Məhkəmə qərarları › İş №e-2(046)-1998/2024

Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №e-2(046)-1998/2024

25.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № e-2(046)-1998/2024 25.10.2024 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Giriş hissə: Hakim Qurbanova Gülnaz İntiqam qızı, İddiaçı Cavabdeh qarşı borc tələbi barədə kiçik iddialara dair işlər üzrə ərizəsinə baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ECK5866865 nömrəli müqavilə üzrə 203 manat əsas, 61 manat cərimə və ECK5951036 nömrəli müqavilə üzrə 2424 manat əsas, 725 manat cərimə və 55 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2020-ci il tarixli, ECK5866865 nömrəli nisyə alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən ümumi dəyəri 624 manat olan 1 ədəd «Braun» markalı şirəçəkən və «Riffel» markalı minisoba müqabilində hər ayın 22-dən gec olmamaqla 24 ay müddətində 26 manat ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı avadanlığı təhvil verməklə müqaviləyə əsasən öz öhdəliklərini yerinə yetirsə də, cavabdeh alıdığı malın dəyərini razılaşdırılmış qayadada ödəməmiş və nəticədə 624 manat borcu yaranmışdır. Mübahisənin məhkəməyə qədər (pretenziya) nizama salınması barədə cavabdehə bildirişin göndərilməsinə baxmayaraq, borcu ödəməkdən yayınır. xx.xx.2021-ci il tarixli, ECK5951036 nömrəli nisyə alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən ümumi dəyəri 3010 manat olan «Samsung Galaxy S21» markalı mobil telefon müqabilində hər ayın 28-dən gec olmamaqla 12 ay müddətində 209 manat ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı avadanlığı təhvil verməklə müqaviləyə əsasən öz öhdəliklərini yerinə yetirsə də, cavabdeh alıdığı malın dəyərini razılaşdırılmış qayadada ödəməmiş və nəticədə 2508 manat borcu yaranmışdır. Mübahisənin məhkəməyə qədər (pretenziya) nizama salınması barədə cavabdehə bildirişin göndərilməsinə baxmayaraq, borcu ödəməkdən yayınır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 23-1-ci fəslində təsbit edilmiş müddəaları rəhbər tutaraq, iddianın qiymətini nəzərə alıb, ərizəyə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxmışdır. Məhkəmə iddia ərizəsini iş materialları ilə birlikdə araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək qeyd edir ki, işdə olan sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət edir və iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatlarının alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurəti yoxdur. Yazılı sübut qismində iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki Cavabdeh ilə İddiaçı arasında xx.xx.2020-ci il tarixli, ECK5866865 nömrəli nisyə alqısatqı müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən cavabdeh ümumi dəyəri 624 manat olan 1 ədəd «Braun» markalı şirəçəkən və «Riffel» markalı minisoba müqabilində hər ayın 22-dən gec olmamaqla 24 ay müddətində 26 manat məbləğində pulu iddiaçıya ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh ilə İddiaçı arasında xx.xx.2021-ci il tarixli, ECK5951036 nömrəli nisyə alqısatqı müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən cavabdeh 3010 manat olan «Samsung Galaxy S21» markalı mobil telefon müqabilində hər ayın 28-dən gec olmamaqla 12 ay müddətində 209 manat məbləğində pulu iddiaçıya ödəməyi öhdəsinə götürmüşdür. Hər iki müqavilə hər iki tərəfin imzası və iddiaçının möhürü ilə təsdiq edilmişdir. xx.xx.2024-cü il tarixli maliyyə arayışına əsasən Cavabdehn xx.xx.2020-ci il tarixli, ECK5866865 nömrəli və xx.xx.2021-ci il tarixli, ECK5951036 nömrəli nisyə alqı-satqı müqavilələri üzrə cəmi 3468 manat borcu mövcuddur. Cavabdehə mübahisənin məhkəməyə qədər (pretenziya) nizama salınması barədə xx.xx.2024-cü il tarixdə bildiriş göndərilmişdir. ********** saylı mədaxil qəbzinə əsasən iddia ərizəsinin verilməsi üçün 55 manat dövlət rüsumu ödənilmişdir. Əsaslandırıcı hissə: 600.1-ci maddəsinə əsasən alğı-satğı müqaviləsində əşya alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 601.1-ci maddəsinə görə isə, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissəhissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satğı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. 385.1, 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2020-ci il tarixli, ECK5866865 nömrəli və xx.xx.2021-ci il tarixli, ECK5951036 nömrəli nisyə alqı-satqı müqavilələrindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. İddiaçı alqı-satqı müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra edərək avadanlığı cavabdehə təqdim etmişdir. Cavabdeh isə aldığı malın dəyərini müəyyən edilmiş müddət ərzində ödəməməklə, uzərinə düşən öhdəlikləri pozmuşdur. Beləliklə, iddia tələbi əsas borcun tutulması hissəsində əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır. Göründüyü kimi Cavabdeh alqı-satqı müqaviləsi üzrə öhdəliklərini lazımi qaydada icra etməməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin lazımi qaydada icra edilməməsinə görə dəbbə pulu ödənilməsi nəzərdə tutulduğundan cavabdehdən iddiaçının xeyrinə dəbbə pulu tutulması üçün əsaslar mövcuddur. Lakin məhkəmə, hesablanmış cərimə məbləğlərinin kifayət qədər yüksək olmasını, həmçinin, tərəflərin əmlak mənafelərini nəzərə alaraq hesab edir ki, Cavabdeh iddiaçının xeyrinə tutulacaq cərimənin miqdarı azaldılaraq hər iki müqavilə üzrə cəmi olaraq 78.60 manat müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, hazırkı qətnamə ilə iddia təmin edildiyindən iddia tərəfindən ödənilmiş 55 (əlli beş) manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Nəticə: Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 284-5, 284- 6, 357, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh xx.xx.2020-ci il tarixli, ECK5866865 nömrəli müqavilə üzrə 203 manat əsas, 6.10 manat cərimə, xx.xx.2021-ci il tarixli, ECK5951036 nömrəli müqavilə üzrə 2424 manat əsas, 72.50 manat cərimə, ümumilikdə 2627 (iki min altı yüz iyirmi yeddi) manat əsasə və 78.60 (yetmiş səkkiz manat altmış qəpik) məbləğində pul tutularaq İddiaçı ödənilsin. Cavabdeh dövlət rüsumu üçün ödənilmiş 55 (əlli beş) manat məbləğində pul alınaraq İddiaçı verilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Gülnaz Qurbanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar