Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № e-2(046)-1664/2024 17.09.2024 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Giriş hissə: Hakim Qurbanova Gülnaz İntiqam qızı, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı borc tələbi barədə kiçik iddialara dair işlər üzrə ərizəsinə baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı "xxxx" MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2023-cü il tarixli 14024093 saylı müqavilə üzrə 52.98 manat əsas, 5.02 manat cərimə və xx.xx.2023-cü il tarixli 04153215 saylı müqavilə üzrə 391.86 manat əsas, 39.14 manat cərimə və xx.xx.2023-cü il tarixli 14024089 saylı müqavilə üzrə 642.06 manat əsas, 64.94 manat cərimə, ümumilikdə hər üç müqavilə üzrə 1196 manat pulun və 31.96 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" MMC ilə Cavabdeh arasında xx.xx.2023-cü il tarixli 14024093 saylı, xx.xx.2023-cü il tarixli 04153215 saylı və xx.xx.2023-cü il tarixli 14024089 nisyə alqı-satqı müqavilələri bağlanmışdır. xx.xx.2023-cü il tarixli 14024093 saylı müqavilənin tərkib hissəsi olan Əlavəsinə əsasən alıcı Borofone qulaqlıq müqabilində hər ayın 5-dən gec olmamaqla 6 ay müddətində 8.83 manat ödəməyi öhdəsinə götürmüşdür. xx.xx.2023-cü il tarixli 04153215 saylı müqavilənin tərkib hissəsi olan Əlavəsinə əsasən isə alıcı «Huavveı Nova Y 70» markalı telefon müqabilində hər ayın 29-dan gec olmamaqla 18 ay müddətində 30.28 manat ödəməyi öhdəsinə götürmüşdür. xx.xx.2023-cü il tarixli 14024089 saylı müqavilənin tərkib hissəsi olan Əlavəsinə əsasən isə alıcı « Honor X8 A» markalı telefon müqabilində hər ayın 4-dən gec olmamaqla 18 ay müddətində 35.67 manat ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı avadanlıqları təhvil verməklə müqaviləyə əsasən öz öhdəliklərini yerinə yetirsə də, cavabdeh aldığı malların dəyərini razılaşdırılmış qaydada ödəməmiş və nəticədə 1196 manat borcu yaranmışdır. Cavabdeh borcunu ödəmədiyi təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdar edilmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 23-1-ci fəslində təsbit edilmiş müddəaları rəhbər tutaraq, iddianın qiymətini nəzərə alıb, ərizəyə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxmışdır. Məhkəmə iddia ərizəsini iş materialları ilə birlikdə araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək qeyd edir ki, işdə olan sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət edir və iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatlarının alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurəti yoxdur. Yazılı sübut qismində iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki Cavabdeh ilə iddiaçı "xxxx" MMC-i arasında xx.xx.2023-cü il tarixli 14024093 saylı nisyə alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən cavabdeh aldığı alıcı Borofone qulaqlıq müqabilində hər ayın 5-dən gec olmamaqla 6 ay müddətində 8.83 manat məbləğində pulu iddiaçıya ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh ilə iddiaçı "xxxx" MMC-i arasında xx.xx.2023-cü il tarixli 04153215 saylı nisyə alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən cavabdeh aldığı «Huavveı Nova Y 70» markalı telefon müqabilində hər ayın 29-dan gec olmamaqla 18 ay müddətində 30.28 manat məbləğində pulu iddiaçıya ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh ilə iddiaçı "xxxx" MMC-i arasında xx.xx.2023-cü il tarixli 04153215 saylı nisyə alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən cavabdeh aldığı «Hoffmann» markalı soba müqabilində hər ayın 4-dən gec olmamaqla 18 ay müddətində 35.67 manat məbləğində pulu iddiaçıya ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilələrin 2.6-cı bəndinə əsasən müştəri ödəniş cədvəli üzrə ödənişləri vaxtında ödəməsə, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1% həcmində mübahisəsiz olaraq penya hesablanır. 3.7-ci bəndinə əsasən müqavilənin ödəmə qaydası Əlavədə qeyd olunub. Müqavilələr və onların tərkib hissəsi olan Əlavələr hər iki tərəfin imzası və iddiaçının möhürü ilə təsdiq edilmişdir. Cavabdeh tərəfindən əşyanın qüsursuz vəziyyətdə qəbul edilməsinə dair xx.xx.2023cü il tarixli və xx.xx.2023-cü il tarixli və xx.xx.2023-cü il tarixli təhvil-təslim aktları imzalanmışdır. Cavabdehə borcunu ödəmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xx.xx.2024-cü il tarixdə xəbərdarlıq məktubu göndərilmişdir. Cavabdeh xx.xx.2023-cü il tarixli müqavilə üzrə 52.98 manat əsas, 5.02 manat cərimə və xx.xx.2023-cü il tarixli müqavilə üzrə 391.86 manat əsas, 39.14 manat cərimə və xx.xx.2023-cü il tarixli müqavilə üzrə 642.06 manat əsas, 64.94 manat cərimə, ümumilikdə 1196 manat borcunun olmasına dair xx.xx.2024-cü tarixli maliyyə arayışı tərtib olunmuşdur. ********** saylı mədaxil qəbzindən görünür ki, iddia ərizəsinin verilməsi üçün 31.96 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən alğı-satğı müqaviləsində əşya alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 601.1-ci maddəsinə görə isə, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satğı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. 385.1, 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında xx.xx.2023-cü il tarixli 14024093 saylı, xx.xx.2023-cü il tarixli 04153215 və xx.xx.2023-cü il tarixli 14024089 saylı nisyə alqı-satqı müqavilələrindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. İddiaçı alqı-satqı müqavilələrə əsasən üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra edərək avadanlıqları cavabdehə təqdim etmişdir. Cavabdeh isə aldığı malların dəyərini müəyyən edilmiş müddət ərzində ödəməməklə, uzərinə düşən öhdəlikləri pozmuşdur. Beləliklə, iddia tələbi əsas borcun tutulması hissəsində əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır. Göründüyü kimi Cavabdeh alqı-satqı müqavilələri üzrə öhdəliklərini lazımi qaydada icra etməməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilələrdə öhdəliklərin lazımi qaydada icra edilməməsinə görə dəbbə pulu ödənilməsi nəzərdə tutulduğundan cavabdehdən iddiaçının xeyrinə dəbbə pulu tutulması üçün əsaslar mövcuddur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, hazırkı qətnamə ilə iddia təmin edildiyindən iddia tərəfindən ödənilmiş (otuz bir manat doxsan altı qəpik) manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Nəticə: Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 284-5, 284-6, 357, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh xx.xx.2023-cü il tarixli 14024093 saylı müqavilə üzrə 52.98 (əlli iki manat doxsan səkkiz qəpik) manat əsas, 5.02 (beş manat sıfır iki qəpik) manat cərimə və xx.xx.2023-cü il tarixli 04153215 saylı müqavilə üzrə 391.86 (üç yüz doxsan bir manat səksən altı qəpik) manat əsas, 39.14 (otuz doqquz manat on dörd qəpik) manat cərimə və xx.xx.2023-cü il tarixli 14024089 saylı müqavilə üzrə 642.06 (altı yüz qırx iki manat sıfır altı qəpik) manat əsas, 64.94 (altmış dörd manat doxsan dörd qəpik) manat cərimə, ümumilikdə 1196 (bir min bir yüz doxsan altı manat) məbləğində pul tutularaq "xxxx" MMCnə ödənilsin. Cavabdeh dövlət rüsumu üçün ödənilmiş 31.96 (otuz bir manat doxsan altı qəpik) manat məbləğində pul alınaraq iddiaçı "xxxx" MMC-nə verilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Gülnaz Qurbanova
Məhkəmə qərarları › İş №e-2(046)-1664/2024
Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №e-2(046)-1664/2024
17.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver