Azərbaycan Respublikası adından QƏRARDAD Göyçay rayonu İş № e-2(046)-1511/2025 19.05.2025 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Qurbanova Gülnaz İntiqam qızı İddiaçı MMC-nin cavabdeh Teymur Əhmədov adına "xxxx" QSC-yə qarşı pul tələbinə dair verilmiş iddia ərizəsinə baxaraq, müəyyən etdi: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" QSCdən iddiaçıya 127.466 (yüz iyirmi yeddi min dörd yüz altmış altı manat) manat 80 (səksən) qəpik əsas, 4.080 (dörd min səksən manat) manat 03 (üç) qəpik ƏDV borcu və 170.100 (yüz yetmiş min yüz manat) manat 75 (yetmiş beş) qəpik gecikməyə görə cərimə, cəmi 301.647 (üç yüz bir min altı yüz qırx yeddi) manat 58 (əlli səkkiz) qəpik borcun, 592 manat dövlət rüsumu, vəkillə bağlanan müqavilə üzrə 3000 manatın alınıb İddiaçı MMC-yə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş materiallarını nəzərdən keçirərək məhkəmə hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, mübahisə üzrə tərəflərdən İddiaçı MMC (VÖEN **********) və cavabdeh Teymur Əhmədov adına "xxxx" QSC (VÖEN **********) hüquqi şəxs olduğundan hazırki tələbə məhkəmə aidiyyəti üzrə Kommersiya Məhkəməsində baxılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.3-cü maddəsinə əsasən məhkəmə mübahisənin məhkəmə aidiyyəti ilə əlaqədar məsələlərini ərizənin məhkəmənin icraatına qəbul edilməsi zamanı yoxlamalıdır. Həmin Məcəllənin 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Həmin Məcəllənin 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsi və əlavə edilmiş sənədlər geri qaytarır. Həmin Məcəllənin 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. Məhkəmə hesab edir ki, mübahisə üzrə tərəflər İddiaçı MMC və Teymur Əhmədov adına "xxxx" QSC hüquqi şəxs olduğundan hazırkı iddia tələbinə Göyçay Rayon Məhkəməsində baxılmalı olmadığından, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər qaytarılmalı, iddiaçıya məhkəmə aidiyyəti üzrə kommersiya məhkəməsinə müraciət etmək hüququnun olması izah olunmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 152, 263, 264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı MMC-nin cavabdeh Teymur Əhmədov adına "xxxx" QSC-yə qarşı pul tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Ödənilmiş 592 manat dövlət rüsumu İddiaçı MMC-nə qaytarılsın (xx.xx.2025-ci il tarixli ********** saylı qəbz). İddiaçıya izah edilsin ki, məhkəmə aidiyyəti üzrə Şəki Kommersiya Məhkəməsinə müraciət etmək hüququ vardır. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (gün) müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Göyçay Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Gülnaz Qurbanova
Məhkəmə qərarları › İş №e-2(046)-1511/2025
Göyçay Rayon Məhkəməsi Qərardad — İş №e-2(046)-1511/2025
19.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver