Məhkəmə qərarları › İş №e-2(046)-2068/2025

Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №e-2(046)-2068/2025

07.01.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № e-2(046)-2068/2025 07.01.2026 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Giriş hissə: Hakim Qurbanova Gülnaz İntiqam qızının sədrliyi, Əliyeva Leyla Bəhər qızının katibliyi ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı pul tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı "xxxx" MMC-i iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2024cü il tarixli müqaviləyə əsasən 425 manat 33 qəpik əsas, 42 manat 53 qəpik cərimə, xx.xx.2024cü il tarixli müqaviləyə əsasən 2833 manat 92 qəpik əsas, İnnovativ layihələr Mərkəzinə ödənilmiş 23 manat 60 qəpik rüsum, 283 manat 39 qəpik cərimə, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 1452 manat 48 qəpik əsas, İnnovativ layihələr Mərkəzinə ödənilmiş 23 manat 60 qəpik rüsum, 145 manat 25 qəpik cərimə, olmaqla, ümumilikdə 5230 manat 10 qəpik borc və 72 manat 31 qəpik dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il, xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixli alqı-satqı müqavilələrinə əsasən, “Apple 20W USB-C” markalı adapter, Ultra 1 il qızıl zəmanət xidməti, İmei kodu **********33613 “İphone 15” markalı mobil telefon, Ultra 1 il qızıl zəmanət xidməti, “Apple” 20W USB-C” markalı adapter, İmei kodu **********67415 “İphone 13” markalı mobil telefon, Paket XXXL xidməti, Ultra 2 il qızıl zəmanət xidməti, İmei kodu **********68557 “İphone 14” markalı mobil telefon almış və nəticədə 5230.10 (beş min iki yüz otuz manat, on qəpik qəpik) borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 2833.92 (iki min səkkiz yüz otuz üç manat, doxsan iki qəpik) (18 ay x 157.44 manat + 0 manat ilkin ödəniş) olan “Apple 20W USB-C” markalı adapter, Ultra 1 il qızıl zəmanət xidməti, İmei kodu **********33613 “İphone 15” markalı mobil telefon üçün ümumilikdə, 3140.91 (üç min yüz qırx manat, doxsan bir qəpik) olmaqla ondan 2833.92 (iki min səkkiz yüz otuz üç manat, doxsan iki qəpik) ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilmiş rüsum 23.60 (iyirmi üç manat, altmış qəpik), müştəriyə güzəşt olunaraq 283.39 (iki yüz səksən üç manat, otuz doqquz qəpik) cərimə, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 1572.48 (min beş yüz yetmiş iki manat, qırx səkkiz qəpik) (12 ay x 131.04 manat + 0 manat ilkin ödəniş) olan Ultra 1 il qızıl zəmanət xidməti, “Apple 20W USB-C” markalı adapter, İmei kodu **********67415 “İphone 13” markalı mobil telefon üçün ümumilikdə, 1621.33 (min altı yüz iyirmi bir manat, otuz üç qəpik) olmaqla ondan, 1452.48 (min dörd yüz əlli iki manat, qırx səkkiz qəpik) ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilmiş rüsum 23.60 (iyirmi üç manat, altmış qəpik), müştəriyə güzəşt olunaraq 145.25 (yüz qırx beş manat, 25 qəpik) manat cərimə, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 1650 (min altı yüz əlli) manat (12 ay x 137.50 manat + 0 manat ilkin ödəniş) olan Paket XXXL xidməti, 2 il qızıl zəmanət xidməti, İmei kodu **********68557 “İphone 14” markalı mobil telefon almış üçün ümumilikdə 467.86 (dörd yüz altmış yeddi manat, səksən altı qəpik) olmaqla ondan 425.33 (dörd yüz iyirmi beş manat, otuz üç qəpik) ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 42.53 (qırx iki manat, əlli üç qəpik) dəbbə borcu yaranmışdır. Cavabdeh xx.xx.2024-ci il tarixli müqaviləsinə əsasən Ultra 2 il qızıl zəmanət xidmətindən xx.xx.2024-cü il tarixində imtina etmiş və məhsul 380 manat qiymətləndirilərək, borcundan silinmişdir. Cavabdehin xx.xx.2024-ci il tarixli müqavilə üzrə cəmi ödədiyi məbləğ 844.67 manat, məhsul qaytarıldıqdan sonra qoyulan qiymət 380 manat, ümumilikdə, 1224.67 manat təşkil edir. Cavabdehin digər müqavilələr üzrə cəmi ödədiyi məbləğ 120 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə aralarında bağlanılmış xx.xx.2024-cü il, xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixli müqavilənin ayrılmaz tərkib hissəsi olan əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərdikləri xx.xx.2025-cü il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsəkdə, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş iddiaçı "xxxx" MMC-nin nümayəndəsi məhkəməyə gəlməmiş, ərizə ilə məhkəməyə müraciət edərək iddianı müdafiə etdiyini, işə onun iştirakı olmadan mahiyyəti üzrə baxılaraq iddianın təmin edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.6-ci maddəsinə əsasən işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. İş üzrə cavabdehə məhkəmənin yeri və vaxtı barədə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məhkəmə bildirişi vasitəsilə məlumat verilmiş, lakin Cavabdeh məhkəmə baxışında iştirak etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda məhkəmə işə baxmağa haqlıdır. Məhkəmə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş Cavabdeh ilə iddiaçı "xxxx" MMC-i arasında xx.xx.2024-cü il tarixli, 10748751 saylı nisyə alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən cavabdeh Paket XXXL xidməti, 2 il Qızıl Zəmanət xidməti, İmei kodu **********68557 “İphone 14” markalı mobil telefon müqabilində hər ayın 10-dan gec olmamaqla 12 ay müddətində 137.50 manat məbləğində pulu iddiaçıya ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh ilə iddiaçı "xxxx" MMC-i arasında xx.xx.2024-cü il tarixli, ********** saylı nisyə alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən cavabdeh “Apple 20W USB-C” markalı adapter, Ultra 1 il qızıl zəmanət xidməti, İmei kodu **********33613 “İphone 15” markalı mobil telefon müqabilində 18 ay müddətində 157.44 manat məbləğində pulu iddiaçıya ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh ilə iddiaçı "xxxx" MMC-i arasında xx.xx.2024-cü il tarixli, ********** saylı nisyə alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən cavabdeh Ultra 1 il qızıl zəmanət xidməti, “Apple 20W USB-C” markalı adapter, İmei kodu **********67415 “İphone 13” markalı mobil telefon müqabilində 12 ay müddətində 131.04 manat məbləğində pulu iddiaçıya ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 3.5-ci bəndində əsasən müqavilənin 3.4 və 3.14-cü bəndlərinin icrası ilə əlaqədar İddiaçı əlavə ödənişlər tələb edə bilər. Müştəri müqavilə üzrə ödənişləri vaxtında ödəməzsə, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 2% həcmində mübahisəsiz olaraq penya hesablanır. Cavabdeh tərəfindən əşyanın qüsursuz vəziyyətdə qəbul edilməsinə dair xx.xx.2024, xx.xx.2024 və xx.xx.2024-cü il tarixli təhvil-təslim aktları imzalanmışdır. Cavabdehə borcunu ödəmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xx.xx.2025ci il tarixdə xəbərdarlıq məktubu göndərilmişdir. Cavabdeh xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 425 manat 33 qəpik əsas, 42 manat 53 qəpik cərimə, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 2833 manat 92 qəpik əsas, İnnovativ layihələr Mərkəzinə ödənilmiş 23 manat 60 qəpik rüsum, 283 manat 39 qəpik cərimə, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 1452 manat 48 qəpik əsas, İnnovativ layihələr Mərkəzinə ödənilmiş 23 manat 60 qəpik rüsum, 145 manat 25 qəpik cərimə, olmaqla, ümumilikdə 5230 manat 10 qəpik borcunun olmasına dair xx.xx.2025-ci tarixli maliyyə cədvəli tərtib olunmuşdur. xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, İmei kodu **********67415 “İphone 13” markalı mobil telefon və İmei kodu **********33613 “İphone 15” markalı mobil telefonların açılıb bağlanması xidmətinə görə İnnovativ Layihələr Mərkəzinə 47 manat 20 qəpik pul ödənilmişdir. ********** saylı qəbzdən görünür ki, iddia ərizəsinin verilməsi üçün 72 manat 31 qəpik məbləğində dövlət rüsumu ödənilmişdir. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşya alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 601.1-ci maddəsinə görə isə, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissəhissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. 385.1, 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında xx.xx.2024-cü il tarixli, 10748751 saylı, xx.xx.2024-cü il tarixli, ********** saylı, xx.xx.2024-cü il tarixli, ********** saylı nisyə alqı-satqı müqavilələrindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. İddiaçı alqı-satqı müqavilələrinə əsasən üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra edərək məhsulları cavabdehə təqdim etmişdir. Cavabdeh isə aldığı malların dəyərini müəyyən edilmiş müddət ərzində ödəməməklə, üzərinə düşən öhdəlikləri pozmuşdur. Beləliklə, iddia tələbi əsas borcun tutulması hissəsində əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır. Göründüyü kimi Cavabdeh alqı-satqı müqavilələri üzrə öhdəliklərini lazımi qaydada icra etməməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilələrdə öhdəliklərin lazımi qaydada icra edilməməsinə görə dəbbə pulu və əlavə xərclərin ödənilməsi nəzərdə tutulduğundan cavabdehdən iddiaçının xeyrinə dəbbə pulu və əlavə xərclərin ödənilməsi üçün əsaslar mövcuddur. Lakin məhkəmə, hesablanmış cərimə məbləğlərinin kifayət qədər yüksək olmasını, həmçinin, tərəflərin əmlak mənafelərini nəzərə alaraq hesab edir ki, Cavabdeh xx.xx.2024-cü il tarixli, 10748751 saylı, xx.xx.2024-cü il tarixli, ********** saylı və xx.xx.2024-cü il tarixli, ********** saylı alqı-satqı müqavilələri üzrə iddiaçının xeyrinə tutulacaq cərimənin miqdarı azaldılaraq xx.xx.2024-cü il tarixli, 10748751 saylı alqı-satqı müqaviləsinə əsasən 5 manat, xx.xx.2024-cü il tarixli, ********** saylı alqı-satqı müqaviləsinə əsasən 15 manat və xx.xx.2024-cü il tarixli, ********** saylı alqı-satqı müqaviləsinə əsasən 10 manat müəyyən edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, hazırkı qətnamə ilə iddia tələbi qismən təmin edildiyindən iddia tərəfindən ödənilmiş 72.31 (yetmiş iki manat otuz bir qəpik) məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Nəticə: Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 284-5, 284-6, 357, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh xx.xx.2024-cü il tarixli, 10748751 saylı alqı-satqı müqaviləsinə əsasən 425 manat 33 qəpik əsas, 5 manat cərimə, xx.xx.2024-cü il tarixli, ********** saylı alqı-satqı müqaviləsinə əsasən 2833 manat 92 qəpik əsas, İnnovativ layihələr Mərkəzinə ödənilmiş 23 manat 60 qəpik rüsum, 15 manat cərimə və xx.xx.2024-cü il tarixli, ********** saylı alqı-satqı müqaviləsinə əsasən 1452 manat 48 qəpik əsas, İnnovativ layihələr Mərkəzinə ödənilmiş 23 manat 60 qəpik rüsum, 10 manat cərimə, ümumilikdə 4788.93 (dörd min yeddi yüz səksən səkkiz manat doxsan üç qəpik) məbləğində pul tutularaq "xxxx" MMC-nə ödənilsin. Cavabdeh dövlət rüsumu üçün ödənilmiş 72.31 (yetmiş iki manat otuz bir qəpik) məbləğində pul alınaraq iddiaçı "xxxx" MMC-nə verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Gülnaz Qurbanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar