Məhkəmə qərarları › İş №e-2(046)-1439/2025

Göyçay Rayon Məhkəməsi Qərardad — İş №e-2(046)-1439/2025

08.05.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Göyçay rayonu İş № e-2(046)-1439/2025 08.05.2025 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi ilə, Ərizəçi İddiaçı nümayəndəsi (vəkili) Nümayəndə Nemət qızının faktın müəyyən edilməsi barədə ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Ərizəçi İddiaçı nümayəndəsi (vəkili) Nümayəndə Nemət qızı ərizə ilə məhkəməyə müraciət edərək Göyçay rayon Aqrar İslahat Komissiyasının 30 sentyabr 1998-ci il tarixli, 43 saylı qərarına əsasən 0.30 ha torpaq sahəsinin mülkiyyətə verilməsinə dair JN-485F KOD 40813018 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair X1, X3 ilə bərabər İddiaçı məxsus olması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Aşağıda göstərilənlərə əsasən "xxxx" ASC-nin iddia ərizəsi və əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, Göyçay rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadına əsasən Ərizəçi İddiaçı nümayəndəsi (vəkili) Nümayəndə Nemət qızının hüquqi əhəmiyyətli fatkın müəyyən edilməsi barədə ərizəsi geri qaytarılması, ərizəçi İddiaçı nümayəndəsi (vəkili) Nümayəndə Nemət qızına tərəfindən ********** nömrəli xx.xx.2024-cü il tarixli qəbzlə Göyçay rayon məhkəməsinin hesabına ödənilmiş 100 manat dövlət rüsumu ərizəçi Ərizəçi İddiaçı nümayəndəsi (vəkili) Nümayəndə Nemət qızına qaytarılması qərar alınmışdır. Hazırki iddia tələbində iddiaçı tərəfindən ərizə əlavə edilmiş ********** nömrəli xx.xx.2024-cü il tarixli qəbz Ərizəçi İddiaçı nümayəndəsi (vəkili) Nümayəndə Nemət qızının hüquqi əhəmiyyətli fatkın müəyyən edilməsi barədə ərizə üzrə ödəbilmiş dövlət rüsumunun qəbzidir. Göründüyü kimi ərizəçi İddiaçı nümayəndəsi (vəkili) Nümayəndə Nemət qızı qanunla müəyyənləşdirilmiş qaydada dövlət rüsumunu ödəməmişdir. Azərbaycan Respublikası MPM-nin 149.2.5, 152.1.5-ci maddələrinə görə iddia ərizəsinə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd əlavə edilmədikdə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılır. Buna görə də məhkəmə hesab edir ki, Ərizəçi İddiaçı nümayəndəsi (vəkili) Nümayəndə Nemət qızının hüquqi əhəmiyyətli fatkın müəyyən edilməsi barədə ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalı, ərizəçiyə qanunla müəyyən edilmiş qaydada və məğbəğdə dövlət rüsumu ödədikdən sonra məhkəməyə müraciət edə bilməyi izah edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 152, 263, 264, 268ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARVERDİ: Ərizəçi İddiaçı nümayəndəsi (vəkili) Nümayəndə Nemət qızının faktın müəyyən edilməsi barədə ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Ərizəçi İddiaçı və nümayəndəsinə qanunla müəyyən edilmiş qaydada və məğbəğdə dövlət rüsumu ödədikdən sonra məhkəməyə müraciət edə bilməyi izah edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətinə Göyçay Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim İbrahim Fəttahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar