Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № e-2(046)-2029/2023 30.11.2023 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Qurbanov Elçin Firudin oğlunun sədrliyi Burcaliyeva Leyla Sahib qızının katibliyi ilə, İddiaçı «X1mayan Kredit Təşkilatı» MMC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı «X1mayan Kredit Təşkilatı» MMC-i cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada xx.xx.2021ci tarixli, RTK11400 №-li müqavilə üzrə 373 manat 90 qəpik qalıq borcu, 120 manat 73 qəpik cərimə borcu olmaqla, cəmi 494 manat 63 qəpik məbləğində pulun, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması barədə qətnamə xahiş etmişdir. Göyçay Rayon Məhkəməsinin 24 oktyabr 2023-cü il tarixli qərardadı ilə iddiaçı «X1mayan Kredit Təşkilatı» MMC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair mülki işə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. İşin halları: İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, satıcı "xxxx" MMC ilə alıcı Cavabdeh1 arasında bağlanmış xx.xx.2021-ci tarixli, RTK11400 №-li nisyə alqı-satqı müqaviləsinə (“müqavilə”) əsasən, ilkin ödəniş 37 manat olmaqla, 12 müddətinə hissəhissə hər ay üçün 42 manat, sonuncu ay üçün isə 37 manat 99 qəpik ödəmək şərti ilə, 536 manat 99 qəpik dəyərində malların nisyə satış müqaviləsinə 2 saylı əlavədə təhviltəslim aktında göstərilən məişət texnikalarını nisyə satılmış və həmin məhsullar cavabdehə təhvil-təslim aktı üzrə təhvil verilmişdir. Müqavilənin və tərəflər arasında tərtib edilmiş “ödəniş qrafiki”nin şərtlərinə cavabdeh tərəfindən əməl edilməmiş, o, borcun qaytarılmasına dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Cavabdehə dəfələrlə yazılı və şifahi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, o, öhdəliyini yerinə yetirməmişdir. Eyni zamanda "xxxx" MMC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2021ci tarixli, RTK11400 №-li nisyə alqı-satqı müqaviləsindən irəli gələn öhdəliklərin təminatı kimi zamin Cavabdeh2 arasında zaminlik müqaviləsi bağlanmışdır.Cavabdehin iddiaçı qarşısında xx.xx.2021-ci tarixli, RTK11400 saylı müqavilə üzrə qalıq borcu 373 manat 90 qəpik təşkil edir. Borclu kreditor qarşısında müqavilə üzrə cərimə borcu 603 manat 68 qəpik təşkil edir. Hazırda cavabdehlərə qarşı güzəşt siyasəti tətbiq etdiyi üçün hesablanmış cərimə məbləğinin yalnız 20%-ni ödəməyi borcludan tələb edilir. Belə olan halda, hesablanmış cərimə məbləğinin 20%-i 120 manat 73 qəpik təşkil edir. Hazırda cavabdehin iddiaçı qarşısında xx.xx.2021-ci tarixli, MYKR00134 saylı müqavilə üzrə 373 manat 90 qəpik qalıq borcu, 120 manat 73 qəpik cərimə borcu olmaqla, cəmi 494 manat 63 qəpik borcu yaranmışdır. Faktor «X1mayan Kredit Təşkilatı» MMC ilə müştəri "xxxx" MMC arasında bağlanmış 01 sentyabr 2022-ci il tarixli, 01 №-li Faktorinq müqaviləsinə əsasən, "xxxx" MMC ilə borclu Cavabdeh1 arasında bağlanmış xx.xx.2021-citarixli, RTK11400 №-li nisyə alqı-satqı müqaviləsindən irəli gələn pul tələbini «X1mayan Kredit Təşkilatı» MMC-yə güzəşt etmişdir. "xxxx" MMC tərəfindən borclu Cavabdeh1 xx.xx.2021-citarixli, RTK11400 №-li nisyə alqı-satqı müqaviləsindən irəli gələn pul tələbini «X1mayan Kredit Təşkilatı» MMC-yə güzəşt etməsi barədə bildiriş verilmişdir. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş iddiaçı «X1mayan Kredit Təşkilatı» MMC-nin nümayəndəsi məhkəməyə gəlməmiş, nümayəndəsi Nümayəndə ərizə ilə məhkəməyə müraciət edərək işə nümayəndənin iştirakı olmadan baxılaraq iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.6-ci maddəsinə əsasən işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar olunmuş cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəməyə gəlməmişlər, Cavabdeh1 məhkəməyə teleqram göndərərək, üzərində elektron qolbaq olduğu üçün Bakı şəhərini tərk edə bilmədiyini və işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. İş üzrə təqdim edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Mülki işdə olan sənədlər: İşə əlavə edilmiş xx.xx.2021-ci il tarixli nisyə alqı-satqı müqaviləsinin surətindən görünür ki, satıcı "xxxx" MMC -i ilə alıcı Cavabdeh1 arasında 536 manat 99 qəpik dəyərində əşyanın ilkin 37 manat olmaqla, 12 ay müddətinə hissə-hissə hər ay üçün 42 manat, sonuncu ay isə 37 manat 99 qəpik ödəmək şərtilə nisyə alqı-satqısı barədə müqavilə imzalanmışdır. İşə əlavə edilmiş xx.xx.2021-ci il tarixli zaminlik müqaviləsindən görünür ki, "xxxx" MMC –i ilə Cavabdeh2 arasında zaminlik müqaviləsi bağlanmış, Cavabdeh2 alıcı Cavabdeh1 öhdəliyini icra etmədikdə həmin öhdəliyin tam icra olunmasını üzərinə götürmüşdür. İşə əlavə edilmiş xx.xx.2021-ci il tarixli təhvil-təslim aktından görünür ki, "xxxx" MMC -i tərəfindən alıcı Cavabdeh1 xx.xx.2021-ci il tarixli nisyə alqı-satqı müqaviləsində nəzərdə tutulan Samsung A22 markalı mobil telefon təhvil verilmişdir. İşə əlavə edilmiş xx.xx.2021-ci il tarixli saylı nisyə alqı-satqı müqaviləsindən görünür ki, borcun ödənişi gecikdirildikdə, hər gecikdirilmiş gün üçün gecikdirilmiş borc məbləğinin 0,3 faizi həcmində cavabdeh dəbbə pulu ödəməlidir. İşə əlavə edilmiş maliyyə arayışından görünür ki, Cavabdeh1 xx.xx.2021-ci il tarixli nisyə alqı-satqı müqaviləsinə əsasən 373 manat 90 qəpik ödənilməmiş hissə, 120 manat 73 qəpik cərimə, cəmi 494 manat 63 qəpik məbləğində borcu vardır. İşə əlavə edilmiş «X1mayan Kredit Təşkilatı» MMC ilə "xxxx"MMC arasında bağlanmış 01 sentyabr 2022-ci il tarixli, 01 №-li Faktorinq müqaviləsindən görünür ki, "xxxx" MMC ilə borclu Cavabdeh1 arasında bağlanmış xx.xx.2021-ci il tarixli, RTK11400 №-li nisyə alqı-satqı müqaviləsindən irəli gələn pul tələbini «X1mayan Kredit Təşkilatı» MMC-yə güzəşt etmişdir. İşə əlavə edilmiş qəbzdən görünür ki, işə baxılması ilə əlaqədar dövlət rüsumu üçün 30 manat məbləğində pul iddiaçı tərəfindən ödənilmişdir. Tətbiq edilən hüquq normaları: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki,alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası,müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 385.1-ci maddəsinin tələblərinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar ücün cavabdehdir. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərini və borclunun öhtəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Həmin Məcəllənin 655.1-ci maddəsinə əsasən faktorinq pul tələbinin güzəşt edilməsi müqabilində maliyyələşdirmədir. Faktorinq müqaviləsinə görə bir tərəf (faktor) üçüncü şəxs (borclu) barəsində müştərinin (kreditorun) üçüncü şəxsə mal verməsindən, işlər görməsindən və ya xidmətlər göstərməsindən irəli gələn pul tələbinin hesabına digər tərəfə (müştəriyə) pul vəsaiti verir və ya verməyi öhdəsinə götürür, müştəri isə bu pul tələbini faktora güzəşt edir və ya güzəşt etməyi öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 04 nömrəli qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Qərarın 2.4-cü bəndinə görə, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Məhkəmənin mövqeyi: Hazırkı iş üzrə məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: "xxxx" MMC -i ilə Cavabdeh1 arasında hissə-hissə ödəmə şərtilə etibarlı nisyə alqı-satqı müqaviləsi bağlanmış, müqavilədə göstərilən «Samsung A22» markalı mobil telefonu alıcı Cavabdeh1 təhvil almışdır. Eyni zamanda 10 oktyabr 2021-ci il tarixdə "xxxx" MMC -ilə digər Cavabdeh2 arasında zaminlik müqaviləsi bağlanmış, Cavabdeh2 alıcı Cavabdeh1 öhdəliyini icra etmədikdə həmin öhdəliyin tam icra olunmasını üzərinə götürmüşdür. Cavabdeh1 satıcı "xxxx" MMC -i qarşısında üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmiş, borcunu nisyə alqı-satqı müqaviləsi üzrə tərtib edilmiş ödəniş cədvəlində nəzərdə tutulduğu qaydada qaytarmamışdır. «X1mayan Kredit Təşkilatı» MMC ilə "xxxx" MMC arasında bağlanmış 01 sentyabr 2022-ci il tarixli, 01 №-li faktorinq müqaviləsinə əsasən "xxxx" MMC ilə borclu Cavabdeh1 arasında bağlanmış xx.xx.2021-ci il tarixli, RTK11400 №-li nisyə alqı-satqı müqaviləsindən irəli gələn pul tələbini «X1mayan Kredit Təşkilatı» MMC-yə güzəşt etmişdir. Alıcı Cavabdeh1 xx.xx.2021-ci il tarixli hissə-hissə ödəmək şərtilə nisyə alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədiyindən iddiaçı «X1mayan Kredit Təşkilatı» MMC -in 2 hüquqi müdafiə üsulu yaranmışdır:1) verilmiş əşyanın ödənilməsini və 2) ödənilməmiş malın qaytarılmasını tələb etmək. İddiaçı verilmiş əşyanın ödənilməsini tələb etdiyindən, məhkəmə hesab edir ki,cavabdehlər Cavabdeh1 və verilmiş əşyanın dəyərini ödəmək öhdəliyin icra edilməsinə zamin olmuş Cavabdeh2 xx.xx.2021-ci il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə əşyanın dəyərini iddiaçı «X1mayan Kredit Təşkilatı» MMC-nə qaytarmalı, bununla da iddia təmin edilməlidir. İddia təmin edildiyindən məhkəmə xərcləri cavabdehlərə aid edilməli, dövlət rüsumu üçün ödənilmiş 30 manat məbləğində pul cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq iddiaçı «X1mayan Kredit Təşkilatı» MMC-nə verilməlidir. Beləliklə, məhkəmə tərəflərin təqdim etdiyi sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 373 manat 90 qəpik ödənilməmiş hissə, 120 manat 73 qəpik cərimə olmaqla, cəmi 494 manat 63 qəpik pul və 30 manat dövlət rüsumu tutularaq iddiaçı «X1mayan Kredit Təşkilatı» MMC-nə verilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 216- 220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada xx.xx.2021-ci il tarixli nisyə alqı-satqı müqaviləsinə əsasən 373 manat 90 qəpik ödənilməmiş hissə, 120 manat 73 qəpik cərimə olmaqla, cəmi 494 manat 63 qəpik pul alınaraq iddiaçı «X1mayan Kredit Təşkilatı» MMC-nə verilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada dövlət rüsumu üçün ödənilmiş 30 manat məbləğində pul alınaraq iddiaçı «X1mayan Kredit Təşkilatı» MMC-nə verilsin. Qətnamədən bir ay müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Elçin Qurbanov
Məhkəmə qərarları › İş №e-2(046)-2029/2023
Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №e-2(046)-2029/2023
30.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver