Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № e-2(046)-2214/2023 16.11.2023 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Giriş hissə: Hakim Qurbanova Gülnaz İntiqam qızı, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı borc tələbi barədə kiçik iddialara dair işlər üzrə ərizəsinə baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı "xxxx" MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 298,99 manat ödənilməmiş hissə, 144,71 manat cərimə olmaqla, cəmi 443,70 manat və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" MMC ilə Cavabdeh arasında xx.xx.2020-ci il tarixli, GMK06229 saylı nisyə alqı-satqı müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən cavabdehə 1 ədəd “Samsung AO3” markalı mobil telefon verilmişdir. Bu müqaviləyə əsasən satıcı alıcıya Təhvil-təslim aktında göstərilən malı satır, alıcı isə həmin malı qəbul edir və müqavilə ilə razılaşdırılmış qaydada malın dəyərini satıcıya ödəyir. İddiaçı müqaviləyə əsasən öz öhdəliklərini yerinə yetirsə də, cavabdeh ödəniş cədvəli üzrə borcun ödənilməsi öhdəliyinə riayət etməmişdir. Hazırda cavabdehin müqavilə üzrə 443,70 manat borcu mövcuddur. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq borcu ödəməkdən yayınır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinə əsasən Cavabdeh iddia ərizəsinin surəti və bildiriş poçt vasitəsilə qeydiyyatda olduğu yer üzrə göndərilmişdir. İşə əlavə edilmiş poçt göndərişinin verilməsi haqqında xəbərnaməyə əsasən 03.11 .2023-cü il tarixdə bildiriş Cavabdeh çatdırılmışdır. Cavabdehin bildirişi rəsmi qaydada aldığı gündən 10 iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazı məhkəməyə daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən təqdim olunan sənədləri iş üzrə yekun qərar çıxarılması üçün kifayət hesab edərək məhkəmə baxışı keçirilmədən və tərəflərin izahatlarını dinləmək üçün çağırılmadan, mülki işin həllinə dair qətnamə çıxarılmasını mümkün hesab etmişdir. Yazılı sübut qismində iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki Satıcı "xxxx" MMC-i ilə alıcı Cavabdeh arasında dəyəri 358,99 manat olan “Samsung AO3” markalı mobil telefonu 12 ay müddətinə hissə-hissə ödəmək şərtilə xx.xx.2020-ci il tarixli, GMK06229 saylı malın nisyə alqı-satqı müqaviləsi bağlanmışdır. "xxxx" MMC-i ilə borclu Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli, GMK06229 saylı nisyə alqı-satqı müqaviləsindən irəli gələn pul tələbini 01 sentyabr 2022ci il tarixli, 01 nömrəli Faktorinq müqaviləsinə əsasən “X1 Olmayan Kredit Təşkilatı” MMCyə güzəşt etmişdir. "xxxx" MMC-i tərəfindən borclu Cavabdeh xx.xx.2020-ci il tarixli, GMK06229 saylı nisyə alqı-satqı müqaviləsindən irəli gələn pul tələbini “X1 Olmayan Kredit Təşkilatı” MMCyə güzəşt etməsi barədə bildiriş verilmişdir. Cavabdeh xx.xx.2023-cü il tarixə müqavilə üzrə 298,99 manat ödənilməmiş hissə, 144,71 manat cərimə olmaqla, cəmi 443, 70 manat borcu mövcuddur. Həmin müqavilənin 5.6 bəndinə əsasən borcun ödənişi gecikdirildikdə, hər gecikdirilmiş gün üçün gecikdirilmiş borc məbləğinin 0,3%-i həcmində cərimə (dəbbə pulu) ödəməyi alıcı öhdəsinə götürmüşdür. Həmin müqavilənin 6.1.1-ci yarımbəndinə əsasən alıcı müqavilə üzrə üzərinə götürdüyü borc öhdəliklərinin yerinə yetirmədiyi (lazımınca yerinə yetirmədiyi) təqdirdə, kreditor nisya mala görə hesablanmış borcu və dəbbə pulunu dərhal tələb etmək hüququna malikdir. Müqavilə hər iki tərəfin imzası və iddiaçının möhürü ilə təsdiq edilmişdir. Əsaslandırıcı hissə: Hazırkı iddianın qanuni əsasını Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600-cü maddəsi təşkil edir. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşya alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Məhkəmə qeyd edir ki, iddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəliyini icra etmiş, lakin borclu Cavabdeh malın nisyə alqı-satqı müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyini lazımi qaydada və vaxtında icra etmədiyindən, nisyə aldığı əşyanın dəyərini müəyyən edilmiş müddət ərzində iddiaçıya tam ödəmədiyindən, iddia tələbi əsas borcunun tutulması hissəsində əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə, hesablanmış cərimənin götürülmüş borca münasibətdə kifayət qədər yüksək olmasını, həmçinin tərəflərin əmlak mənafelərini nəzərə alaraq hesab edir ki, Cavabdeh iddiaçının xeyrinə tutulacaq cərimənin miqdarı azaldılaraq, 30 manat məbləğində müəyyən edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə təqdim edilmiş sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli, GMK06229 saylı nisyə alqı-satqı müqaviləsi ləğv edilməli, Cavabdeh xx.xx.2020-ci il tarixli, GMK06229 saylı müqavilə üzrə 298,99 manat ödənilməmiş hissə, 30 manat cərimə olmaqla, cəmi 328,99 (üç yüz iyirmi səkkiz manat doxsan doqquz qəpik) manat məbləğində pul tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd olunanları nəzərə alıb, hesab edir ki, ödənilmiş dövlət rüsumunun əvəzi olan 30 (otuz manat) cavabdehə aid edilməlidir. Nəticə: Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 284-5, 284-6, 357, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2020-ci il tarixli, GMK06229 saylı müqavilə üzrə 298,99 manat ödənilməmiş hissə, 30 manat cərimə olmaqla, cəmi 328,99 (üç yüz iyirmi səkkiz manat doxsan doqquz qəpik) manat məbləğində pul alınaraq iddiaçı "xxxx" MMC-nə verilsin. Cavabdeh dövlət rüsumu üçün ödənilmiş 30 manat məbləğində pul alınaraq iddiaçı "xxxx" MMC-nə verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Gülnaz Qurbanova
Məhkəmə qərarları › İş №e-2(046)-2214/2023
Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №e-2(046)-2214/2023
16.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver