Məhkəmə qərarları › İş №e-2(046)-1607/2022

Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №e-2(046)-1607/2022

15.08.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № e-2(046)-1607/2022 15.08.2022 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlu, iddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı pul tələbinə dair ərizə və ona əlavə olunmuş sənədlərə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC ərizə ilə məhkəməyə müraciət edərək cavabdehdən xx.xx.2021-cu il tarixli müqavilə üzrə 888 manat əsas borcun və 88 manat cərimə borcu olmaqla cəmi 976 manat borcun, xx.xx.2021-cu il tarixli müqavilə üzrə 250.2 manat əsas, 25.8 manat cərimə olmaqla, cəmi 276 manat borcun, xx.xx.2021-ci il tarixli müqavilə üzrə 298.4 manat əsas, 29.6 manat cərimə olmaqla, cəmi 328 manat borcun, xx.xx.2021-ci il tarixli müqavilə üzrə 1260 manat əsas, 126 manat cərimə borcu olmaqla cəmi 1386 manat borcun ümumilikdə hər dörd müqavilə üzrə 2966 manat borcun və 49.66 manat dövlət rüsumunun onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi ərizəni onunla əsaslandırmışdır ki, cavabdeh iddiaçı ilə bağladığı xx.xx.2021-cu il tarixli müqaviləyə əsasən cavabdehə 893 manat dəyərində Beko markalı soyuducu 24 ay müddətinə, xx.xx.2021-cu il tarixli müqaviləyə əsasən cavabdehə 735 manat dəyərində 18 ay müddətinə Xiaomi Amazfit markalı saat, xx.xx.2021-cu il tarixli müqaviləyə əsasən cavabdehə 735 manat dəyərində 18 ay müddətinə Samsung galaxy A02s markalı, xx.xx.2021-cu il tarixli müqaviləyə əsasən cavabdehə 20 ay müddətinə 1500 manat dəyərində Borch markalı soyuducu satılmışdır. Cavabdeh həmin məbləğlərdən cəmi 111 manat ödəniş etmişdir. Borcun ödənilməsinə dair dəfələrlə cavabdeh yazılı olaraq bildiriş göndərilmiş, lakin cavabdeh şirkətə olan borcunu ödəməmişdir. Hazırda cavabdehin ümumilikdə 2966 manat borcu qalmışdır. Buna görə də ümumilikdə 2966 manat borcun və 49.66 manat ödənilmiş dövlət rüsumunun cavabdehdən alınaraq "xxxx" MMC-nin hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehə iddiaya qarşı əsaslandırılmış etirazın, dəlillərin və onları təsdiq edən sənədlərin təqdim olunması barədə məhkəmə bildirişi vasitəsi ilə təklif olunmuş, lakin cavabdeh məhkəməyə etiraz təqdim etməmişdir. Məhkəmə ərizəni və ona əlavə olunmuş sənədləri tədqiq edərək hesab edir ki, ərizə təmin olunmalıdır. Məhkəməyə təqdim edilmiş xx.xx.2021-cu il tarixli müqavilədən görünür ki, Cavabdeh ilə "xxxx" MMC arasında dəyəri 893 manat olan Beko markalı soyuducu 12 ay ərzində hər ay 37 manat ödəmək şərti ilə nisyə satılması ilə bağlı müqavilə bağlanmışdır. Məhkəməyə təqdim edilmiş xx.xx.2021-cu il tarixli müqavilədən görünür ki, Cavabdeh ilə "xxxx" MMC arasında dəyəri 735 manat olan Samsung galaxy A02s markalı 14 ay ərzində hər ay 13.9 manat ödəmək şərti ilə nisyə satılması ilə bağlı müqavilə bağlanmışdır. Məhkəməyə təqdim edilmiş xx.xx.2021-cu il tarixli müqavilədən görünür ki, Cavabdeh ilə "xxxx" MMC arasında dəyəri 735 manat olan Samsung galaxy A02s markalı 14 ay ərzində hər ay 19.8 manat ödəmək şərti ilə nisyə satılması ilə bağlı müqavilə bağlanmışdır. Məhkəməyə təqdim edilmiş xx.xx.2021-cu il tarixli müqavilədən görünür ki, Cavabdeh ilə "xxxx" MMC arasında ümumi dəyəri 1500 manat olan İki ədəd Borch markalı soyuducuu 12 ay ərzində hər ay 63 manat ödəmək şərti ilə nisyə satılması ilə bağlı müqavilə bağlanmışdır. Məhkəməyə təqdim edilmiş xx.xx.2022-ci il tarixli maliyyə arayışdan görünür ki, Cavabdeh "xxxx" MMC-yə xx.xx.2021-cu il tarixli müqavilə üzrə 888 manat əsas, 88 manat cərimə borcu olmaqla, cəmi 976 manat borcu, xx.xx.2021-cu il tarixli müqavilə üzrə 250.2 manat əsas, 25.8 manat cərimə olmaqla, cəmi 276 manat borcu, xx.xx.2021-cu il tarixli müqavilə üzrə 298.4 manat əsas, 29.6 manat cərimə olmaqla, cəmi 328 manat borcu, xx.xx.2021-cu il tarixli müqavilə üzrə 1260 manat əsas, 126 manat cərimə olmaqla, cəmi 1386 manat borcu olmaqla ümumilikdə hər dörd müqavilə üzrə 2966 manat borcu vardır. Mülki Məcəllənin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Məhkəmə hesab edir ki, Mülki Məcəllənin göstərilən müddəaları baxımından iddiaçı və cavabdeh arasında müqavilə hüquq münasibətlərindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının ona vurulmuş zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbi də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Mülki Məcəllənin 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli,əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəlikdə tərəf kimi mülki-hüquq münasibətlərinin bütün iştirakçıları – fiziki və hüquqi şəxslər, dövlət hakimiyyəti və yerli özünüidarə orqanları çıxış edə bilərlər (Mülki Məcəllənin 5-ci maddəsi). Hər bir öhdəlikdə borclu – pul ödəməyə, əmlak verməyə, işi icra etməyə, xidmət göstərməyə borclu olan şəxs və kreditor – borcludan vəzifəsini icra etməyi tələb etmək hüququ olan şəxsdir. Mülki Məcəllədə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması – öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə Mülki Məcəllənin 426-ci maddəsində təsbit edilmiş «vicdanlılıq» anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə, öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidməti qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Mülki Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Məhkəmə hesab edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları baxımından cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, o, müqavilələr üzrə üzərinə götürdüyü öhdəliyə yerinə yetirməmişdir. Buna görə də müqavilələr üzrə cavabdehin ödəmədiyi qalıq borc və cərimə borcu iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə hesab edir ki, iddiaçı "xxxx" MMC-nin cavabdehdən xx.xx.2021-ci il tarixli müqavilə üzrə 88 manat məbləğində, xx.xx.2021-ci il tarixli müqavilə üzrə 25.8 manat məbləğində, xx.xx.2021-ci il tarixli müqavilə üzrə 29.6 manat məbləğində və xx.xx.2021-ci il tarixli müqavilə üzrə 126 manat məbləğində cərimə tələbi tənasübsüz surətdə yüksəkdir. Buna görə də məhkəmə tərəflərin mənafelərini nəzərə alaraq dəbbə pullarının tənasübsüz surətdə yüksək hesab edir və həmin dəbbə pullarının müvafiq olaraq 8 manat, 5 manat 80 qəpik, 9 manat 60 qəpik və 6 manat məbləğində müəyyən edilməsini qanuna uyğun hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman 49.66 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda iddiaçı tərəfindən ödənilmiş 49.66 manat dövlət rüsumunun, iddia təmin edilən həddə hesablanmaqla 47.34 manatın cavabdehdən alınaraq iddiaçı "xxxx" MMC-yəödənilməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı iddia ərizəsi ilə müraciət edərkən 49.66 manat dövlət rüsumu ödəmişdir. Ona görə də məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 49.66 manat məbləğində dövlət rüsumu cavabdehə aid edilməlidir. Mülki Prosessual Məcəllənin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 266-220-ci, 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2021-cu il tarixli müqavilə üzrə 888 manat əsas, 8 manat cərimə borcu olmaqla, cəmi 916 manat borcu, xx.xx.2021-cu il tarixli müqavilə üzrə 250.2 manat əsas, 5.8 manat cərimə olmaqla, cəmi 256 manat borc, xx.xx.2021-cu il tarixli müqavilə üzrə 298.4 manat əsas, 9.6 manat cərimə olmaqla, cəmi 308 manat borc və xx.xx.2021-cu il tarixli müqavilə üzrə 339 manat əsas, 6 manat cərimə olmaqla, cəmi 1254 manat borc hər dörd müqavilə üzrə ümumilikdə 2734 manat borc və 47.34 manat dövlət rüsumu tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM İbrahim Fəttahov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar