Məhkəmə qərarları › İş №e-2(046)-2216/2023

Göyçay Rayon Məhkəməsi Qərardad — İş №e-2(046)-2216/2023

20.10.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Göyçay rayonu İş № e-2(046)-2216/2023 20.10.2023 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi ilə, İddiaçı cavabdeh X2 qarşı mirasın qəbul edilməsi mdddətinin uzadılması barədə iddia ərizəsinə Göyçay şəhərində baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək mərhum nənəsi X1 Göyçay rayonunun İİ Ərəbcəbirli kəndində yerləşən 0,35 hektar həyətyanı torpaq sahəsinin, yəni mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş, onun tərəfindən üzrlü səbəbdən gecikdirilmiş müddətin uzadılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Mülki iş üzrə iddiaçının nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək iddia ərizəsinin və əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 152.1.9-cu maddəsinə əsasən iddia ərizəsi icraata götürmək haqqında qərardad çıxarılana qədər iddiaçı tərəfindən iddia ərizəsinin qaytarılmasına dair ərizə daxil olduqda, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 152.1.9, 263, 264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARVERDİ: İddiaçı cavabdeh X2 qarşı mirasın qəbul edilməsi müddətinin uzadılması barədə ərizəsi və ona əlavə edilmiş sənədlər İddiaçı nümayəndəsinin ərizəsinə əsasən geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətinə Göyçay Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: İbrahim Fəttahov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar