Məhkəmə qərarları › İş №e-2(046)-1460/2023

Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №e-2(046)-1460/2023

30.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № e-2(046)-1460/2023 30.08.2023 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Qurbanov Elçin Firudin oğlunun sədrliyi Qəniyev Nurlan Mehman oğlunun katibliyi ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı pulun tutulması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı MMC-i Cavabdeh qarşı iddia ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, Sym Moped üçün 3100 (üç min bir yüz) manat ödənilməmiş hissə, 990 (doqquz yüz doxsan) manat dəbbə; xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, İmei Kodu Spf2s0s1j Lenovo İdeapad 5 Markalı Tablet, Cany Canta üçün 1011.2 (bir min on bir manat iyirmi qəpik) manat ödənilməmiş hissə, 302.4 (üç yüz iki manat qırx qəpik) manat dəbbə; xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, İmei kodu **********48078 Samsung Galaxy A52 markalı telefon üçün 822.5 (səkkiz yüz iyirmi iki manat əlli qəpik) manat ödənilməmiş hissə, 245.7 (iki yüz qırx beş manat yetmiş qəpik) manat dəbbə; xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, Hoffmann Kondisioner üçün 585.6 (beş yüz səksən beş manat altmış qəpik) manat ödənilməmiş hissə, 176.4 (yüz yetmiş altı manat qırx qəpik) manat dəbbə; xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, İmei kodu **********96659 Samsung Galaxy A 52 markalı telefon üçün 470 (dörd yüz yetmiş) manat ödənilməmiş hissə, 144 (yüz qırx dörd) manat dəbbə; xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, X3 üçün 462.02 (dörd yüz altmış iki manat iki qəpik) manat ödənilməmiş hissə, 134.4 (yüz otuz dörd manat qırx qəpik) manat dəbbə; xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, İmei kodu **********48282 Samsung Galaxy Al2 markalı telefon üçün 320.04 (üç yüz iyirmi manat dörd qəpik) manat ödənilməmiş hissə, 94.5 (doxsan dörd manat əlli qəpik) manat dəbbə; xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, İmei Kodu **********98791 X2 Telefon üçün 140 (yüz qırx) manat ödənilməmiş hissə, 42 (qırx iki) manat dəbbə; xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, LG qulaqlıq, İmei kodu **********32435 Samsung Galaxy Al2 markalı telefon üçün 72 (yetmiş iki) manat ödənilməmiş hissə, 27.6 (iyirmi yeddi manat altmış qəpik) manat dəbbə; ümumilikdə 9140.36 manat borc və 111.41 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin halları: İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, Cavabdeh "xxxx" MMC ilə xx.xx.2021ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il tarixlərindəki müqavilələrə əsasən, Sym Moped, İmeı Kodu Spf2s0s1j Lenovo İdeapad 5 Markalı Tablet, Canyon C Ant A, İmei kodu **********48078 Samsung Galaxy A52 markalı telefon, Hoffmann Kondisioner , İmei kodu **********96659 Samsung Galaxy A52 markalı telefon, X3 , İmei kodu **********48282 Samsung Galaxy A12 markalı telefon, İmei Kodu **********98791 X2 Telefon, Lg qulaqlıq, İmei kodu **********32435 Samsung Galaxy A12 markalı telefon almış və nəticədə 9140.36 (doqquz min yüz qırx manat otuz altı qəpik) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 3790.5 (üç min yeddi yüz doxsan manat əlli qəpik) manat (12 ay x 300 manat + 190.5 manat ilkin ödəniş) olan SYM MOPED üçün ümumilikdə 4090 (dörd min doxsan) manat olmaqla ondan, 3100 (üç min yüz) manat ödənilməmiş hissə, 990 (doqquz yüz doxsan ) manat dəbbə pulu; xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən alqı-satqı qiyməti 1689 (bir min altı yüz səksən doqquz) manat (15 ay x 112.6 manat + 0 manat ilkin ödəniş) olan İmei Kodu Spf2s0s1j Lenovo İdeapad 5 Markalı Tablet, Canyon Canta üçün ümumilikdə 1313.6 (bir min üç yüz on üç manat altmış qəpik) manat olmaqla ondan 1011.2 (bir min on bir manat iyirmi qəpik) manat ödənilməmiş hissə, 302.4 (üç yüz iki manat qırx qəpik) manat dəbbə pulu; xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1098 (bir min doxsan səkkiz) manat (12 ay x 91.5 manat + 0 manat ilkin ödəniş) olan İmei kodu **********48078 Samsung Galaxy A52 markalı telefon üçün ümumilkdə 1068.2 (bir min altmış səkkiz manat iyirmi qəpik) manat olmaqla ondan 822.5 (səkkiz yüz iyirmi iki manat əlli qəpik) manat ödənilməmiş hissə, 245.7 (iki yüz qırx beş manat yetmiş qəpik) manat dəbbə pulu; xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1114 (bir min yüz on dörd) manat (12 ay x 84.5 manat +100 manat ilkin ödəniş) olan Hoffmann Kondisioner üçün ümumilkdə 762 (yeddi yüz altmış iki) manat olmaqla ondan 585.6 (beş yüz səksən beş manat altmış qəpik) manat ödənilməmiş hissə, 176.4 (yüz yetmiş altı manat qırx qəpik) manat dəbbə pulu; xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 720 (yeddi yüz iyirmi) manat (12 ay x 60 manat + 0 manat ilkin ödəniş) olan, İmei kodu **********96659 Samsung Galaxy A52 markalı telefon üçün ümumilkdə 614 (altı yüz on dörd) manat olmaqla ondan 470 (dörd yüz yetmiş) manat ödənilməmiş hissə, 144 (yüz qırx dörd) manat dəbbə miqdarında borc yaranmışdır. xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 520.02 (beş yüz iyirmi manat iki qəpik) manat (18 ay x 28.89 + manat + 0 manat ilkin ödəniş) olan X3 üçün ümumilkdə 596.42 (beş yüz doxsan altı manat qırx iki qəpik) manat olmaqla ondan 462.02 (dörd yüz altmış iki manat iki qəpik) manat ödənilməmiş hissə, 134.4 (yüz otuz dörd manat qırx qəpik) manat dəbbə pulu; xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 428.04 (dörd yüz iyirmi səkkiz manat dörd qəpik) manat (12 ay x 35.67 manat + 0 manat ilkin ödəniş) olan İmei kodu **********48282 Samsung Galaxy A12 markalı telefon üçün ümumilkdə 414.54 (dörd yüz on dörd manat əlli dörd qəpik) manat olmaqla ondan 320.04 (üç yüz iyirmi manat dörd qəpik) manat ödənilməmiş hissə, 94.5 (doxsan dörd manat əlli qəpik) manat dəbbə pulu; xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 240 (iki yüz qırx) manat (12 ay x 20 manat + 0 manat ilkin ödəniş) olan İmeı Kodu **********98791 Realme Cl 1 Markalı Telefon üçün ümumilkdə 182 (yüz səksən iki) manat olmaqla ondan 140 (yüz qırx) manat ödənilməmiş hissə, 42 (qırx iki) manat dəbbə pulu; xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 700.5 (yeddi yüz manat əlli qəpik) manat (15 ay x 46.67 manat + 0 manat ilkin ödəniş) olan Lg qulaqlıq, İmei kodu **********32435 Samsung Galaxy A 12 markalı telefon üçün ümumilkdə 99.6 (doxsan doqquz manat altmış qəpik) manat olmaqla ondan 72 (yetmiş iki) manat ödənilməmiş hissə, 27.6 (iyirmi yeddi manat altmış qəpik) manat dəbbə pulu. Cavabdeh xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, İmei kodu **********32435 Samsung Galaxy A12 markalı telefondan xx.xx.2021-ci il tarixində imtina etmiş və məhsul 490.5 manat qiymətləndirilərək, borcundan silinmişdir. Cavabdehin xx.xx.2020-ci il tarixli müqavilə üzrə cəmi ödədiyi məbləğ 138 manat, məhsul qaytarıldıqdan sonra qoyulan qiymət 490.05 manat, ümumilikdə, 628.05 manat təşkil edir. Digər müqavilələr üçün cəmi ödədiyi məbləğ 2688.2 manat təşkil edir. Cavabdehlə bağlanılmış xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2021-ci il, xx.xx.2021- ci il tarixli müqavilənin ayrılmaz tərkib hissəsi olan əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə olan telefon danışığı, həmçinin göndərdikləri xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirilsə də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş İddiaçı MMC-nin nümayəndəsi məhkəməyə gəlməmiş, nümayəndəsi Nümayəndə teleqram ilə məhkəməyə müraciət edərək işə onun iştirakı olmadan mahiyyəti üzrə baxılaraq iddianın təmin edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.6-ci maddəsinə əsasən işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar olunmuş Cavabdeh qeydiyyatda olduğu ünvana göndərilmiş məhkəmə bildirişi həmin ünvandan köçməsi qeydi ilə geri qaytarılmış,eyni vaxtda Cavabdeh mobil telefon nömrəsinə SMS-lə məlumat verilməsinə baxmayaraq, üzürsüz səbəbdən o məhkəməyə gəlməmiş, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onu iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. İş üzrə təqdim edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Mülki işdə olan sənədlər: İşə əlavə edilmiş maliyyə ödəniş cədvəlindən görünür ki, Cavabdeh xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsi üzrə 585 manat 60 qəpik ödənilməmiş hissə, 176 manat 40 qəpik cərimə, xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsi üzrə 1011 manat 20 qəpik ödənilməmiş hissə, 302 manat 40 qəpik cərimə, xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsi üzrə 72 manat ödənilməmiş hissə və 27 manat 60 qəpik cərimə, xx.xx.2021-ci il tarixli alqısatqı müqaviləsi üzrə 822 manat 50 qəpik ödənilməmiş hissə, 245 manat 70 qəpik cərimə, xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsi üzrə 3100 manat ödənilməmiş hissə, 990 manat cərimə, xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsi üzrə 140 manat ödənilməmiş hissə və 42 manat cərimə, xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsi üzrə 470 manat ödənilməmiş hissə və 144 manat cərimə, xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsi üzrə 320 manat 04 qəpik ödənilməmiş hissə, 94 manat 50 qəpik cərimə,xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsi üzrə 462 manat 02 qəpik ödənilməmiş hissə, 134 manat 40 qəpik cərimə olmaqla, ümumilikdə 9140 manat 36 qəpik borcu mövcuddur. İşə əlavə edilmiş xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il tarixli malın nisyə alqı-satqı müqavilələrinin surətindən görünür ki, satıcı "xxxx" MMC-i ilə alıcı Cavabdeh arasında dəyəri 1114 manat olan, Hoffmann Kondisioneri 12 ay müddətinə, dəyəri 1689 manat olan, İmeı Kodu Spf2s0s1j Lenovo İdeapad 5 X1 Cantanı 15 ay müddətinə, dəyəri 700 manat 50 qəpik olan, Lg qulaqlığı, İmei kodu **********32435 Samsung Galaxy A12 markalı 15 ay müddətinə, dəyəri 1098 manat olan, İmei kodu **********48078 Samsung Galaxy A52 markalı telefonu 12 ay müddətinə,dəyəri 3790 manat 50 qəpik olan , Sym Mopedi 12 ay müddətinə, dəyəri 240 manat olan, İmeı Kodu **********98791 X2 Telefonu 12 ay müddətinə,dəyəri 720 manat olan, İmei kodu **********96659 Samsung Galaxy A52 markalı telefonu 12 ay müddətinə, dəyəri 428 manat 04 qəpik olan, İmei kodu **********48282 Samsung Galaxy A12 markalı telefonu 12 ay müddətinə, dəyəri 520 manat 02 qəpik olan, X3 18 ay müddətinə hissə-hissə ödəmək şərtilə nisyə alqı-satqısı barədə müqavilə imzalanmışdır. İşə əlavə edilmiş sənədlərdən görünür ki, Cavabdeh alqı-satqı müqaviləsi ilə üzərinə düşən öhdəliyin vaxtında icra edilməsi barədə İddiaçı MMC tərəfindən xəbərdar olunmuşdur. İşə əlavə edilmiş qəbzdən görünür ki, işə baxılması ilə əlaqədar dövlət rüsumu üçün 111 manat 41 qəpik məbləğində pul İddiaçı MMC tərəfindən ödənilmişdir. Tətbiq edilən hüquq normaları: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki,alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası,müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 385.1-ci maddəsinin tələblərinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar ücün cavabdehdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 04 nömrəli qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Qərarın 2.4-cü bəndinə görə, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Məhkəmənin mövqeyi: Hazırkı iş üzrə məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: İş üzrə tədqiq edilmiş sübutlardan müəyyən olunur ki, İddiaçı MMC ilə Cavabdeh arasında xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il tarixli nisyə alqı-satqı müqavilələri bağlanmış, həmin müqavilələrə əsasən İddiaçı MMC cəmi dəyəri 10300 manat 06 qəpik dəyərində malları Cavabdeh nisyə satmışdır. Tərəflər arasında xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il tarixli nisyə alqı-satqı müqaviləsi bağlandığından, müqavilərdə göstərilən malı təhvil almış alıcı Cavabdeh razılaşdırılmış müddət ərzində malın dəyərini tam ödəməmişdir. Belə olan halda satıcı İddiaçı MMC pozulmuş hüququnun bərpası üçün 2 hüquqi müdafiə üsulunu seçə bilər:ya verilmiş əşyanın ödənilməsini,ya da ki,ödənilməmiş malın qaytarılmasını. Məhkəmə iddiaçının təqdim etdiyi sübutlara hüquqi qiymət verərək hesab edir ki, İddiaçı MMC verilmiş əşyanın ödənilməsini tələb etdiyindən, Cavabdeh xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsi üzrə 585 manat 60 qəpik ödənilməmiş hissə, 176 manat 40 qəpik cərimə, xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsi üzrə 1011 manat 20 qəpik ödənilməmiş hissə, 302 manat 40 qəpik cərimə, xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsi üzrə 72 manat ödənilməmiş hissə və 27 manat 60 qəpik cərimə, xx.xx.2021-ci il tarixli alqısatqı müqaviləsi üzrə 822 manat 50 qəpik ödənilməmiş hissə, 245 manat 70 qəpik cərimə, xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsi üzrə 3100 manat ödənilməmiş hissə, 990 manat cərimə, xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsi üzrə 140 manat ödənilməmiş hissə və 42 manat cərimə, xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsi üzrə 470 manat ödənilməmiş hissə və 144 manat cərimə, xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsi üzrə 320 manat 04 qəpik ödənilməmiş hissə, 94 manat 50 qəpik cərimə,xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsi üzrə 462 manat 02 qəpik ödənilməmiş hissə, 134 manat 40 qəpik cərimə olmaqla, ümumilikdə 9140 manat 36 qəpik tutularaq İddiaçı MMC-nə verilməli, bununla da iddia təmin edilməlidir. Məhkəmə qeyd olunanları nəzərə alıb, hesab edir ki, iddia təmin edildiyindən məhkəmə xərcləri cavabdehə aid edilməli, dövlət rüsumu üçün ödənilmiş 111 manat 41 qəpik məbləğində pul Cavabdeh tutularaq İddiaçı MMC-nə verilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 216- 220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsi üzrə 585 manat 60 qəpik ödənilməmiş hissə, 176 manat 40 qəpik cərimə, xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsi üzrə 1011 manat 20 qəpik ödənilməmiş hissə, 302 manat 40 qəpik cərimə, xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsi üzrə 72 manat ödənilməmiş hissə və 27 manat 60 qəpik cərimə, xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsi üzrə 822 manat 50 qəpik ödənilməmiş hissə, 245 manat 70 qəpik cərimə, xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsi üzrə 3100 manat ödənilməmiş hissə, 990 manat cərimə, xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsi üzrə 140 manat ödənilməmiş hissə və 42 manat cərimə, xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsi üzrə 470 manat ödənilməmiş hissə və 144 manat cərimə, xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsi üzrə 320 manat 04 qəpik ödənilməmiş hissə, 94 manat 50 qəpik cərimə,xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsi üzrə 462 manat 02 qəpik ödənilməmiş hissə, 134 manat 40 qəpik cərimə olmaqla, ümumilikdə 9140 manat 36 qəpik tutularaq İddiaçı MMC-nə verilsin. Cavabdeh 111 manat 41 məbləğində ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı MMC-nə verilsin. Qətnamədən bir ay müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Elçin Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar