Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № e-2(046)-1332/2025 21.10.2025 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Giriş hissə: Hakim Qurbanova Gülnaz İntiqam qızının sədrliyi, Əliyeva Leyla Bəhər qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı QSC-nin Cavabdeh qarşı pul tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı QSC -i iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2022-ci il tarixli 40003643 saylı nisyə alqı-satqı müqaviləsi üzrə 544 manat 79 qəpik borcun və 30 manat dövlət rüsumunun və 0,40 manat dövlət rüsumunun ödənilməsi ilə bağlı xidmət haqqının tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 40003643 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən cavabdeh 614.79 manat dəyərində nisyə aldığı malın dəyərini müqaviləyə əlavə olan ödəniş cədvəlinə uyğun olaraq hər ay ödəmək şərti ilə 18 ay müddətində ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı QSC ilə "xxxx" MMC arasında imzalanan faktorinq müqaviləsi və həmin faktorinq müqaviləsinə əlavə olunan sazişə əsasən "xxxx" MMC-nin Cavabdeh qarşı olan 614.79 manat məbləğindəki tələb hüququ İddiaçı QSC-yə keçmişdir. Eyni zamanda tələb hüququnun İddiaçı QSC-yə keçməsi barədə nisyə alqı-satqı müqaviləsi üzrə alıcıya müvafiq bildiriş təqdim edilmişdir Tərəflər arasında bağlanmış nisyə alqı-satqı müqaviləsinin 3-cü maddəsinə görə satıcı alıcıya təhvil-təslim aktında (əlavə 2) qeyd olunan malı satır və alıcı isə həmin malı qəbul edib tərəflər arasında razılaşdırılmış nisyə alqı-satqı müqaviləsi üzrə malın dəyərini satıcıya ödəyir. Eyni zamanda həmin müqavilənin 5.6-cı maddəsinə əsasən alıcı borcu vaxtında ödəmədikdə, satıcının xeyrinə hər gecikdirilən gün üçün ödəməli olduğu məbləğin 0.3 % miqdarında dəbbə pulu ödəməlidir. Lakin cavabdeh müqavilənin şərtlərini pozaraq ödəniş cədvəli üzrə dövri olaraq ödəməli olduğu ödənişlərinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Belə ki, cavabdehin bugünə 544.79 manat əsas borcu yaranmışdır. Yaranmış borc məbləğinin ödənilməsi ilə bağlı cavabdehə bildiriş göndərilmiş, lakin borclu tərəfindən ödənilməli olan vəsait ödənilməmişdir. Bu səbəbdən də, iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş İddiaçı QSC-nin nümayəndəsi məhkəməyə gəlməmiş, Nümayəndə ərizə ilə məhkəməyə müraciət edərək iddianı müdafiə etdiyini, işə onun iştirakı olmadan mahiyyəti üzrə baxılaraq iddianın təmin edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.6-ci maddəsinə əsasən işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etmədi və izahat verərək bildirdi ki, onunla "xxxx" MMC arasında xx.xx.2022-ci il tarixli, 40003643 saylı nisyə alqı-satqı müqaviləsi bağlanmış, müqaviləsinə əsasən nisyə aldığı malın dəyərini müqaviləyə əlavə olan ödəniş cədvəlinə uyğun olaraq hər ay ödəmək şərti ilə 18 ay müddətində ödəməyi öhdəsinə götürmüşdür. "xxxx" MMC-dən malı təhvil almış, lakin götürdüyü məhsulda problem olduğu üçün istifadə edə bilməmiş, "xxxx" MMC-yə geri qaytararaq paltartikən maşın göndərilmişdir. Bir müddət sonra telefon yenidən geri qaydaraq ona təhvil verilmiş, sonra eyni problemlə qarışılaşdığı üçün geri qaytarmaq istəmiş, amma "xxxx" MMC yenədə təmir üçün maşını servisə göndərmiş, ondan sonra sonuncu həmin ünvanda olmadığı üçün məhsulunun aqibəti ilə maraqlana bilməmişdir. İddia tələbini qəbul etmir. Onun heç bir borcu yoxdur. İş materiallarına əlavə edilmiş "xxxx" MMC ilə Cavabdeh arasında xx.xx.2022-ci il tarixli, 40003643 saylı nisyə alqı-satqı müqaviləsi bağlanmışdır. Cavabdeh 614.79 manat dəyərində nisyə aldığı malın dəyərini müqaviləyə əlavə olan ödəniş cədvəlinə uyğun olaraq hər ay ödəmək şərti ilə 18 ay müddətində ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı QSC ilə "xxxx" MMC arasında imzalanan faktorinq müqaviləsi və həmin faktorinq müqaviləsinə əlavə olunan sazişə əsasən "xxxx" MMC-nin Cavabdeh qarşı olan 614.79 manat məbləğindəki tələb hüququ İddiaçı QSCyə keçmişdir. Müqavilə və onun tərkib hissəsi olan Saziş hər iki tərəfin imzası və iddiaçının möhürü ilə təsdiq edilmişdir. Cavabdeh tərəfindən əşyanın qəbul edilməsinə dair xx.xx.2022-ci il tarixli təhvil-təslim aktı imzalanmışdır. İddiaçı QSC ilə "xxxx" MMC arasında bağlanmış Faktorinq müqaviləsinə əlavə olunan xx.xx.2022-ci il tarixli R-xx/xx-0205 saylı sazişdən görünür ki, Cavabdeh qarşı olan borca tələb hüququ İddiaçı QSC-yə keçmişdir. Bununla bağlı Cavabdeh yazılı şəkildə tərtib edilmiş bildiriş təqdim edilmişdir. Cavabdehə borcunu ödəmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xx.xx.2025-ci il tarixdə bildiriş göndərilmişdir. Cavabdeh xx.xx.2022-ci il tarixli, 40003643 saylı nisyə alqı-satqı müqaviləsi üzrə xx.xx.2025-ci il tarixə 544 manat 79 qəpik borcunun olmasına dair xx.xx.2025-ci tarixli maliyyə arayışı tərtib olunmuşdur. Göyçay rayon Polis Şöbəsinin xx.xx.2025-ci il tarixli məktubuna əsasən Cavabdeh xx.xx.2025-ci il tarixdə şöbəyə müraciət edərək “Optimal” mağazasından aldığı məhsulu geri qaytarmasını və kredit borcunun onun adından silinməsini xahiş etmişdir. Tərəfə müraciətin mülki xarakterli olduğu üçün məhkəməyə müraciət etmək hüququ izah olunmuşdur. xx.xx.2025-ci il tarixli, ********** saylı mədaxil qəbzinə əsasən iddia ərizəsinin verilməsi üçün 30 manat dövlət rüsumu ödənilmiş və 0,40 manat məbləğində bank tərəfindən xidmət haqqı tutulmuşdur. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşya alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 601.1-ci maddəsinə görə isə, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissəhissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. 655.1-ci maddəsinə əsasən faktorinq pul tələbinin güzəşt edilməsi müqabilində maliyyələşdirmədir. Faktorinq müqaviləsinə görə bir tərəf (faktor) üçüncü şəxs (borclu) barəsində müştərinin (kreditorun) üçüncü şəxsə mal verməsindən, işlər görməsindən və ya xidmətlər göstərməsindən irəli gələn pul tələbinin hesabına digər tərəfə (müştəriyə) pul vəsaiti verir və ya verməyi öhdəsinə götürür, müştəri isə bu pul tələbini faktora güzəşt edir və ya güzəşt etməyi öhdəsinə götürür. 655.2-ci maddəsinə əsasən pul tələblərinin güzəşti barəsində borcluya bildiriş verilməlidir. 655.3-cü maddəsinə əsaəsn müştəri faktor qarşısında öhdəliyinin icrasını təmin etmək məqsədi ilə də borcluya olan pul tələbini faktora güzəşt edə bilər. 655.5-ci maddəsinə əsasən faktorinq müqaviləsi yazılı formada bağlanır. 385.1, 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, cavabdehlə bağlanmış xx.xx.2022-ci il tarixli, 40003643 saylı nisyə alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Satıcı alqı-satqı müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra edərək əşyanı cavabdehə təqdim etmişdir. Cavabdeh isə aldığı malın dəyərini müəyyən edilmiş müddət ərzində ödəməməklə, üzərinə düşən öhdəlikləri pozmuşdur. Məhkəmə iclaslarında cavabdeh məhsulda qüsurlar olduğu üçün onun təmirinin aparılması məqsədi ilə "xxxx" MMC-nə verdiyini, daha sonra mağazanı həmin ünvanda tapmadığını, bununla bağlı Göyçay rayon Polis Şöbəsinə müraciət etdiyini bildirsə də, bu faktları təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Göyçay rayon Polis Şöbəsindən araşdırılmaya dair materiallar alındıqdan sonra müəyyən olundu ki, cavabdeh iş artıq məhkəmənin icraatında olduğu zaman şöbəyə baxılan məsələyə dair ərizə ilə müraciət etmişdir. Belə olan halda məhkəmə bu müraciəti mötəbər sübut kimi kimi qəbul edə bilməz. Məhkəmə tərəflərin izahatlarına, təqdim olunmuş sübutlara qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, hazırkı qətnamə ilə iddia təmin edildiyindən iddia tərəfindən ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu və 0,40 (qırx) manat xidmət haqqı cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Nəticə: Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 284-5, 284- 6, 357, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh xx.xx.2022-ci il tarixli, 40003643 saylı nisyə alqı-satqı müqavilə üzrə 544.79 (beş yüz qırx dörd manat yetmiş doqquz qəpik) məbləğində pul tutularaq İddiaçı QSC-nə ödənilsin. Cavabdeh 30 (otuz) manat məbləğində dövlət rüsumu və 0,40 (qırx) manat xidmət haqqı alınaraq İddiaçı QSC-nə verilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Gülnaz Qurbanova
Məhkəmə qərarları › İş №e-2(046)-1332/2025
Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №e-2(046)-1332/2025
21.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver