Məhkəmə qərarları › İş №e-2(046)-1338/2025

Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №e-2(046)-1338/2025

16.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № e-2(046)-1338/2025 16.07.2025 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Qurbanov Elçin Firudin oğlunun sədrliyi Məmmədova Ayşən Valeh qızının katibliyi ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı pulun tutulması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən X2 13 markal kompüter üçün 2431 manat 44 qəpik ödənilməmiş hissə, 243 manat 14 qəpik cərimə, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən X2 13 markalı komputer üçün 2117 manat 88 qəpik ödənilməmiş hissə, 211 manat 79 qəpik cərimə, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən X2 13 markal kompüter üçün 1389 manat 60 qəpik ödənilməmiş hissə, 138 manat 96 qəpik cərimə, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən X5 üçün 764 manat 52 qəpik ödənilməmiş hissə, 76 manat 45 qəpik cərimə, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən X3 13 Pro markalı mobil telefon üçün 759 manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23 manat 60 qəpik rüsum, 75 manat 90 qəpik cərimə, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən X3 13 markalı mobil telefon üçün 539 manat 76 qəpik ödənilməmiş hissə, 53 manat 98 qəpik cərimə, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən Xiaomi Poco C65 markalı mobil telefon üçün 298 manat 44 qəpik ödənilməmiş hissə, 29 manat 84 qəpik cərimə və xx.xx.2024cü il tarixli müqaviləyə əsasən İnfinix Smart 8 markalı mobil telefon üçün 156 manat ödənilməmiş hissə, 15 manat 60 qəpik cərimə, ümumilikdə 9325 manat 90 qəpik borcun və 113 manat 26 qəpik ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin halları: İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, Cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2024-cü il, xx.xx.2024- cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il tarixli müqavilələrə əsasən, zəmanət + 3 il xidməti, X2 13 markalı kompüter, zəmanət + 2 il xidməti, X2 13 markalı kompüter, zəmanət + 2 il xidməti, X2 13 markalı kompüter, X1 3 il (Kontakt Xidməti, X5, X1 1 il (kontakt) xidməti, İmei kodu **********27367 X3 13 pro markalı telefon, X1 3 il (Kontakt) xidməti, İmei Kodu **********96142 X4 13 markalı telefon , X1 3 il (Kontakt) Xidməti, Plyonka İstehsalı, İmei Kodu **********98567 Xiaomi Poco C65 markalı telefon, İmei Kodu **********12402 İnfinix Smart 8 markalı telefon almış və nəticədə 9325 manat 90 qəpik borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 2444 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə aralarında bağlanılmış xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il tarixli müqavilənin ayrılmaz tərkib hissəsi olan əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərdikləri xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubunda mübahisənin Məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsələrdə, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş iddiaçı "xxxx" MMC-nin nümayəndəsi məhkəməyə gəlməmiş, nümayəndəsi Nümayəndə ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə iclasında üzrlü səbəbdən iştirak etmək mümkün olmadığına görə məhkəmə iclasını onların iştirakı olmadan baxılmasına etirazlarının olmamasını və iddianı müdafiə edərək qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.6-ci maddəsinə əsasən işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə Cavabdeh qeydiyyatda olduğu ünvana göndərilmiş məhkəmə bildirişi həmin ünvanda yaşamaması səbəbindən geri qaytarılmış, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 147-ci maddəsinin tələblərinə əməl edilməklə işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. İş üzrə təqdim edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Mülki işdə olan sənədlər: İşə əlavə edilmiş maliyyə ödəniş cədvəlindən görünür ki, Cavabdeh xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 2431 manat 44 qəpik ödənilməmiş hissə, 243 manat 14 qəpik cərimə, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 2117 manat 88 qəpik ödənilməmiş hissə, 211 manat 79 qəpik cərimə, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 1389 manat 60 qəpik ödənilməmiş hissə, 138 manat 96 qəpik cərimə, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 764 manat 52 qəpik ödənilməmiş hissə, 76 manat 45 qəpik cərimə, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 759 manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23 manat 60 qəpik rüsum, 75 manat 90 qəpik cərimə, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 539 manat 76 qəpik ödənilməmiş hissə, 53 manat 98 qəpik cərimə, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 298 manat 44 qəpik ödənilməmiş hissə, 29 manat 84 qəpik cərimə və xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 156 manat ödənilməmiş hissə, 15 manat 60 qəpik cərimə, ümumilikdə 9325 manat 90 qəpik borcu mövcuddur. İşə əlavə edilmiş arayışdan görünür ki, iddiaçı "xxxx" MMC tərəfindən İmei kodu **********27367 X3 13 pro markalı mobil telefonun açılıb bağlanması xidmətinə görə İnnovativ Layihələr Mərkəzinə 23 manat 60 qəpik məbləğində pul ödənilmişdir. İşə əlavə edilmiş xx.xx.2024-cü il tarixli, xx.xx.2024-cü il tarixli, xx.xx.2024-cü il tarixli, xx.xx.2024-cü il tarixli, xx.xx.2024-cü il tarixli, xx.xx.2024-cü il tarixli, xx.xx.2024-cü il tarixli və xx.xx.2024-cü il tarixli malın nisyə alqı-satqı müqavilələrinin surətlərindən görünür ki, satıcı "xxxx" MMC-i ilə alıcı Cavabdeh arasında dəyəri 3551 manat 44 qəpik olan X2 13 markalı kompüteri 18 ay müddətinə, dəyəri 3497 manat 88 qəpik olan X2 13 markalı kompüteri 18 ay müddətinə, dəyəri 2249 manat 60 qəpik olan X2 13 markalı kompüteri 24 ay müddətinə, dəyəri 764 mant 52 qəpik olan X5 12 ay müddətinə, dəyəri 763 manat olan X3 13 PRO markalı mobil telefonu 12 müddətinə, dəyəri 589 manat 76 qəpik olan X3 13 markalı mobil telefonu 12 ay müddətinə, dəyəri 388 manat 44 qəpik olan XİAOMİ POCO C65 markalı mobil telefonu 12 müddətinə və dəyəri 216 manat olan İNFİNİX SMART 8 markalı mobil telefonu 12 ay müddətinə hissə-hissə ödəmək şərtilə nisyə alqı-satqısı barədə müqavilələr imzalanmışdır. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. İşə əlavə edilmiş sənədlərdən görünür ki, Cavabdeh alqı-satqı müqaviləsi ilə üzərinə düşən öhdəliyin vaxtında icra edilməsi barədə iddiaçı "xxxx" MMC tərəfindən xəbərdar olunmuşdur. İşə əlavə edilmiş qəbzdən görünür ki, işə baxılması ilə əlaqədar dövlət rüsumu üçün 113 manat 26 qəpik məbləğində pul iddiaçı "xxxx" MMC tərəfindən ödənilmişdir. Tətbiq edilən hüquq normaları: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki,alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası,müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 385.1-ci maddəsinin tələblərinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar ücün cavabdehdir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 04 nömrəli qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Qərarın 2.4-cü bəndinə görə, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Məhkəmənin mövqeyi: Hazırkı iş üzrə məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: İş üzrə tədqiq edilmiş sübutlardan müəyyən olunur ki, iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında xx.xx.2024-cü il tarixli, xx.xx.2024-cü il tarixli, xx.xx.2024-cü il tarixli, xx.xx.2024-cü il tarixli, xx.xx.2024-cü il tarixli, xx.xx.2024-cü il tarixli, xx.xx.2024-cü il tarixli və xx.xx.2024-cü il tarixli malın nisyə alqı-satqı müqavilələri bağlanmış, həmin müqavilələrə əsasən "xxxx" MMC dəyəri 3551 manat 44 qəpik olan X2 13 markalı kompüteri, dəyəri 3497 manat 88 qəpik olan X2 13 markalı kompüteri, dəyəri 2249 manat 60 qəpik olan X2 13 markalı kompüteri, dəyəri 764 mant 52 qəpik olan X5 12, dəyəri 763 manat olan X3 13 PRO markalı mobil telefonu, dəyəri 589 manat 76 qəpik olan X3 13 markalı mobil telefonu, dəyəri 388 manat 44 qəpik olan XİAOMİ POCO C65 markalı mobil telefonu və dəyəri 216 manat olan İNFİNİX SMART 8 markalı mobil telefonu Cavabdeh nisyə satmışdır. Məhkəmə təqdim edilmiş sübutlara qiymət verərək hesab edir ki, iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında hissə-hissə ödəmə şərtilə etibarlı nisyə alqı-satqı müqavilələri bağlandığından, əşyanı təhvil almış alıcı Cavabdeh xx.xx.2024-cü il tarixli, xx.xx.2024-cü il tarixli, xx.xx.2024-cü il tarixli, xx.xx.2024-cü il tarixli, xx.xx.2024-cü il tarixli, xx.xx.2024-cü il tarixli, xx.xx.2024-cü il tarixli və xx.xx.2024-cü il tarixli nisyə alqı-satqı müqavilələrində nəzərdə tutulan müddətlərdə ödəmək vəzifəsini icra etmədiyindən iddiaçı "xxxx" MMC verilmiş əşyanın dəyərinin ödənilməsini tələb etmək hüququna malik olmuşdur. Məhkəmə iddiaçının təqdim etdiyi sübutlara hüquqi qiymət verərək hesab edir ki, Cavabdeh xx.xx.2024-cü il tarixli müqavilə üzrə 2431 manat 44 qəpik ödənilməmiş hissə, 243 manat 14 qəpik cərimə, xx.xx.2024-cü il tarixli müqavilə üzrə 2117 manat 88 qəpik ödənilməmiş hissə, 211 manat 79 qəpik cərimə, xx.xx.2024-cü il tarixli müqavilə üzrə 1389 manat 60 qəpik ödənilməmiş hissə, 138 manat 96 qəpik cərimə, xx.xx.2024-cü il tarixli müqavilə üzrə 764 manat 52 qəpik ödənilməmiş hissə, 76 manat 45 qəpik cərimə, xx.xx.2024-cü il tarixli müqavilə üzrə 759 manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23 manat 60 qəpik rüsum, 75 manat 90 qəpik cərimə, xx.xx.2024-cü il tarixli müqavilə üzrə 539 manat 76 qəpik ödənilməmiş hissə, 53 manat 98 qəpik cərimə, xx.xx.2024-cü il tarixli müqavilə üzrə 298 manat 44 qəpik ödənilməmiş hissə, 29 manat 84 qəpik cərimə və xx.xx.2024-cü il tarixli müqavilə üzrə 156 manat ödənilməmiş hissə, 15 manat 60 qəpik cərimə, ümumilikdə 9325 manat 90 qəpik məbləğində pul alınaraq iddiaçı "xxxx" MMC-nə verilməli, iddia bununla da təmin olunmalıdır. Məhkəmə qeyd olunanları nəzərə alıb, hesab edir ki, iddia təmin edildiyindən məhkəmə xərcləri cavabdehə aid edilməli, dövlət rüsumu üçün ödənilmiş 113 manat 26 qəpik məbləğində pul Cavabdeh tutularaq İddiaçı MMC-nə verilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 216- 220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh xx.xx.2024-cü il tarixli müqavilə üzrə 2431 manat 44 qəpik ödənilməmiş hissə, 243 manat 14 qəpik cərimə, xx.xx.2024-cü il tarixli müqavilə üzrə 2117 manat 88 qəpik ödənilməmiş hissə, 211 manat 79 qəpik cərimə, xx.xx.2024-cü il tarixli müqavilə üzrə 1389 manat 60 qəpik ödənilməmiş hissə, 138 manat 96 qəpik cərimə, xx.xx.2024-cü il tarixli müqavilə üzrə 764 manat 52 qəpik ödənilməmiş hissə, 76 manat 45 qəpik cərimə, xx.xx.2024-cü il tarixli müqavilə üzrə 759 manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23 manat 60 qəpik rüsum, 75 manat 90 qəpik cərimə, xx.xx.2024-cü il tarixli müqavilə üzrə 539 manat 76 qəpik ödənilməmiş hissə, 53 manat 98 qəpik cərimə, xx.xx.2024-cü il tarixli müqavilə üzrə 298 manat 44 qəpik ödənilməmiş hissə, 29 manat 84 qəpik cərimə və xx.xx.2024-cü il tarixli müqavilə üzrə 156 manat ödənilməmiş hissə, 15 manat 60 qəpik cərimə, ümumilikdə 9325 manat 90 qəpik tutularaq İddiaçı MMC-nə verilsin. Cavabdeh 113 manat 26 qəpik məbləğində ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı MMC-nə verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Elçin Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar