Məhkəmə qərarları › İş №e-2(046)-1961/2025

Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №e-2(046)-1961/2025

10.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № e-2(046)-1961/2025 10.09.2025 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Giriş hissə: Hakim Qurbanova Gülnaz İntiqam qızı, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı borc tələbi barədə kiçik iddialara dair işlər üzrə ərizəsinə baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı "xxxx" MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2024-cü il tarixli 03865058 saylı müqavilə üzrə 505 manat 40 qəpik əsas, X1 ödənilən 23 manat 60 qəpik rüsum, 50 manat 54 qəpik cərimə, xx.xx.2024-cü il tarixli 03865060 saylı müqavilə üzrə 361 manat əsas, X1 ödənilən 23 manat 60 qəpik rüsum, 36 manat 10 qəpik cərimə və xx.xx.2025-ci il tarixli müqavilə üzrə 187 manat 60 qəpik əsas, 18 manat 76 qəpik cərimə olmaqla, ümumilikdə 1206 manat 60 qəpik pulun və 32 manat 07 qəpik dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" MMC ilə Cavabdeh arasında xx.xx.2024-cü il tarixli 03865058 saylı müqavilə üzrə nisyə alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqavilənin tərkib hissəsi olan əlavəsinə əsasən alıcı İmei kod **********25271 “Samsung Galaxy A54 5G” markalı mobil telefon, Samsung Charger adapter, zəmanət +1 il xidməti, Paket L xidməti müqabilində hər ayın 10-dan gec olmamaqla 18 ay müddətində 56 manat 17 qəpik ödəməyi öhdəsinə götürmüşdür. xx.xx.2024-cü il tarixli 03865060 saylı müqavilə üzrə nisyə alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqavilənin tərkib hissəsi olan əlavəsinə əsasən alıcı İmei kodu **********34233 “Samsung Galaxy A54 5G” markalı mobil telefon, Paket L xidməti, Zəmanət +1 il xidməti müqabilində hər ayın 10-dan gec olmamaqla 17 ay müddətində 55 manat 50 qəpik ödəməyi öhdəsinə götürmüşdür. xx.xx.2025-ci il tarixli 9390 nömrəli müqavilə üzrə nisyə alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqavilənin tərkib hissəsi olan əlavəsinə əsasən alıcı 2 ədəd «Rowenta» markalı fen ütü xidməti müqabilində hər ayın 11-dən gec olmamaqla 12 ay müddətində 17 manat 80 qəpik ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı avadanlıqları təhvil verməklə müqavilələrə əsasən öz öhdəliklərini yerinə yetirsə də, cavabdeh alıdığı malların dəyərini razılaşdırılmış qaydada ödəməmiş və nəticədə 1206 manat 60 qəpik borcu yaranmışdır. Cavabdeh borcunu ödəmədiyi təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdar edilmişdir. İddiaçı "xxxx" MMC iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək Cavabdeh qarşı iddia tələbi üzrə başlamış e-2(046)-1961/2025 saylı mülki işdə iddia tələbinin dəqiqləşdirilməsinə zərurət yaranmışdır. İddia ərizəsinin xahiş etdim hissəsində: 1. xx.xx.2024-cü il (müqavilə nömrəsi ********) tarixli müqaviləsinə əsasən İMEİ kodu **********25271 olan “Samsung Galaxy A54” markalı telefon, “Samsung Charger” adapter, zəmanət + 1 il xidməti, Paket L xidməti üçün 505.4 manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilmiş rüsum 23.6 manat, 50.54 manat cərimə pulu, 2. xx.xx.2024cü il (müqavilə nömrəsi ********) tarixli müqaviləsinə əsasən İMEİ kodu **********34233 olan Samsung Galaxy A54 5G markalı telefon, Paket L xidməti, Zəmanət + 1 il xidməti üçün 361 manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilmiş rüsum 23.6 manat 36.1 manat cərimə pulu, 3. xx.xx.2024-cü il (müqavilə nömrəsi 9390) tarixli müqavilənin şərtlərinə uyğun olaraq xx.xx.2025-ci il taraxidə satılmış 2 ədəd Fen ütü Rowenta üçün 187.6 manat ödənilməmiş hissə, 18.76 manat cərimə pulu, ümumilikdə 1206.6 manat borc və 32.07 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 23-1-ci fəslində təsbit edilmiş müddəaları rəhbər tutaraq, iddianın qiymətini nəzərə alıb, ərizəyə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxmışdır. Məhkəmə iddia ərizəsini iş materialları ilə birlikdə araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək qeyd edir ki, işdə olan sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət edir və iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatlarının alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurəti yoxdur. Yazılı sübut qismində iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki Cavabdeh ilə iddiaçı "xxxx" MMC-i arasında xx.xx.2024-cü il tarixli 03865058 saylı müqavilə üzrə nisyə alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqavilənin tərkib hissəsi olan əlavəsinə əsasən alıcı İmei kod **********25271 “Samsung Galaxy A54 5G” markalı mobil telefon, Samsung Charger adapter, zəmanət +1 il xidməti, Paket L xidməti müqabilində hər ayın 10-dan gec olmamaqla 18 ay müddətində 56 manat 17 qəpik ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh ilə iddiaçı "xxxx" MMC-i arasında xx.xx.2024-cü il tarixli 03865060 saylı müqavilə üzrə nisyə alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqavilənin tərkib hissəsi olan əlavəsinə əsasən alıcı İmei kodu **********34233 “Samsung Galaxy A54 5G” markalı mobil telefon, Paket L xidməti, Zəmanət +1 il xidməti müqabilində hər ayın 10-dan gec olmamaqla 17 ay müddətində 55 manat 50 qəpik ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh ilə iddiaçı "xxxx" MMC-i arasında xx.xx.2025-ci il tarixdə xx.xx.2024-cü il tarixli 9390 nömrəli müqaviləyə air bildiriş imzalanmışdır. Həmin müqavilənin tərkib hissəsi olan əlavəsinə əsasən alıcı 2 ədəd «Rowenta» markalı fen ütü xidməti müqabilində hər ayın 11-dən gec olmamaqla 12 ay müddətində 17 manat 80 qəpik ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilələrin 2.6-cı bəndinə əsasən müştəri ödəniş cədvəli üzrə ödənişləri vaxtında ödəməsə, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1% həcmində mübahisəsiz olaraq penya hesablanır. 3.5-ci maddəsinə əsasən 3.4 və 3.14-cü bəndlərinin icrası ilə əlaqədar "xxxx" MMC əlavə ödənişlər tələb edə bilər. 3.7-ci bəndinə əsasən müqavilənin ödəmə qaydası Əlavədə qeyd olunub. Müqavilə və onun tərkib hissəsi olan Əlavə hər iki tərəfin imzası və iddiaçının möhürü ilə təsdiq edilmişdir. Cavabdeh tərəfindən əşyanın qüsursuz vəziyyətdə qəbul edilməsinə dair xx.xx.2024-cü il, xx.xx.2024-cü il və xx.xx.2025-ci il tarixli təhvil-təslim aktları imzalanmışdır. Cavabdehə borcunu ödəmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xx.xx.2025-ci il tarixdə xəbərdarlıq məktubu göndərilmişdir. Cavabdeh xx.xx.2024-cü il tarixli 03865058 saylı müqavilə üzrə 505 manat 40 qəpik əsas, X1 ödənilən 23 manat 60 qəpik rüsum, 50 manat 54 qəpik cərimə, xx.xx.2024-cü il tarixli 03865060 saylı müqavilə üzrə 361 manat əsas, X1 ödənilən 23 manat 60 qəpik rüsum, 36 manat 10 qəpik cərimə və xx.xx.2025-ci il tarixli müqavilə üzrə 187 manat 60 qəpik əsas, 18 manat 76 qəpik cərimə olmaqla, ümumilikdə 1206 manat 60 qəpik borcunun olmasına dair xx.xx.2025-ci tarixli maliyyə arayışı tərtib olunmuşdur. ********** saylı mədaxil qəbzinə əsasən iddia ərizəsinin verilməsi üçün 32 manat 07 qəpik məbləğində dövlət rüsumu ödənilmişdir. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən alğı-satğı müqaviləsində əşya alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 601.1-ci maddəsinə görə isə, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissəhissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satğı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. 385.1, 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında xx.xx.2024-cü il tarixli 03865058 saylı müqavilə, xx.xx.2024-cü il tarixli 03865060 saylı müqavilə və xx.xx.2025-ci il tarixli 9390 nömrəli müqavilə üzrə nisyə alqı-satqı müqavilələrindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. İddiaçı alqı-satqı müqavilələrə əsasən üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra edərək avadanlıqları cavabdehə təqdim etmişdir. Cavabdeh isə aldığı malların dəyərini müəyyən edilmiş müddət ərzində ödəməməklə, üzərinə düşən öhdəlikləri pozmuşdur. Beləliklə, iddia tələbi əsas borcun tutulması hissəsində əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır. Göründüyü kimi Cavabdeh alqı-satqı müqavilələri üzrə öhdəliklərini lazımi qaydada icra etməməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin lazımi qaydada icra edilməməsinə görə dəbbə pulunun və əlavə xərclərin ödənilməsi nəzərdə tutulduğundan cavabdehdən iddiaçının xeyrinə dəbbə pulunun tutulması üçün əsaslar mövcuddur. Lakin məhkəmə, xx.xx.2024-cü il tarixli 03865058 saylı müqavilə, xx.xx.2024-cü il tarixli 03865060 saylı müqavilə və xx.xx.2025-ci il tarixli 9390 saylı nisyə alqı-satqı müqavilələri üzrə hesablanmış cərimə məbləğlərinin kifayət qədər yüksək olmasını, həmçinin, tərəflərin əmlak mənafelərini nəzərə alaraq hesab edir ki, Cavabdeh iddiaçının xeyrinə tutulacaq cərimənin miqdarı azaldılaraq xx.xx.2024-cü il tarixli 03865058 saylı müqavilə üzrə 25 manat, xx.xx.2024-cü il tarixli 03865060 saylı müqavilə üzrə 15 manat və xx.xx.2025-ci il tarixli 9390 nömrəli müqavilə üzrə 8 manat müəyyən edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, hazırkı qətnamə ilə iddia qismən təmin edildiyindən iddia tərəfindən ödənilmiş 32.07 manat cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Nəticə: Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 284-5, 284- 6, 357, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh xx.xx.2024-cü il tarixli 03865058 saylı müqavilə üzrə 505 manat 40 qəpik əsas, X1 ödənilən 23 manat 60 qəpik rüsum, 25 manat cərimə, xx.xx.2024-cü il tarixli 03865060 saylı müqavilə üzrə 361 manat əsas, X1 ödənilən 23 manat 60 qəpik rüsum, 15 manat cərimə və xx.xx.2025-ci il tarixli müqavilə üzrə 187 manat 60 qəpik əsas, 8 manat cərimə olmaqla, ümumilikdə 1149.2 (min yüz qırx doqquz manat iyirmi qəpik) məbləğində pul tutularaq "xxxx" MMC-nə ödənilsin. Cavabdeh dövlət rüsumu üçün ödənilmiş 32.07 manat məbləğində pul alınaraq iddiaçı "xxxx" MMC-nə verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Gülnaz Qurbanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar