Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № e-2(046)-1750/2024 18.12.2024 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Giriş hissə: Hakim Qurbanova Gülnaz İntiqam qızının sədrliyi, Əliyeva Leyla Bəhər qızının katibliyi ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı lizinq müqaviləsinə əsasən yaranan borcun və dəymiş ziyan üzrə pul tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, Təsviri hissə: Müəyyən etdi: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2024cü il tarixli, 267/2024 saylı daxili lizinq müqaviləsinə əsasən ödənilməmiş aylıq lizinq ödənişi 3 ay (90 gün) müddətinə hesablanmaqla 4950 (dörd min doqquz yüz əlli) manat aylıq lizinq ödənişi, gecikdirilmiş 60 gün üçün gecikdirilmə faizi kimi hesablanmış 1980 (min doqquz yüz səksən) manat, əlavə olaraq cavabdeh tərəfindən törədilmiş inzibati xətalara görə iddiaçı tərəfindən ödənilmiş 666 manat (altı yüz altmış altı manat) manat cərimə ödənişi olmaqla, cəmi 7596 (yeddi min beş yüz doxsan altı) manat məbləğində pul və dövlət rüsumu olaraq ödənilmiş 96 manat pulun alınaraq İddiaçı MMC-nə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında xx.xx.2024-cü il tarixdə 267/2024 saylı “daxili maliyyə lizinq müqaviləsi” bağlanmışdır. Həmin müqaviləyə əsasən buraxılış ili 2024-cü il olan, **-YN-*** dövlət qeydiyyat nişanlı, boz metallik rəngli “Changan CS 75 plus” markalı minik nəqliyyat vasitəsinin bazar dəyəri 42200 manat qiymətləndirilmiş və İddiaçı tərəfindən 36 ay müddətinə Cavabdeh daxili maliyyə lizinq müqaviləsinə əsasən lizinqə verilmişdir. Müqaviləyə əlavə edilmiş əlavə №1 (lizinq qrafikləri ödənişləri) əsasında müəyyən edilmiş dövrilikdə və tarixdə lizinq ödənişlərini (36 ay müddətinə, hər ay 1650 manat (1539 manat lizinq ödənişi, 111 manat xidmət haqqı olmaqla) ödəməyi öhdəsinə götürmüşdür. Müqaviləyə əsasən İddiaçı öz öhdəliklərini yerinə yetirmiş və buraxılış ili 2024-cü il olan, **-YN-*** dövlət qeydiyyat nişanlı, boz metallik rəngli “Changan CS 75 plus” markalı minik nəqliyyat vasitəsini cavabdehə təqdim etmiş və təhvil-təslim aktı barədə tərəflər akta imza etmişlər. Cavabdeh isə öhdəliklərə əməl etməmiş və “daxili maliyyə lizinq müqaviləsi” və müqaviləyə əlavə edilmiş əlavə №2 (lizinq qrafikləri ödənişləri) ilə müəyyən edilmiş ödənişləri ödəməmişdir. Nəticədə, cavabdehin müqaviləyə əsasən 3 ay (90 gün) müddətinə hesablanmaqla 4950 (dörd min doqquz yüz əlli) manat aylıq lizinq ödənişi, gecikdirilmiş 60 gün üçün gecikdirilmə faizi kimi hesablanmış 1980 (min doqquz yüz səksən) manat (1650 manat x 2 /100=33 x 60=1980) borcu yaranmışdır. Cavabdeh müqavilə üzrə öhdəliklərini yerinə yetirməmiş və avtomobil istifadəsində olan zaman yol hərəkət qaydaları əleyhinə olan inzibati xətalar törədərək iddiaçıya maddi ziyan vurmuşdur. İnzibati xəta haqqında qərarlarda xətaların avtomobilin cavabdehin istifadəsində olan zaman törədilməsi müəyyən edilir. Cavabdehin törətdiyi yol hərəkət qaydaları əleyhinə olan inzibati xətalara görə EQ 20752790 (80 manat), EQ 21840916 (210 manat), EQ 21697169 (45 manat), EQ 22095047 (50 manat), AYN ******* (11.4 manat), İXP ******* (49.6 manat), İXP ******* (42.4 manat), EQ 21652590 (22.8 manat), EQ 21336148 (11.4 manat), EQ 21275146 (57 manat), AYN ******* (14 manat), EQ 20989064 (57 manat), EQ 20836647 (15.5 manat) olmaqla, cəmi 666.10 manat (altı yüz altmış altı manat on qəpik) cərimə olunmuş və həmin cərimələr İddiaçı MMC-nin vəsaiti hesabına ödənilmişdir. Cavabdeh borcun ödənilməsi ilə bağlı xəbərdarlıq məktubu göndərilmiş, yazılı və şifahi xəbərdarlıq edilmiş, telefon danışıqları aparılmış, lakin cavabdeh tərəfindən öhdəliklər yerinə yetirilməmiş, heç bir ödəniş edilməmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş İddiaçı MMC-nin nümayəndəsi məhkəməyə gəlməmiş, İddiaçı MMC -nin nümayəndəsi X2 ərizə ilə məhkəməyə müraciət edərək işə onun iştirakı olmadan baxılaraq iddianın təmin edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.6-ci maddəsinə əsasən işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. İş üzrə Cavabdeh məhkəmənin yeri və vaxtı barədə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məhkəmə bildirişi qeydiyyatda olduğu ünvana göndərilmiş məhkəmə bildirişi həmin ünvanda yaşamaması qeydi ilə geri qaytarılmış, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. İş materiallarına əlavə edilmiş 17 aprel 2024-cü il tarixli 267/2024 saylı Daxili Lizinq müqaviləsinin surətindən görünür ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış daxili maliyyə lizinq müqviləsinə görə, buraxılış ili 2024-cü il olan, **-YN-*** dövlət qeydiyyat nişanlı, boz metallik rəngli “Changan CS 75 plus” markalı minik nəqliyyat vasitəsinin bazar dəyəri 42200 manat qiymətləndirilmiş və İddiaçı tərəfindən 36 ay müddətinə Cavabdeh daxili maliyyə lizinq müqaviləsinə əsasən lizinqə verilmişdir. Həmin müqavilənin 01 saylı əlavəsinə əsasən Cavabdeh (lizinq qrafikləri ödənişləri) əsasında müəyyən edilmiş dövrilikdə və tarixdə lizinq ödənişlərini (36 ay müddətinə, hər ay 1650 manat (1539 manat lizinq ödənişi, 111 manat xidmət haqqı olmaqla) ödəməyi öhdəsinə götürmüşdür. “Daxili maliyyə lizinq müqaviləsi”nin 13.1-ci maddəsinə əsasən müəyyən edilən müddətdə lizinq alan lizinq ödənişini tam həyata keçirmirsə lizinq alan lizinq verənə hər gecikdirilmiş ödəniş günü üçün 2 faizi miqdarında penya ödəyir. “Daxili maliyyə lizinq müqaviləsi”nin 12.10-cu maddəsinə əsasən lizinq alan öz öhdəliklərini yerinə yetirmədiyindən müqaviləyə xitam verilərsə lizinq alan lizinq obyekti istifadəsində olduğu müddət ərzində ödəniş cədvəlinə əsasən ödəmədiyi lizinq ödənişlərini, DYP, BNA və digər inzibati cərimələri və lizinq obyektinə lizinq alan tərəfindən dəymiş maddi xərcləri ödəməyi öhdəsinə götürmüşdür. 17 aprel 2024-cü il tarixli təhvil-təslim aktından görünür ki, Cavabdeh İddiaçı MMCnin mülkiyyətində olan buraxılış ili 2024-cü il olan, **-YN-*** dövlət qeydiyyat nişanlı, boz metallik rəngli “Changan CS 75 plus” markalı dövlət qeydiyyat nişanlı avtomobilin təhvil təslimi aparılmış, həmin aktı tərəflər imzalamışdır. Cavabdehin törətdiyi yol hərəkət qaydaları əleyhinə olan inzibati xətalara görə qərarlardan görünür ki, Cavabdeh EQ 20752790 saylı qərar üzrə 80 manat, EQ 21840916 saylı qərar üzrə 210 manat, EQ 21697169 saylı qərarı üzrə 45 manat, EQ 22095047 saylı qərar üzrə 50 manat, AYN ******* saylı qərar 11.4 manat, İXP ******* saylı qərar üzrə 49.6 manat, İXP ******* saylı qərar üzrə 42.4 manat, EQ 21652590 saylı qərar üzrə 22.8 manat, EQ 21336148 saylı qərar üzrə 11.4 manat, EQ 21275146 saylı qərar üzrə 57 manat, AYN ******* saylı qərar üzrə 14 manat, EQ 20989064 saylı qərar üzrə 57 manat, EQ 20836647 saylı qərar üzrə 15.5 manat olmaqla, cəmi 666.10 manat (altı yüz altmış altı manat on qəpik) cərimə olunmuş və həmin cərimələr İddiaçı MMC-nin vəsaiti hesabına ödənilmişdir. 12 avqust 2024-cü il tarixli maliyyə arayışdan görünür ki, borclu Cavabdeh 17 aprel 2024-cü il tarixli 267/2024 saylı daxili lizinq müqaviləsi üzrə xx.xx.2024-cü il tarixə 3 ay (90 gün) müddətinə hesablanmaqla 4950 (dörd min doqquz yüz əlli) manat aylıq lizinq ödənişi, gecikdirilmiş 60 gün üçün gecikdirilmə faizi kimi hesablanmış 1980 (min doqquz yüz səksən) manat, əlavə olaraq 625 manat (altı yüz iyirmi beş manat) DYP cərimə olmaqla, cəmi 7555 (yeddi yüz əlli beş ) manat məbləğində təşkil edir. xx.xx.2024-cü il tarixdə cavabdehə göndərilmiş mübahisənin məhkəməyə qədər (pretenziya) nizama salınması barədə xəbərdarlıqdan görünür ki, buraxılış ili 2024-cü il olan, **-YN-*** dövlət qeydiyyat nişanlı, boz metallik rəngli “Changan CS 75 plus” markalı minik avtomobilə dəymiş ziyan xx.xx.2024-cü il tarixə 3 ay (90 gün) müddətinə hesablanmaqla 4950 (dörd min doqquz yüz əlli) manat aylıq lizinq ödənişi, gecikdirilmiş 60 gün üçün gecikdirilmə faizi kimi hesablanmış 1980 (min doqquz yüz səksən) manat, əlavə olaraq 625 manat (altı yüz iyirmi beş manat) DYP cəriməsi olmaqla, cəmi 7555 (yeddi yüz əlli beş ) manat məbləğin cavabdehə ödənilməsi tələb edilmiş və əks təqdirdə məhkəməyə müraciət olunaraq, borcun tutulması bildirilmişdir. İşə əlavə edilmiş qəbzdən görünür ki, işə baxılması ilə əlaqədar dövlət rüsumu üçün 96 manat məbləğində pul İddiaçı MMC tərəfindən ödənilmişdir (********** saylı qəbz). Əsaslandırıcı hissə: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən “zərərin əvəzinin ödənilməsini tələb ermək hüquqna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın”. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 747.1-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə, lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur.Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. 748-1.8-ci maddəsinə əsasən, lizinq müqaviləsi ləğv edildikdən sonra lizinq alan lizinq obyektini normal köhnəlmə (amortizasiya) və ya lizinq müqaviləsi ilə şərtlənən köhnəlmə nəzərə alınmaqla, lizinq verənə ondan aldığı vəziyyətdə (halda) qaytarmalıdır. 748-1.9-cu maddəsinə əsasən lizinq alan lizinq obyektini qaytarmayıbsa və ya vaxtında qaytarmayıbsa, lizinq verənin gecikmə vaxtı üçün ödəniş tələb etmək hüququ vardır. 748-1.12-ci maddəsinə əsasən, lizinq alanın lizinq obyektindən istifadə şəraiti lizinq müqaviləsinin şərtinə və ya lizinq obyektinin təyinatına uyğun deyilsə, lizinq alan lizinq obyektini işlək halda saxlamırsa və bu da onun istehlak keyfiyyətlərini pisləşdirirsə, lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə, lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır. 748-7.1-ci maddəsinə əsasən, lizinq obyekti olan əmlakın zərərin bütün növlərindən qorunması, həmçinin onun məhv edilməsi, itirilməsi, korlanması, talanması, vaxtından əvvəl sıradan çıxması, quraşdırılması və ya istifadəsi zamanı buraxılan səhvlərdən və istismarı zamanı yol verilən risklərdən qorunması ilə bağlı məsuliyyəti, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq obyektinin faktiki qəbulu anından lizinq alan daşıyır. 748-7.11-ci maddəsinə əsasən lizinq ödənişlərinin ümumi məbləğinə (Lizinq obyektinin əldə edilməsi ilə bağlı zəruri xərclər, Lizinq verənin mükafatının məbləği, Lizinq verənin əlavə xidmətlərinin haqqı və s.) daxildir. Belə olan halda məhkəmə Cavabdeh 17 aprel 2024-cü il tarixli 267/2024 saylı “Daxili lizinq müqaviləsi” üzrə İddiaçı MMC qarşısında üzərinə götürdüyü öhdəliyi lazımi qaydada icra etmədiyini, nəticədə cavabdehin iddiaçıya 4950 manat aylıq lizinq ödənişi, 1980 manat faiz və 666 manat inzibati cərimələr ilə bağlı olan borcunun yarandığını, iddiaçının isə həmin öhdəliyinin icra edilməsini – lizinq müqaviləsi üzrə əsas və faiz borcunun, həmçinin inzibati cərimələrinin ödənilməsini - tələb etmək hüququna malik olduğunu nəzərə alaraq hesab edir ki, İddiaçı MMC Cavabdeh lizinq müqaviləsi üzrə 4950 manat aylıq lizinq ödənişi, 1980 manat faiz və ödənilmiş 666 manat məbləğində inzibati cərimələrin əvəzi olaraq borcunun tutulmasını tələb etməkdə haqlıdır. Beləliklə məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh xx.xx.2024cü il tarixli 267/2024 saylı “Daxili lizinq” müqaviləsi üzrə 4950 manat əsas, 1980 manat faiz, iddiaçı tərəfindən ödənilmiş 666 manat DYP cəriməsi olmaqla, ümumilikdə 7596 manat İddiaçı MMC-nin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda iddiaçı tərəfindən ödənilmiş 96 manat dövlət rüsumu cavabdehdən alınaraq İddiaçı MMC -nə ödənilməlidir. Nəticə: Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216-220 və 222.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh xx.xx.2024-cü il tarixli 267/2024 saylı “Daxili lizinq” müqaviləsi üzrə 4950 (dörd min doqquz yüz əlli) manat əsas, 1980 (min doqquz yüz səksən) manat faiz, iddiaçı tərəfindən ödənilmiş 666 (altı yüz altmış altı) manat DYP cəriməsi olmaqla, ümumilikdə 7596 (yeddi min beş yüz doxsan altı) manat İddiaçı MMC -nin xeyrinə tutulsun. Cavabdeh dövlət rüsumu üçün ödənilmiş 96 (doxsan altı) alınaraq İddiaçı MMC -nə verilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Göyçay rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Gülnaz Qurbanova
Məhkəmə qərarları › İş №e-2(046)-1750/2024
Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №e-2(046)-1750/2024
18.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver