyektinin toplam satış qiyməti 13800 (on üç min səkkiz yüz) manat müəyyən edilmişdir. «Müqavilə Əlavəsi»nin 2.3-cü bəndində qeyd edilmiş satış qiymətinin ödəniş mərhələlərinə uyğun olaraq Cavabdeh tərəfindən ilkin ödəniş olaraq 2000 (iki min) manat, daha sonra ödəniş mərhələlərinə uyğun olaraq hissəhissə olmaqla cəmi 2946 (iki min doqquz yüz qırx altı) manat, ümumilikdə isə 4946 (dörd min doqquz yüz qırx altı) manat ödənişlər edilmişdir. Daha sonra isə müqavilə üzrə öhdəliyin icrası Cavabdeh tərəfindən birtərəfli qaydada pozulmuş, xx.xx.2023-cü il tarixdə 498 (dörd yüz doxsan səkkiz) manat ödəniş icra edilməli idi. Bir neçə dəfə Cavabdeh ödəniş edilməsi tələb edilsə də, cavabdeh tərəfindən qərəzli şəkildə bugünə kimi ödəniş edilməmişdir. Ödəniş mərhələlərinə uyğun olaraq Cavabdeh tərəfindən ödəniş edilməməsi, müqavilənin ödəniş şərtlərinin birtərəfli qaydada dəyişdirilməsi və ya pozulması anlamına gəlir. Bu kimi hal Azərbaycan Respublikasının Mülki Məcəlləsinə və mövcud müqaviləyə zidd əməl hesab olunur. Hesab edir ki, yuxarıda qeyd edilmiş məlumat və faktlar nəzərə alınmaqla aşağıdakı hüquqi əsaslara görə iddia ərizəsi tam təmin edilməlidir. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: Məhkəmə iclasında İddiaçı MMC-nin nümayəndəsi X2 iddianı müdafiə etdi,izahat verərək bildirdi ki,iddia ərizəsi ilə məhkəməyə müraciət edildikdən sonra Cavabdeh xx.xx.2023-cü il tarixdə 492 manat,xx.xx.2023-cü il tarixdə 492 manat ödəniş etmişdir.Halhazırda cavabdehin 7870 manat borcu qalmışdır.İddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar olunmuş Cavabdeh məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. İddiaçının nümayəndəsinin izahatını dinləyib,təqdim edilmiş sübutlara hüquqi qiymət verərək məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Mülki işdə olan sənədlər: İşə əlavə edilmiş xx.xx.2022-ci il tarixli 1673 nömrəli nisyə-alqı satqı müqaviləsindən görünür ki, İddiaçı MMC ilə Cavabdeh arasında nisyə alqı-satqı müqaviləsi bağlanmış, “sifarişçi” satış obyektini sifariş verib “icraçı”ya razılaşdırılmış satış obyektinin satış qiymətini ödəməyi, “icraçı” isə “sifarişçi” yə ödənilmiş məbləğ qarşısında satış obyektini satmağı öhdəsinə götürmüş, göstərilməli xidmət üzrə satış obyekti və onun satış qiyməti, bu müqaviləyə əlavə edilən və bu müqavilənin ayrılmaz tərkib hissəsi hesab edilən müqavilə əlavəsi ilə müəyyənləşdirilir. İşə əlavə edilmiş xx.xx.2022-ci il tarixli müqavilə əlavəsindən görünür ki, Cavabdeh İddiaçı MMC-dən 13800 manat dəyərində yeni (işlənməmiş) “Elos Trio” cihazı almış və 24 ay müddətində pulunu ödəməyi öhdəsinə götürmüşdür. İşə əlavə edilmiş xx.xx.2022-ci il tarixli təhvil-təslim- aktının surətindən görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixli müqavilə əsasında ona çatdırılmalı olan bütün predmetləri yeni (işlənməmiş), saz vəziyyətdə, heç bir problemi olmadan qüsursuz olaraq təhvil almış və heç bir etirazı olmamışdır. İşə əlavə edilmiş 18 avqust 2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixli müqavilə üzrə İddiaçı MMC-nə 7870 manat borcu vardır. Tətbiq edilən hüquq normaları: Azərbaycan Respublikası Mülki Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsindən əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərədə tutulan müddətdə, müqavilədə belə müddət nəzərədə tutulmadıqda isə bu məcəllənin 427ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyat keçirilməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 04 nömrəli qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Qərarın 2.4-cü bəndinə görə, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında qeyd etmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Məhkəmənin mövqeyi: Hazırkı iş üzrə məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: İş üzrə tədqiq edilmiş sübutlardan müəyyən olunur ki, İddiaçı MMC ilə Cavabdeh arasında xx.xx.2022-ci il tarixdə nisyə alqı-satqı müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən İddiaçı MMC 24 ay müddətində ödəmək şərti ilə 13800 manat dəyərində yeni (işlənməmiş) “Elos Trio” cihazını Cavabdeh nisyə satmışdır. Tərəflər arasında 26 sentyabr 2022-ci il tarixdə yeni (işlənməmiş) “Elos Trio” cihazın nisyə alqı-satqı müqaviləsi bağlandığından, yeni (işlənməmiş) “Elos Trio” cihazını təhvil almış alıcı Cavabdeh razılaşdırılmış müddət ərzində malın dəyərini tam ödəməmişdir. Belə olan halda satıcı İddiaçı MMC pozulmuş hüququnun bərpası üçün 2 hüquqi müdafiə üsulunu seçə bilər:ya verilmiş əşyanın ödənilməsini,ya da ki,ödənilməmiş malın qaytarılmasını. Məhkəmə hesab edir ki, İddiaçı MMC verilmiş əşyanın ödənilməsini tələb etdiyindən, Cavabdeh 7870 manat ödənilməmiş hissə tutularaq İddiaçı MMC-nə verilməli, bununla da iddia təmin edilməlidir. Məhkəmə qeyd olunanları nəzərə alıb, hesab edir ki, iddia təmin edildiyindən məhkəmə xərcləri cavabdehə aid edilməli, iddia ərizəsi üçün 109 manat dövlət rüsumu ödənildiyindən 109 manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı MMC-nə verilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 216- 220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh xx.xx.2022-ci il tarixli nisyə alqı-satqı müqaviləsinə əsasən 7870 manat ödənilməmiş hissə tutularaq İddiaçı MMC-nə verilsin. Cavabdeh 109 manat məbləğində ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı MMCnə verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Elçin Qurbanov
Məhkəmə qərarları › İş №e-2(046)-1291/2023
Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №e-2(046)-1291/2023
29.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver