Məhkəmə qərarları › İş №e-2(046)-2249/2025

Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №e-2(046)-2249/2025

21.01.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № e-2(046)-2249/2025 21.01.2026 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Giriş hissə: Hakim Qurbanova Gülnaz İntiqam qızının sədrliyi, Əliyeva Leyla Bəhər qızının katibliyi ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı pul tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı "xxxx" MMC-i iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2024cü il tarixli ********** saylı müqavilənin əlavəsi -xx.xx.2024-cü il tarixli 12203579 saylı fakturaya əsasən 02 (iki) ədəd Qızıl Zəmanət xidməti, “Hisense” markalı televizor, “HP” markalı kompüyeter, Windows 11 üçün 2190.53 (iki min yüz doxsan manat, əlli üç qəpik) ödənilməmiş hissə, 219.05 (iki yüz on doqquz manat sıfır beş qəpik) cərimə olmaqla, ümumilikdə 2409.58 (iki min dörd yüz doqquz manat əlli səkkiz qəpik borc və 44.10 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" MMC-nə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2024-cü il tarixli ********** saylı müqavilənin əlavəsi - xx.xx.2024-cü il tarixli 12203579 saylı fakturaya əsasən, 02 (iki) ədəd Qızıl Zəmanət xidməti, “Hisense” markalı televizor, “HP” markalı kompüyeter, Windows 11 üçün almış və nəticədə 2409.58 (iki min dörd yüz doqquz manat əlli səkkiz qəpik) borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə alqı-satqı qiyməti 3132.9 (üç min yüz otuz iki manat, doxsan qəpik) (yəni 18 ay x 169.05 manat + 90 manat ilkin ödəniş) olan 02 (iki) ədəd Qızıl Zəmanət xidməti, “Hisense” markalı televizor, “HP” markalı kompüyeter, Windows 11 üçün ümumilikdə, 2409.58 (iki min dörd yüz doqquz manat əlli səkkiz qəpik) olmaqla ondan 2190.53 (iki min yüz doxsan manat, əlli üç qəpik) ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 219.05 (iki yüz on doqquz manat, sıfır beş qəpik) cərimə pulu borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 942.37 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdeh ilə aralarında bağlanılmış ilə xx.xx.2024-cü il tarixli ********** saylı müqavilənin əlavəsi - xx.xx.2024-cü il tarixli 12203579 saylı fakturanın ayrılmaz tərkib hissəsi olan əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərdikləri xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsələr də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. İddiaçı "xxxx" MMC iddia ərizəsinin dəqiqləşdirilməsinə dair ərizə verərək xx.xx.2024-cü il (müqavilə nömrəsi **********) tarixli müqavilənin şərtlərinə uyğun olaraq xx.xx.2024-cü il tarixdə satılmış 02 (iki) ədəd Qızıl Zəmanət xidməti, “Hisense” markalı televizor, “HP” markalı kompüyeter, Windows 11 üçün 1350.92 (min üç yüz əlli manat doxsan iki qəpik) ödənilməmiş hissə, 135.09 (bir yüz otuz beş manat sıfır doqquz qəpik) cərimə olmaqla, ümumilikdə 1486.01 (min dörd yüz səksən altı manat səfər bir qəpik) borc və 44.10 (qırx dörd manat on qəpik) ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" MMC-nə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş iddiaçı "xxxx" MMC-nin nümayəndəsi məhkəməyə gəlməmiş, ərizə ilə məhkəməyə müraciət edərək iddianı müdafiə etdiyini, işə onun iştirakı olmadan mahiyyəti üzrə baxılaraq iddianın təmin edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.6-ci maddəsinə əsasən işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. İlkin məhkəmə hazırlıq iclasında Cavabdeh izahatında göstərmişdir ki, iddiaçı "xxxx" MMC ilə aralarında alqı-satqı müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən ödənişlər etmişdir. İddiaçı "xxxx" MMC-nin ərizədə qeyd etdiyi 1350.92 (min üç yüz əlli manat doxsan iki qəpik) əsas borcu vardır. Borcundan yaxın müddət ərzində ödənişlər edəcəkdir. İş üzrə cavabdehə məhkəmənin yeri və vaxtı barədə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məhkəmə bildirişi vasitəsilə məlumat verilmiş, lakin Cavabdeh məhkəmə baxışında iştirak etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda məhkəmə işə baxmağa haqlıdır. Məhkəmə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş Cavabdeh ilə iddiaçı "xxxx" MMC-i arasında xx.xx.2024-cü il tarixli ********** saylı müqavilənin əlavəsi - xx.xx.2024-cü il tarixli 12203579 saylı nisyə alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən cavabdeh 02 (iki) ədəd Qızıl Zəmanət xidməti, “HP” markalı kompüyeter, Windows 11 və “Hisense” markalı televizor müqabilində 18 ay müddətində 169.05 manat məbləğində pulu iddiaçıya ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 3.5-ci bəndində əsasən müştəri müqavilə üzrə ödənişləri vaxtında ödəməzsə, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 2 % dək həcmində mübahisəsiz olaraq peniya ödəyir. Cavabdeh tərəfindən əşyanın qüsursuz vəziyyətdə qəbul edilməsinə dair xx.xx.2024-cü il tarixli təhvil-təslim aktı imzalanmışdır. Cavabdehə borcunu ödəmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xx.xx.2025ci il tarixdə xəbərdarlıq məktubu göndərilmişdir. Cavabdeh xx.xx.2024-cü il tarixli ********** saylı müqavilənin əlavəsi - xx.xx.2024-cü il tarixli 12203579 saylı fakturaya əsasən 2190.53 (iki min yüz doxsan manat, əlli üç qəpik) ödənilməmiş hissə, 219.05 (iki yüz on doqquz manat sıfır beş qəpik) cərimə olmaqla, ümumilikdə 2409.58 (iki min dörd yüz doqquz manat əlli səkkiz qəpik borcunun olmasına dair xx.xx.2025-ci tarixli maliyyə cədvəli tərtib olunmuşdur. ********** saylı qəbzdən görünür ki, iddia ərizəsinin verilməsi üçün 44 manat 10 qəpik məbləğində dövlət rüsumu ödənilmişdir. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşya alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 601.1-ci maddəsinə görə isə, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissəhissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. 385.1, 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında xx.xx.2024-cü il tarixli ********** saylı müqavilənin əlavəsi - xx.xx.2024-cü il tarixli 12203579 saylı nisyə alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. İddiaçı alqı-satqı müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra edərək məhsulları cavabdehə təqdim etmişdir. Cavabdeh isə aldığı malların dəyərini müəyyən edilmiş müddət ərzində ödəməməklə, üzərinə düşən öhdəlikləri pozmuşdur. Beləliklə, iddia tələbi əsas borcun tutulması hissəsində əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır. Göründüyü kimi Cavabdeh alqı-satqı müqaviləsi üzrə öhdəliklərini lazımi qaydada icra etməməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin lazımi qaydada icra edilməməsinə görə dəbbə pulu ödənilməsi nəzərdə tutulduğundan cavabdehdən iddiaçının xeyrinə dəbbə pulu ödənilməsi üçün əsaslar mövcuddur. Lakin məhkəmə, hesablanmış cərimə məbləğlərinin kifayət qədər yüksək olmasını, həmçinin, tərəflərin əmlak mənafelərini nəzərə alaraq hesab edir ki, Cavabdeh xx.xx.2024-cü il tarixli ********** saylı müqavilənin əlavəsi - xx.xx.2024-cü il tarixli 12203579 saylı alqı-satqı müqaviləsi üzrə iddiaçının xeyrinə tutulacaq cərimənin miqdarı azaldılaraq 10 manat müəyyən edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, hazırkı qətnamə ilə iddia tələbi qismən təmin edildiyindən iddia tərəfindən ödənilmiş 44.10 (qırx dörd manat on qəpik) məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Nəticə: Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 284-5, 284-6, 357, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh xx.xx.2024-cü il tarixli ********** saylı müqavilənin əlavəsi - xx.xx.2024-cü il tarixli 12203579 saylı alqı-satqı müqaviləsinə əsasən 1350.92 (min üç yüz əlli manat doxsan iki qəpik) əsas, 10 (on) manat cərimə borcu olmaqla, ümumilikdə 1360.92 (min üç yüz altmış manat doxsan iki qəpik) məbləğində pul tutularaq "xxxx" MMC-nə ödənilsin. Cavabdeh dövlət rüsumu üçün ödənilmiş 44.10 (qırx dörd manat on qəpik) məbləğində pul alınaraq iddiaçı "xxxx" MMC-nə verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Gülnaz Qurbanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar