Məhkəmə qərarları › İş №e-2(046)-2127/2024

Göyçay Rayon Məhkəməsi Qərardad — İş №e-2(046)-2127/2024

09.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Göyçay rayonu İş № e-2(046)-2127/2024 09.10.2024 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Qurbanova Gülnaz İntiqam qızı İddiaçı MMC-nin Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında verilmiş ərizəyə baxaraq, müəyyən etdi: İddiaçı MMC -i Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2023-ci il tarixli müqaviləyə əsasən, İMEİ KOD **********80664 İPHONE 14 PRO MAX MARKALİ TELEFON, APPLE ADAPTER üçün 3924.90 (üç min doqquz yüz iyirmi dörd manat doxsan qəpik) manat ödənilməmiş hissə, 691.10 (altı yüz doxsan bir manat on qəpik) manat dəbbə; xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən, 3631 KODLU MƏTBƏX MEBELİ üçün 1314.84 (bir min üç yüz on dörd manat səksən dörd qəpik) manat ödənilməmiş hissə, 270.16 (iki yüz yetmiş manat on altı qəpik) manat dəbbə; xx.xx.2023-ci il tarixli müqaviləyə əsasən, 6 ədəd STUL – GUNES üçün 939.81 (doqquz yüz otuz doqquz manat səksən bir qəpik) manat ödənilməmiş hissə, 151.19 (yüz əlli bir manat on doqquz qəpik) manat dəbbə; xx.xx.2023-ci il tarixli müqaviləyə əsasən, DONDURUCU HOFFMANN üçün 746.71 (yeddi yüz qırx altı manat yetmiş bir qəpik) manat ödənilməmiş hissə, 165.29 (yüz altmış beş manat iyirmi doqquz qəpik) manat dəbbə, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən, SOYUDUCU SAMSUNG üçün 582 (beş yüz səksən iki) manat ödənilməmiş hissə, 176 (yüz yetmiş altı) manat dəbbə, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən, KOMBİ HOFFMANN, HOFFMANN SİAC kondisioner üçün 553.64 (beş yüz əlli üç manat altmış dörd qəpik) manat ödənilməmiş hissə, 180.36 (yüz səksən manat otuz altı qəpik) manat dəbbə, xx.xx.2023-ci il tarixli müqaviləyə əsasən, TERRA xalça, SÜFRƏ – TEKSTİL üçün 397.98 (üç yüz doxsan yeddi manat doxsan səkkiz qəpik) manat ödənilməmiş hissə, 85.02 (səksən beş manat iki qəpik) manat dəbbə, xx.xx.2023-ci il tarixli müqaviləyə əsasən, ASPİRATOR HOFFMANN, PLİTƏ HOFFMANN üçün 315.11 (üç yüz on beş manat on bir qəpik) manat ödənilməmiş hissə, 93.89 (doxsan üç manat səksən doqquz qəpik) manat dəbbə; xx.xx.2023-ci il tarixli müqaviləyə əsasən, 128 GB FLASH USB, PALTARQURUDAN MAGNÜA üçün 74.94 (yetmiş dörd manat doxsan dörd qəpik) manat ödənilməmiş hissə, 21.06 (iyirmi bir manat altı qəpik) manat dəbbə, ümumilikdə 10684 manat borc və 122.06 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı MMC-nə ödənməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş materiallarını nəzərdən keçirərək məhkəmə hesab edir ki, kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında verilmiş ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 284-2-ci maddəsinə əsasən kiçik iddialara dair işlərdə ərizə bu Məcəllənnin 4-cü fəslində müəyyən edilmiş ümumi aidiyyət qaydalarına əsasən verilir. E-Məhkəmə çıxarışından görünür ki, cavabdeh kimi qeyd edilmiş Cavabdeh (FİN – xxxxxxx) ünvan 1 ünvanında qeydiyyatdadır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsi və əlavə edilmiş sənədlər geri qaytarır. Həmin Məcəllənin 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. Məhkəmə hesab edir ki, kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında verilmiş ərizəyə Cavabdeh (FİN –xxxxxxx) ünvan 1 ünvanında qeydiyyatda olduğundan Göyçay Rayon Məhkəməsində baxılmalı olmadığından, ərizə və ona əlavə edilmiş sənədlər ödənilmiş dövlət rüsumu ilə birlikdə qaytarılmalı, iddiaçıya ərazi aidiyyəti üzrə məhkəməyə müraciət etmək hüququnun olması izah olunmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı MMC-nin Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında verilmiş ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Ödənilmiş 122 manat 06 qəpik dövlət rüsumu İddiaçı MMC-nə qaytarılsın (qəbzin nömrəsi: **********97). İddiaçıya izah edilsin ki,ərazi aidiyyəti üzrə Bakı şəhəri, Xətai rayon Məhkəməsinə müraciət etmək hüququ vardır. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (gün) müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Göyçay Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Gülnaz Qurbanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar