Məhkəmə qərarları › İş №e-2(046)-2269/2023

Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №e-2(046)-2269/2023

29.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № e-2(046)-2269/2023 29.11.2023 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Qurbanov Elçin Firudin oğlunun sədrliyi Qəniyev Nurlan Mehman oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında borcun tutulması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı ilə Cavabdeh arasında xx.xx.2019-cu il tarixli ECK5733398 nömrəli hissəhissə ödənişlə alqı-satqı müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən 1084 manat dəyəri olan 1 ədəd “Samsung Galaxy A70” markalı telefon alıcıya hissə-hissə ödənişlə satmaq öhdəliyini öz üzərinə götürmüşdür. Alıcı 100 manat ilkin ödəniş olmaqla, qalan 984 manat pulu müqavilənin ayrılmaz tərkib hissəi olan ödəniş cədvəlinə uyğun olaraq 12 ay müddətinə, aylıq 82 manat olmaqla, hər ayın 24-dək ödəmək öhdəliyini öz üzərinə götürmüşdür. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh ECK5733398 nömrəli xx.xx.2019-cu il tarixli müqavilə üzrə 241 manat əsas, 72 manat dəbbə pulu, 30 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 343 manat pulun onun xeyrinə tutulması haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Tələbi onunla əsaslandırmışdır ki, Cavabdeh müqavilənin şərtlərini pozmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinə əsasən Cavabdeh iddia ərizəsinin surəti və bildiriş poçt vasitəsilə qeydiyyatda olduğu yer üzrə göndərilmiş, işə əlavə edilmiş poçt göndərişinin verilməsi haqqında xəbərnaməyə əsasən xx.xx.2023-cü il tarixdə bildiriş Cavabdeh çatdırılmışdır. Cavabdehin bildirişi rəsmi qaydada aldığı gündən 10 iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazı məhkəməyə daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən təqdim olunan sənədləri iş üzrə yekun qərar çıxarılması üçün kifayət hesab edərək məhkəmə baxışı keçirilmədən və tərəflərin izahatlarını dinləmək üçün çağırılmadan, mülki işin həllinə dair qətnamə çıxarılmasını mümkün hesab etmişdir. İşə əlavə edilmiş maliyyə ödəniş cədvəlindən görünür ki, Cavabdeh xx.xx.2019-cu il tarixli ECK5733398 nömrəli alqı-satqı müqaviləsi üzrə 241 manat əsas, 72 manat dəbbə pulu və 30 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 343 manat borcu vardır. İşə əlavə edilmiş xx.xx.2019-cu il tarixli EKC5733398 nömrəli hissə-hissə ödənişlə alqı-satqı müqaviləsinin surətindən görünür ki, satıcı İddiaçı ilə alıcı Cavabdeh arasında dəyəri 1084 manat dəyəri olan «Samsung Galaxy A70» markalı mobil telefonu 12 ay müddətinə hissə-hissə ödəmək şərtilə müqavilə imzalanmışdır. İşə əlavə edilmiş xx.xx.2019-cu il tarixli EKC5733398 nömrəli hissə-hissə ödənişlə alqı-satqı müqaviləsinin 2.4-cü bəndindən görünür ki, alıcı ödənişi gecikdirdiyi hər gün üçün məcmu borcun 1 faizi həcmində satıcının xeyrinə cərimə ödəyir. İşə əlavə edilmiş Azərbaycan Respublikası Vergilər Nazirliyi Vergi ödəyicisinin uçota alınması haqqında şəhadətnamədən görünür ki, İddiaçı ********** saylı VÖEN ilə Sumqayıt şəhəri, MİK-12, ev 7A, mənzil 6-da məişət elektrik mallarının pərakəndə satışı kimi fəaliyyət göstərir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 385.1-ci maddəsinin tələblərinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Beləliklə bu hissədə tədqiq edilmiş sübutlardan müəyyən olunur ki, tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulduğundan, müqavilə hissə-hissə ödəmə şərtilə nisyə satılması haqqında olmuşdur. Məhkəmə təqdim edilmiş sübutlara qiymət verərək hesab edir ki, İddiaçı ilə Cavabdeh arasında hissə-hissə ödəmə şərtilə etibarlı nisyə alqı-satqı müqaviləsi bağlandığından, əşyanı təhvil almış alıcı Cavabdeh xx.xx.2019-cu il tarixli nisyə alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətlərdə ödəmək vəzifəsini icra etmədiyindən İddiaçı verilmiş əşyanın dəyərinin ödənilməsini tələb etmək hüququna malik olmuşdur. Ona görə də Cavabdeh xx.xx.2019-cu il tarixli müqavilə üzrə 241 manat əsas, 72 manat dəbbə pulu, cəmi 313 manat məbləğində pul alınaraq İddiaçı verilməli, bununla da iddia təmin olunmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İşə əlavə edilmiş qəbzdən görünür ki, məhkəmə xərcləri iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumundan ibarətdir. Məhkəmə qeyd olunanları nəzərə alıb, hesab edir ki, iddia təmin edildiyindən məhkəmə xərcləri cavabdehə aid edilməlidir. Məhkəmə qeyd olunanları nəzərə alıb və Azərbaycan Respublikasının MPM-nin 220, 284-6.1-284-6.3-cü maddələrini rəhbər tutaraq, qət etdi: İddia təmin edilsin. Cavabdeh xx.xx.2019-cu il tarixli ECK5733398 nömrəli müqavilə üzrə 241 manat əsas, 72 manat dəbbə pulu, cəmi 313 manat məbləğində pul alınaraq İddiaçı verilsin. Məhkəmə xərcləri cavabdehə aid edilsin. Cavabdeh dövlət rüsumu üçün ödənilmiş 30 manat məbləğində pul alınaraq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Elçin Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar