Məhkəmə qərarları › İş №e-2(046)-1496/2024

Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №e-2(046)-1496/2024

29.10.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № e-2(046)-1496/2024 29.10.2024 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Giriş hissə: Hakim Qurbanova Gülnaz İntiqam qızının sədrliyi, Əliyeva Leyla Bəhər qızının katibliyi, İddiaçı "xxxx" ASC-nin etibarnamə üzrə nümayəndəsi Nümayəndə Cavabdeh Sadiq qızının iştirakı ilə, İddiaçı Azərişıq” ASC-nin Cavabdeh Sadiq qızına qarşı elektrik enerjisinin istehlakı ilə bağlı yaranmış borcun ödənilməsi tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı "xxxx" ASC-i kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh Sadiq qızından elektrik enerjisinin istehlakı ilə bağlı yaranmış 707.38 manat borcun və 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, Cavabdeh Sadiq qızı ilə "xxxx" ASC arasında elektrik enerjisinin alqı-satqısının birtipli xx.xx.2024-cü il tarixli 948002 saylı müqaviləsinə əsasən elektrik enerjisindən istifadə nəticəsində xx.xx.2024-cü il tarixə 707,38 manat mabləğində borcu yaranmışdır. xx.xx.2024-cü il tarixli 948002 saylı alqısatqı müqaviləsinin 5-ci bəndinə əsasən maişət abonenti ilə enerji təchizatı müəssisəsi arasında elektrik enrjisinə görə hesablaşma dövrü 1 ay müayyən edilir. Əgər göstərilən müddət əzində məişət abonenti tərəfındən elektrik enrjisinin dəyəri ödənilməzsə həmin evə verilən elektrik enerjisinin təchizatı dayandırılmalıdır. Həmçinin həmin müqavilənin 7-ci bəndinə əsasən tərəflər arasında elektrik enerjisindən istifadə mübahisəli məsələlər yaratdıqda, enerji təchizatı müəssisəsi və ya məişət abonenti bilavasitə məhkəməyə müraciət edə bilər. Cavabdeh X3 yaşadığı ünvan 1 ünvanında yaşadığı fərdə evinə enerji tachizatı müəssisəsinin əməkdaşları (nazarətçi mühəndis) tərəfindən hər ay istehlakçıları elektrik enerjisi ilə təciliz edən elektrik hesablama sayğaclarının enerji sərfiyyatı göstəriciləri məsafədən ''mini kompyüter" vasitəsi ilə oxunur va istehlakçıya ay ərzində istehlak edilmiş elektrik enerjisinin miqdarı va dəyəri, ümumi borcu göstərilən "bildiriş xəbərdarlıq" təqdim edilir. Lakin buna baxmayaraq onun tərəfındən göstərilən mabləğ bu günə kimi ödənilməmiş və qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Cavabdeh Sadiq qızı xx.xx.2024-cü il tarixdə etiraz ərizə ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, "xxxx" ASC-nin onra qarşı qaldırdığı iddia ərizəsinə etiraz edir. Belə ki, iddiaçı "xxxx" ASC-nin ondan tələb etdiyi 707 manat pulun əsas hissəsi Göyçay Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən silinmiş borcun bir hissədir. Buna görə də ona qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında verilmiş ərizənin iddi icraatı qaydasına keçirilərək baxılmasını xahiş etmişdir. Göyçay Rayon Məhkəməsinin e-2(046)-1496/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə iddiaçı "xxxx" ASC-nin Cavabdeh Sadiq qızından elektrik enerjisinin istehlakı ilə bağlı yaranmış borcun tutulması barədə ərizəsi üzrə mülki işə iddia icraaatı qaydasında baxılması qərara alınmışdır. İddiaçı "xxxx" ASC-nin etibarnamə üzrə nümayəndəsi Nümayəndə xx.xx.2024-cü il tarixində İddia tələbinin həcminin artırılması barədə ərizə verərək Cavabdeh Sadiq qızından elektrik enerjisinin istehlakı ilə bağlı xx.xx.2024-cü il tarixinə yaranmış 771.40 manat borcun və 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı "xxxx" ASC-nin etibarnamə üzrə nümayəndəsi Nümayəndə iddianı müdafiə etdi, iddia ərizəsində göstərilən xüsusatları təsdiq edərək məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh X4 iddia ərizəsini qəbul etmədi və bildirdi ki, Göyçay Rayon Məhkəməsinin 2(046)-1571/2023 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinə görə cavabdeh "xxxx" ASC-i tərəfindən iddiaçı Cavabdeh Sadiq qızının Göyçay şəhəri, N.Narimanov küçəsi 35 saylı evdə elektrik enerjisindən istifadə qaydalarının pozulması barədə tərtib edilmiş 26 aprel 2023-cü il tarixli, 032475 saylı akta əsasən hesablanmış 1494 manat 15 qəpik məbləğində dəymiş zərər 123 manat 56 qəpik məbləğinədək silinərək azaldılmışdır. Lakin "xxxx" ASC-i qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin olmasna baxmayaraq məbləği tam silməmiş və buna görə də anlaşımazlıq yaranmışdır. Qardaşı işıq idarəsinə gedərkən onlardan 600 manata yaxın borcun ödənilməsini tələb etmişdirlər, halbuki o borc məhkəmə qətnaməsi ilə silinərək 123 manat müəyyən olunmuşdur. Bu səbəbdən o, 123 manat cəriməni və istifadə etdiyi elektrik enerjisinə görə borcnunu ödəməkdən imtina etmişdir. Məhkəmədən iddianın rədd edilməsini xahiş etmişdir. İddiaçı "xxxx" ASC-nin etibarnamə üzrə nümayəndəsi Nümayəndə replika hüququndan istifadə edərək qeyd etdi ki, Göyçay Rayon Məhkəməsinin 2(046)-1571/2023 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi 2024-cü ilin mart ayında tam şəkildə icra edilmişdir. Hazırkı iddia ərizəsi ilə cavabdehdən tələb olunan 771.40 manat məbləğin 482.25 manatı baxış zamanı sayğacdan kənar xətdən istifadəyə görə xx.xx.2024-cü il tarixli akta əsasən hesablanmış, qalnan hissəsi sə 10 ay ərzində elektrik enerjisindən istehlaka görə yazılmış borc məbləğidir. İş materiallarından əlavə edilmiş: 31 yanvar 2024-cü il tarixli ******* saylı aktdan görünür ki, istehlakçı Cavabdeh Sadiq qızının (abonent kodu **********00566) adına olan sayğaca baxış keçirilən zaman sayğacın keçən yükü qeyd etmədiyi, kənar xətdən istifadə olunduğu müəyyən olunmuşdur. xx.xx.2024-cü il tarixli satış üzrə tələblərdən görünür ki, itirilmiş enerji dəyəri 482.25 manat hesablanmışdır. Hesabat aşağıdakı qaydada aparılmışdır: (4.4 kvts x x 24 saat x 0.7 x 60 gün)- 309 kvts = 3925 kvts Tarif(0 08) -400 kvts x 0.08 =32.0 man Tarif (0.09) -200 kvts x 0.09 = 18.0 man Tarif (0.13) -3325 kvts x 0.13 = 432.25 manat Cəmi 482.25 manat. Abonent Cavabdeh Sadiq qızının adına olan Abunə haqqında sayğac göstəricilərindən görünür ki, xx.xx.2024-cü il tarixində məhkəmə qətnaməsinə görə abonent kodundan 1370.59 manat borc silinmişdir. xx.xx.2024-cü il tarixdə X1ydalarının pozulmasına görə 482.25 cərimə hesablanmışdır. 2023-cü ilin noyabr ayından 2024-cü ilin sentyabr ayına kimi elektrik enerjisindən istifadəyə görə hesablanmış məbləğ 194.48 manat təşkil etmişdir. DVD diskə köçürülmüş videoyazıdan görünür ki, istehlakçı Cavabdeh Sadiq qızının adına olan sayğaca "xxxx" ASC-nin əməkdaşları tərəfindən baxış keçirilmiş və baxış zamanı sayğacın keçən yükü qeyd etmədiyi, kənar xətdən istifadə olunduğu müəyyən olunmuşdur. ********** saylı qəbzdən görünür ki, iddia ərizəsinin verilməsi üçün iddiaçı Azərişıq” ASC-i tərəfindən 30 manat dövlət rüsumu ödənilmişdir. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyinin normalarını pozan) əməkdir ( hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli 18 nömrəli qərarı ilə təsdiq olunmuş “Elektrik enerjisindən istifadə qaydaları”nın: 8.2-ci bəndinə uyğun olaraq elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. 8.4-cü bəndinə görə enerjitəchizatı müəssisəsi istehlakçıdan yalnız istifadə olunmuş elektrik enerjisinə görə ödəniş alır, digər ödənişlərin, o cümlədən bu Qaydaların 3.5-ci bəndinə uyğun olaraq istehlakçıya məxsus elektrik qurğularına gərginlik verilməsinə görə ödənişin alınmasına yol verilmir. 8.17-ci bəndinə görə istehlakçı (o cümlədən məişət abonenti) tərəfindən elektrik enerjisinin talanması məqsədilə hesablaşma elektrik sayğacları zədələndikdə (plomb qoparıldıqda, baxış şüşəsi sındırıldıqda, gövdəsi zədələndikdə və sayğaca vizual baxış nəticəsində qüsurun müəyyən edilməsi mümkün olan digər hallarda), sayğacların qoşulma sxemləri pozulduqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18ci və 7.19-cu bəndləri nəzərə alınmaqla, pozuntu aradan qaldırılmalı və bu Qaydaların 10.18.9-2-ci yarımbəndinə uyğun olaraq elektrik sayğaclarına və onların qoşulma sxeminin işlək və toxunulmaz vəziyyətdə olmasını müəyyən etmək məqsədilə keçirilmiş sonuncu baxış tarixindən üç aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri elektrik qəbuledicilərinin gücü məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. 8.17-1-ci bəndinə görə istehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacından kənar elektrik xətti vasitəsilə elektrik şəbəkəsinə qanunsuz qoşulduqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla qanunsuz elektrik xətti açılmalı və bu Qaydaların 10.18.9-1-ci yarımbəndinə uyğun olaraq elektrik şəbəkəsinə qoşulmaqla, elektrik enerjisinin talanması hallarının qarşısının alınması məqsədilə paylayıcı qurğulara keçirilmiş sonuncu baxış tarixindən on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri sayğacdan kənar çəkilmiş elektrik naqilinin en kəsiyindən buraxıla bilən maksimum cərəyan, gərginlik və məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. İstehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacını xüsusi qurğu vasitəsilə sxemdən kənarlaşdırdıqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla pozuntu aradan qaldırılmalı, on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri elektrik qəbuledicilərinin gücü məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. 8.17-2-ci bəndinə görə istehlakçı (o cümlədən məişət abonenti) tərəfindən bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərində nəzərdə tutulan hallara yol verildiyi aşkar edildikdə, enerji təchizatı müəssisəsinin nümayəndəsi onun iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini istehlakçıya təqdim etməlidir. Enerji təchizatı müəssisəsinin nümayəndəsi tərtib etdiyi akta vurulmuş zərərin bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərinə uyğun olaraq hesablanmış məbləği barədə ilkin məlumatı əlavə edir. Akt enerji təchizatı müəssisəsinin nümayəndəsi və istehlakçı tərəfindən imzalanmalıdır. İstehlakçı aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. İstehlakçı izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. “Energetika haqqında” Azərbaycan Respublikasının Qanununun: 19.16-cı maddəsinə əsasən qanunsuz qoşulma halları aşkar edildikdə, ötürücü və ya paylayıcı sistem operatoru qanunsuz xətti dərhal elektrik şəbəkəsindən ayırmaqla, elektrik enerjisinin verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edilsikdə ötürücü və ya paylayıcı sistem opratoru bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyətini orqanının müəyyən etdiyi orqana (quruma) və tənzimləyiciyə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim edilməlidir. İstehlakçının elektrik enerjisinin talanmasında təqsirli olması həmin orqanların (qurumların) və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə ötürücü və ya paylayıcı sistem operatoru vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində ötürücü və ya paylayıcı sistem operatoruna vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər pərakəndə satış bazarı qaydaları ilə tənzimlənir. «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 04 nömrəli qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi mülki və kommersiya mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Qərarın 2.4-cü bəndinə görə, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Məhkəmənin mövqeyi: İşin faktiki halları ondan ibarətdir ki, "xxxx" ASC-i tərəfindən xx.xx.2024-cü il tarixində 037377 saylı akt tərtib olunmuşdur. Həmin akta əsasən abonent Cavabdeh Sadiq qızının (abonent kodu **********00566) adına olan sayğaca baxış keçirilməsi zamanı sayğacın keçən yükü qeyd etmədiyi, kənar xətdən istifadə olunduğu müəyyən olunmuşdur. Buna görə ona 482.25 manat borc hesablanmışdır. Cavabdeh Sadiq qızının Göyçay Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsi müəyyən edilmiş və ödənilməmiş 123 manat borcu mövcuddur. 2023-cü ilin noyabr ayından 2024-cü ilin sentyabr ayına kimi elektrik enerjisindən istifadəyə görə Cavabdeh Sadiq qızının abonent koduna hesablanmış borcun məbləği 194.48 manat təşkil etmişdir. Cavabdeh etiraz edərək məhkəmə iclasında sözügedən borcun Göyçay Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsi ilə silinmiş borcun olduğunu bildirsə də Abunə haqqında sayğac göstəricilərindən müəyyən olunur ki, həmin məbləğ xx.xx.2024-cü il tarixdə cavabdehə məxsus abonent kodundan silinmiş və yenidən kənar xətdən istifadəyə görə xx.xx.2024-cü il tarixdə 482.25 manat cərimə hesablanmışdır. Həmin cərimədən başqa məhkəmə qətnaməsi ilə azaldılan 123 manat və 2023-cü ilin noyabr ayından elektrik enerjisindən istifadəyə görə 194.48 manat hesablanmış borc ödənilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Beləliklə iddiaçı "xxxx" ASC-i Cavabdeh Sadiq qızından elektrik enerjisindən istifadəyə görə cəmi olaraq hesablanmış (771.40-482.25) 289.15 manat borcun ödənilməsini tələb etməkdə haqlıdır. Qanunsuz qoşulma halı ilə bağlı tərtib edilmiş akt əsasında cavabdehdən tələb olunan 482.25 manat cəriməyə münasibətdə məhkəmə qeyd edir ki, akt tərtib olunduqdan sonra prosessual qaydalara riayyət olunmamış və aktın bir nüsxəsi inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyətini orqanının müəyyən etdiyi orqana (quruma) və tənzimləyiciyə, cinayət tərkibinin əlamətləri olduğu halda isə cinayət təqibi orqanına təqdim edilməmiş və bununla da istehlakçının elektrik enerjisinin talanmasında təqsirli olmasını təsdiq edən sübut məhkəməyə təqdim olunmamışdır. Bununla belə iddiaçı "xxxx" ASC-nin Cavabdeh Sadiq qızına qarşı sayğaca qanunsuz qoşulma halı ilə bağlı hesablanmış cərimənin ödənilməsi hissəsində iddia tələbi əsassızdır. Beləliklə, məhkəmə tərəflərin izahatını dinləyib, tərəflərin təqdim etdiyi sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, iddiaçı Cavabdeh Sadiq qızı tərəfindən elektrik enerjisindən istifadəyə görə cəmi olaraq hesablanmış 289.15 manat borc tutularaq Azərişıq” ASC-nə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, hazırkı qətnamə ilə iddia təmin edildiyindən iddia tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumu cavabdehlərdən tutularaq iddiaçıya ödənilməlidir. Nəticə: Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216220 və 222.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh Sadiq qızından elektrik enerjisindən istifadəyə görə hesablanmış 289.15 manat borc və ödənilmiş 30 manat məbləğində dövlət rüsumu tutularaq Azərişıq” ASC-nə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Göyçay rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Gülnaz Qurbanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar