Azərbaycan Respublikası adından QƏRARDAD Göyçay rayonu İş № e-2(046)-1384/2025 25.06.2025 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Məmmədova Fidan Şöhrət qızının katibliyi ilə, iddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh2 və X2 qarşı ziyanın qaytarılması tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı "xxxx" ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh2 və X1 ziyanın tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.. İddiaçı "xxxx" ASC-nin nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək iddia ərizəsinin geri qaytarılması və mülki işin baxılmamış saxlanılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Cavabdehlər məhkəmə iclasında iştirak etməmiş, işin mahiyyəti üzrə baxılmasını tələb etməmişlər. Azərbaycan Respublikasının MPM-nin 170.1-ci maddəsinə əsasən MPM-nin 254, 255, 261.0.1—261.0.3 və 261.0.6—261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Azərbaycan Respublikası MPM-nin 114.1.5-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. Məhkəməyə təqdim edilmiş **********58 nömrəli xx.xx.2025-ci il tarixli qəbzdən görünür ki, "xxxx" ASC tərəfindən Göyçay rayon Məhkəməsinin hesabına 30 manat dövlət rüsumu ödənilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı "xxxx" MMC-nin cavabdeh X5 qarşı ziyan tələbinə dair iddia ərizəsi geri qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259, 260, 263, 264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: iddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh2 və X2 qarşı ziyanın qaytarılması tələbinə dair iddia ərizəsi iddiaçının nümayəndəsinin ərizəsinə əsasən geri qaytarılsın. İddiaçı "xxxx" ASC tərəfindən xx.xx.2025-ci il tarixdə **********58 nömrəli qəbzlə Göyçay Rayon Məhkəməsinin hesabına ödənilmiş 30 manat dövlət rüsumu "xxxx" ASC-yə qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətdə ("Elektron məhkəmə" informasiya sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Göyçay Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: İbrahim Fəttahov № 2(046)-977/2020 MƏHKƏMƏ HAZİRLİQ İCLASİNİN PROTOKOLU Göyçay Rayon Məhkəməsi 06 avqust 2020-ci il Göyçay şəhəri Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Məmmədov Səbuhi Mətləb oğlunun katibliyi ilə iddiaçı "xxxx" MMC-nin cavabdehlər X3, X6 və X4 qarşı kredit borcunun qaytarılması tələbinə qarşı dair iddia ərizəsinə açıq məhkəmə iclasında baxılır. Sədrlik edən saat 15:50-də məhkəmə iclasını açır və baxılacaq işi elan edir. Tərəflər məhkəmə iclasında iştirak etmirlər. Sədrlik edən iddia ərizəsini və iş materiallarını araşdırır. Sədrlik edən müşavirə otağına gedir, müşavirə otağından qayıtdıqdan sonra qərardadı elan edir, qərardadın məzmununu, ondan şikayət etmə müddəti və qaydalarını izah edir. Məhkəmə iclası saat 15:55-də bağlı elan olunur. Protokol 06 avqust 2020-ci il tarixdə tərtib olundu. Sədrlik edən: Katib:
Məhkəmə qərarları › İş №e-2(046)-1384/2025
Göyçay Rayon Məhkəməsi Qərardad — İş №e-2(046)-1384/2025
25.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver