Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № e-2(046)-1314/2023 24.06.2023 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Qurbanov Elçin Firudin oğlunun sədrliyi Qəniyev Nurlan Mehman oğlunun katibliyi ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında borcun tutulması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı "xxxx" MMC-i Cavabdeh ilə bağladığı xx.xx.2020-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən dəyəri 253 manat olan «X1 9S» markalı mobil telefonu nisyə satmışdır. İddiaçı "xxxx" MMC-i Cavabdeh ilə məhsulun təmiri üçün bağladığı xx.xx.2022ci il tarixli müqaviləyə əsasən cavabdeh 2 ay müddətinə ayda 84 manat 50 qəpik ödəmək şərti ilə müqavilə bağlamışdır. Məhsul “Link Service” göndərilmiş, məhsulun istehlak tərəfindən istifadə nəticəsində yaranmış mexaniki nasazlıq aşkar edilmiş, qeyd edilən qüsurlar Servis tərəfindən təmir edilmişdir. Cavabdeh xx.xx.2022-ci il tarixli müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi icra etməmiş, məhsulun təmir pulunu iddiaçı "xxxx" MMC-yə ödəməmişdir. İddiaçı "xxxx" MMC-i iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh xx.xx.2022-ci il tarixli müqavilə üzrə 69 manat və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun ödənilməsini tələb etmişdir. Tələbi onunla əsaslandırmışdır ki, Cavabdeh müqavilənin şərtlərini pozmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinə əsasən Cavabdeh iddia ərizəsinin surəti və bildiriş poçt vasitəsilə qeydiyyatda olduğu yer üzrə göndərilmiş, işə əlavə edilmiş poçt göndərişinin verilməsi haqqında xəbərnaməyə əsasən xx.xx.2023-cü il tarixdə bildiriş Cavabdeh çatdırılmışdır. Lakin cavabdeh bildirişi rəsmi qaydada aldıqı gündən 10 iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazı məhkəməyə daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən təqdim olunan sənədləri iş üzrə yekun qərar çıxarılması üçün kifayət hesab edərək məhkəmə baxışı keçirilmədən və tərəflərin izahatlarını dinləmək üçün çağırılmadan, mülki işin həllinə dair qətnamə çıxarılmasını mümkün hesab etmişdir. İşə əlavə edilmiş xx.xx.2020-ci il tarixli malın nisyə alqı-satqı müqaviləsinin surətindən görünür ki, satıcı "xxxx" MMC-i ilə alıcı Cavabdeh arasında dəyəri 253 manat olan «X1 9S» markalı mobil telefonu hissə-hissə ödəmək şərtilə nisyə alqı-satqısı barədə müqavilə imzalanmışdır. İşə əlavə edilmiş xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən iddiaçı "xxxx" MMC-i ilə Cavabdeh arasında məhsulun təmiri üçün razılaşma müqaviləsi bağlanmışdır. İşə əlavə edilmiş maliyyə ödəniş cədvəlindən görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixli müqavilə üzrə 69 manat borcu mövcuddur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələblərinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Təqdim edilmiş sübutlarla müəyyən edilir ki, iddiaçı "xxxx" MMC Cavabdeh «X1 9S» markalı mobil telefonu satmış, sonradan həmin mobil telefonun təmiri üçün yenidən cavabdeh ilə razılaşma müqaviləsi bağlanmış, cavabdeh məhsulun təmiri üçün nəzərdə tutulan 69 manat məbləğində pulu iddiaçıya ödəməyi öhdəsinə götürmüş, lakin Cavabdeh üzərinə götürdüyü öhdəliyi icra etməmişdir. Buna görə də məhkəmə hesab edir ki, iddiaçı "xxxx" MMC Cavabdeh 69 manat məbləğində pulu tələb etməkdə haqlıdır. Ona görə də Cavabdeh xx.xx.2022-ci il tarixli müqavilə üzrə 69 manat məbləğində pul alınaraq iddiaçı "xxxx" MMC-nə verilməli, bununla da iddia təmin olunmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İşə əlavə edilmiş qəbzdən görünür ki, məhkəmə xərcləri iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumundan ibarətdir. Məhkəmə qeyd olunanları nəzərə alıb, hesab edir ki, iddia təmin edildiyindən məhkəmə xərcləri cavabdehə aid edilməlidir. Məhkəmə qeyd olunanları nəzərə alıb və Azərbaycan Respublikasının MPM-nin 220, 284-6.1-284-6.3-cü maddələrini rəhbər tutaraq qət etdi: İddia təmin edilsin. Cavabdeh xx.xx.2022-ci il tarixli müqavilə üzrə 69 manat məbləğində pul alınaraq iddiaçı "xxxx" MMC-nə verilsin. Cavabdeh dövlət rüsumu üçün ödənilmiş 30 manat məbləğində pul alınaraq iddiaçı "xxxx" MMC-nə verilsin. Qətnamədən bir ay müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Elçin Qurbanov
Məhkəmə qərarları › İş №e-2(046)-1314/2023
Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №e-2(046)-1314/2023
24.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver