Məhkəmə qərarları › İş №e-2(046)-1776/2025

Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №e-2(046)-1776/2025

31.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № e-2(046)-1776/2025 31.07.2025 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Məmmədova Fidan Şöhrət qızının katibliyi ilə, iddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı pul tələbinə dair ərizə və ona əlavə olunmuş sənədlərə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC ərizə ilə məhkəməyə müraciət edərək cavabdehdən xx.xx.2024-cü il tarixli müqavilə üzrə 399.6 manat əsas borc, 39.96 manat cərimə borcu, xx.xx.2024-cü il tarixli müqavilə üzrə 374.8 manat əsas borc, İnnovativ Layihələr Mərkəzinə ödənilmiş 23.60 manat rüsum, 37.48 manat cərimə borcu, xx.xx.2024-cü il tarixli müqavilə üzrə 226.3 manat əsas, İnnovativ Layihələr Mərkəzinə ödənilmiş 23.60 manat rüsum, 22.63 manat cərimə borcu olmaqla cəmi 1147.97 manat borcun və 31.48 manat dövlət rüsumunun onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi ərizəni onunla əsaslandırmışdır ki, iddiaçı ilə bağladığı xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən cavabdehə 480 manat dəyərində X2 2 82T markalı 4 ədəd təkər 12 ay müddətinə, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən cavabdehə 432.96 manat dəyərində X1 13 markalı telefon 12 ay müddətinə, xx.xx.2024cü il tarixli müqaviləyə əsasən cavabdehə 711.96 manat dəyərində Poco M6 Pro markalı telefon 6 ay müddətinə satılmışdır. Cavabdeh həmin məbləğlərdən cəmi 624.22 manat ödəniş etmişdir. Hazırda cavabdehin ümumilikdə 1147.97 manat borcu qalmışdır. Buna görə də ümumilikdə 1147.97 manat borcun və 31.48 manat ödənilmiş dövlət rüsumunun cavabdehdən alınaraq "xxxx" MMC-nin hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehə iddiaya qarşı əsaslandırılmış etirazın, dəlillərin və onları təsdiq edən sənədlərin təqdim olunması barədə məhkəmə bildirişi vasitəsi ilə təklif olunmuş, lakin cavabdeh məhkəməyə etiraz təqdim etməmişdir. Məhkəmə ərizəni və ona əlavə olunmuş sənədləri tədqiq edərək hesab edir ki, ərizə qismən təmin olunmalıdır Məhkəməyə təqdim edilmiş xx.xx.2024-cü il tarixli müqavilədən görünür ki, Cavabdeh dəyəri 480 manat olan dəyərində X2 2 82T markalı 4 ədəd təkər satılmış, cavabdeh 12 ay ərzində hər ay 40 manat ödəməyi öz öhdəsinə götürmüşdür. Məhkəməyə təqdim edilmiş xx.xx.2024-cü il tarixli müqavilədən görünür ki, Cavabdeh dəyəri 432.96 manat olan X1 13 markalı telefon satılmış, cavabdeh 24 manat ilkin ödəniş etməklə 12 ay ərzində hər ay 34.08 manat ödəməyi öz öhdəsinə götürmüşdür. Məhkəməyə təqdim edilmiş xx.xx.2024-cü il tarixli müqavilədən görünür ki, Cavabdeh dəyəri 711.96 manat olan Poco M6 Pro markalı telefon satılmış, cavabdeh 33 manat ilkin ödəniş etməklə 6 ay ərzində hər ay 133.16 manat ödəməyi öz öhdəsinə götürmüşdür. Məhkəməyə təqdim edilmiş xx.xx.2025-ci il tarixli maliyyə arayışdan görünür ki, Cavabdeh "xxxx" MMC-yə xx.xx.2024-cü il tarixli müqavilə üzrə 399.6 manat əsas borc və 39.96 manat cərimə borcu , xx.xx.2024-cü il tarixli müqavilə üzrə 374.8 manat əsas borc, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23.60 manat rüsum, və 37.48 manat cərimə borcu, xx.xx.2024-cü il tarixli müqavilə üzrə 226.3 manat əsas borc, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23.60 manat rüsum 22.63 manat cərimə borcu olmaqla cəmi 1147.97 manat borcu vardır. Mülki Məcəllənin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Məhkəmə hesab edir ki, Mülki Məcəllənin göstərilən müddəaları baxımından iddiaçı və cavabdeh arasında müqavilə hüquq münasibətlərindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının ona vurulmuş zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbi də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Mülki Məcəllənin 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli,əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəlikdə tərəf kimi mülki-hüquq münasibətlərinin bütün iştirakçıları – fiziki və hüquqi şəxslər, dövlət hakimiyyəti və yerli özünüidarə orqanları çıxış edə bilərlər (Mülki Məcəllənin 5-ci maddəsi). Hər bir öhdəlikdə borclu – pul ödəməyə, əmlak verməyə, işi icra etməyə, xidmət göstərməyə borclu olan şəxs və kreditor – borcludan vəzifəsini icra etməyi tələb etmək hüququ olan şəxsdir. Mülki Məcəllədə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması – öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə Mülki Məcəllənin 426-ci maddəsində təsbit edilmiş «vicdanlılıq» anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə, öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidməti qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Mülki Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşya alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 601.1-ci maddəsinə əsasən, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. 600.4 və 600.5-ci maddələrinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmişəşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. Məhkəmə hesab edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları baxımından cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, o, müqavilələr üzrə üzərinə götürdüyü öhdəliyə yerinə yetirməmişdir. Buna görə də müqavilələr üzrə cavabdehin ödəmədiyi qalıq borc və cərimə borcu iddiaçının xeyrinə tutulmalıdır. Bundan başqa iddiaçı iddia ərizəsində mobil telefonun istifadəsinə məhdudiyyət qoyulması ilə əlaqədar olaraq İnnovativ Layihələr Mərkəzinə 47.2 manat dövlət rüsumu ödənildiyini qeyd etsə də, iddia ərizəsinə əlavə edilmiş sənədlərdə qeyd edilən rüsumun ödənilməsini təsdiq edən sənəd müəyyən edilməmişdir. Buna görə də məhkəmə hesab edir ki, iddia tələbi göstərilən hissədə təmin edilə bilməz. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı iddia ərizəsi ilə müraciət edərkən 31.48 manat dövlət rüsumu ödəmişdir. Ona görə də məhkəmə hesab edir ki, iddia təmin edilən həddə 31 manat məbləğində dövlət rüsumu cavabdehə aid edilməlidir. Azərbaycan Respublikasının MPM-in 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Sadalananlara əsasən məhkəmə hesab edir ki, "xxxx" MMC-nin iddiası qismən təmin edilməli, Cavabdeh xx.xx.2024-cü il tarixli müqavilə üzrə 399.6 manat əsas borc, 39.96 manat cərimə borcu, xx.xx.2024-cü il tarixli müqavilə üzrə 374.8 manat əsas borc və 37.48 manat cərimə borcu, xx.xx.2024-cü il tarixli müqavilə üzrə 226.3 manat əsas borc, 22.63 manat cərimə borcu olmaqla cəmi 1100.77 manat borc və 31 manat dövlət rüsumu tutularaq "xxxx" MMC -yə qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci, 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2024-cü il tarixli müqavilə üzrə 399.6 manat əsas borc, 39.96 manat cərimə borcu, xx.xx.2024-cü il tarixli müqavilə üzrə 374.8 manat əsas borc və 37.48 manat cərimə borcu, xx.xx.2024-cü il tarixli müqavilə üzrə 226.3 manat əsas borc, 22.63 manat cərimə borcu olmaqla cəmi 1100.77 manat borc və 31 manat dövlət rüsumu tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə ("Elektron məhkəmə" informasiya sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apelyasiya şikayəti verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim İbrahim Fəttahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar