Məhkəmə qərarları › İş №e-2(046)-1852/2022

Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №e-2(046)-1852/2022

05.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № e-2(046)-1852/2022 05.10.2022 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlu İddiaçı MMC-nin Cavabdeh qarşı borc tələbinə dair ərizəsinə və ona əlavə olunmuş sənədlərə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı ərizə ilə müraciət edərək cavabdehdən xx.xx.2021-ci il tarixli (nisyə) alqı-satqı müqaviləsinə üzrə 39 manat əsas, 5.8 manat cərimə, cəmi 44.8 manat, xx.xx.2021-ci il tarixli (nisyə) alqı-satqı müqaviləsi üzrə 105 manat əsas, 15.7 manat cərimə, cəmi 120.7 manat, xx.xx.2021-ci il tarixli (nisyə) alqı-satqı müqaviləsi üzrə 167 manat əsas, 25 manat cərimə, cəmi 192 manat, xx.xx.2021-ci il tarixli (nisyə) alqısatqı müqaviləsi üzrə 14.4 manat əsas, 2.1 manat cərimə, cəmi 16.5 manat, xx.xx.2020-ci il tarixli (nisyə) alqı-satqı müqaviləsi üzrə 164 manat əsas, 24.6 manat cərimə, cəmi 188.6 manat, xx.xx.2021-ci il tarixli (nisyə) alqı-satqı müqaviləsi üzrə 54 manat əsas, 8.1 manat cərimə, cəmi 62.1 manat, ümumilikdə altı müqavilə üzrə 624.70 manatın və ödənilmiş 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizədə göstərilmişdir ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, aldığı “SAMSUNG A025” markalı mobil telefona görə 12 ay ödəniş cədvəli üzrə hər ay 25 manat olmaqla cəmi 289 manat, xx.xx.2021-ci il tarixli (nisyə) alqı- satqı müqaviləsinə əsasən, aldığı “BRAUN” markalı blenderə görə 18 ay ödəniş cədvəli üzrə hər ay 9 manat olmaqla cəmi 169 manat, xx.xx.2021-ci il tarixli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, aldığı “SAMSUNG A125“ markalı mobil telefon və “STİCKER SAMSUNG” markalı aksesuara görə 12 ay ödəniş cədvəli üzrə hər ay 28 manat olmaqla cəmi 335 manat, xx.xx.2021-ci il tarixli (nisyə) alqısatqı müqaviləsinə əsasən, aldığı “SAMSUNG” markalı yaddaş kartına görə 6 ay ödəniş cədvəli üzrə hər ay 5 manat olmaqla cəmi 29.9 manat, xx.xx.2020-ci il tarixli (nisyə) alqısatqı müqaviləsinə əsasən, aldığı “ZG” markalı paltaryuyana görə 18 ay ödəniş cədvəli üzrə hər ay 60 manat olmaqla cəmi 1064 manat, xx.xx.2021-ci il tarixli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, sonuncu, aldığı “ARDESTO” markalı sərinkeşə görə 18 ay ödəniş cədvəli üzrə hər ay 3 manat olmaqla cəmi 66 manat, ümumilikdə altı müqavilə üzrə 1952.9 manat ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh müqavilələrin şərtlərini pozaraq, sonuncu dəfə altı müqavilə üzrə qalıq borcunu qaytarmamışdır. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, borclu borcu ödəməkdən boyun qaçırır. Nisyə alqı-satqı müqavilələrinin №1 saylı əlavəsinin şərtlərinə uyğun olaraq, gecikdirilən aylıq borc məbləğinə cərimə kimi gündəlik 1(bir) % dərəcəsi ilə (minimum 50 qəpik) dəbbə hesablanır və Alıcı tərəfindən Satıcıya ödənilir. Cərimə faizləri əşyanın dəyərini qaytarılmalı olduğu gündən onun faktiki qaytarıldığı günə qədər olan müddət üçün ödənilir. Cavabdehin gecikdirdiyi günlərin faktiki cərimə borcu 813 manat təşkil edir. Cavabdehin müqavilələr üzrə hər bir günə görə hesablanmış cərimə məbləğinin miqdarı hər iki müqavilə üzrə 813 manat təşkil etdiyi halda, humanizm prinsipinə əsaslanaraq həmin cərimə məbləğinin 90%-i tərəfimizdən güzəşt edilmişdir və cavabdeh tərəfindən cərimə məbləğinin 10%-i, yəni 81.30 manat "xxxx" MMC-yə ödənilməlidir. Buna görə də iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının tələbinə dair əsaslandırılmış etirazın, ona dair dəlillərin və onları təsdiq edən sənədlərin təqdim olunması barədə cavabdehə bildiriş göndərilsə də, o, bununla bağlı məhkəməyə sübutlar təqdim etməmişdir. İşdə olan sübutlara qiymət verərək məhkəmə hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, işin müəyyən edilən hallarından görünür ki, tərəflər arasında (nisyə) alqısatqı müqaviləsinin bağlanmasından irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Müqavilə, öhdəliyin əmələ gəlmə əsaslarından biridir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşya alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 601.1-ci maddəsinə əsasən, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. 600.4 və 600.5-ci maddələrinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. İddiaçı ilə Cavabdeh arasında bağlanmış nisyə alqı-satqı müqavilələrinə əsasən satıcı (iddiaçı) alıcıya (cavabdehə) 12 ay müddətinə «Samsung A025» markalı mobil telefon, 18 ay müddətinə «Braun» markalı blender, 12 ay müddətinə «Samsung A125» markalı mobil telefon, «Sticker Samsung» markalı aksesuar, 6 ay müddətinə «Samsung» markalı yaddaş kartı, 18 ay müddətinə «ZG» markalı paltaryuyan və 18 ay müddətinə «Ardesto» markalı sərinkeşin verilməsini öhdəsinə götürmüş, alıcı isə əşyaları qəbul etməyi və müəyyən olunmuş qrafik əsasında məbləği qaytarmağı öhdəsinə götürmüşdür. Müqavilələrə əsasən alıcı öhdəliyini icra etmədikdə və ya lazımınca icra etmədikdə kreditin və gecikdirilmiş borc yarandığı gündən hər gecikdirilən gün üçün dəbbə pulu ödəməlidir. Alqı-satqı müqavilələrinə əsasən iddiaçı müqavilələr üzrə üzərinə düşən öhdəliyini icra edərək cavabdeh-alıcıya «Samsung A025» markalı mobil telefon, «Braun» markalı blender, «Samsung A125» markalı mobil telefon, «Sticker Samsung» markalı aksesuar, «Samsung» markalı yaddaş kartı, «ZG» markalı paltaryuyan və «Ardesto» markalı sərinkeşi versə də, cavabdeh müəyyən olunmuş qrafik əsasında ödənişləri həyata keçirməmiş və nəticədə onun iddiaçıya xx.xx.2021-ci il tarixli (nisyə) alqı-satqı müqaviləsinə üzrə 39 manat əsas, 5.8 manat cərimə, cəmi 44.8 manat, xx.xx.2021-ci il tarixli (nisyə) alqı-satqı müqaviləsi üzrə 105 manat əsas, 15.7 manat cərimə, cəmi 120.7 manat, xx.xx.2021-ci il tarixli (nisyə) alqı-satqı müqaviləsi üzrə 167 manat əsas, 25 manat cərimə, cəmi 192 manat, xx.xx.2021-ci il tarixli (nisyə) alqı-satqı müqaviləsi üzrə 14.4 manat əsas, 2.1 manat cərimə, cəmi 16.5 manat, xx.xx.2020-ci il tarixli (nisyə) alqı-satqı müqaviləsi üzrə 164 manat əsas, 24.6 manat cərimə, cəmi 188.6 manat, xx.xx.2021-ci il tarixli (nisyə) alqı-satqı müqaviləsi üzrə 54 manat əsas, 8.1 manat cərimə, cəmi 62.1 manat, ümumilikdə altı müqavilə üzrə 624.70 manat borcu yaranmışdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Cavabdeh müqavilələrdən irəli gələn öhdəliklərini vaxtında və lazımi qaydada icra etmədiyi üçün aldığı əşyanın dəyərindən ödənilməmiş qalan pulu ondan iddiaçının xeyrinə tutulmalıdır. İddiaçı MMC-nin tələb etdiyi 5.80 manat, 15.70 manat, 25 manat, 2.10 manat, 24.60 manat və 8.10 manat cərimə (hər gün üçün ödənilməmiş məbləğin 1%-i məbləğində) ödənilməsi tələbi ilə bağlı məhkəmə həmçinin hesab edir ki, iddia tələbi həmin hissədə təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 54 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-cı maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Göstərilənlərə əsasən və MPM-nin 119.1 -ci, 216-220-ci, 284-5.3-cü, 284-6-cı, 358ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddia təmin edilsin. Cavabdeh xx.xx.2021-ci il tarixli (nisyə) alqı-satqı müqaviləsinə üzrə 39 manat əsas, 5.8 manat cərimə, cəmi 44.8 manat, xx.xx.2021-ci il tarixli (nisyə) alqı-satqı müqaviləsi üzrə 105 manat əsas, 15.7 manat cərimə, cəmi 120.7 manat, xx.xx.2021-ci il tarixli (nisyə) alqı-satqı müqaviləsi üzrə 167 manat əsas, 25 manat cərimə, cəmi 192 manat, xx.xx.2021-ci il tarixli (nisyə) alqı-satqı müqaviləsi üzrə 14.4 manat əsas, 2.1 manat cərimə, cəmi 16.5 manat, xx.xx.2020-ci il tarixli (nisyə) alqı-satqı müqaviləsi üzrə 164 manat əsas, 24.6 manat cərimə, cəmi 188.6 manat, xx.xx.2021-ci il tarixli (nisyə) alqı-satqı müqaviləsi üzrə 54 manat əsas, 8.1 manat cərimə, cəmi 62.1 manat, ümumilikdə altı müqavilə üzrə 624.70 manat və 30 manat dövlət rüsumunu tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Göyçay Rayon Məhkəməsi vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: İbrahim Fəttahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar