Məhkəmə qərarları › İş №e-2(046)-2285/2023

Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №e-2(046)-2285/2023

21.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № e-2(046)-2285/2023 21.11.2023 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Giriş hissə: Hakim Qurbanova Gülnaz İntiqam qızı, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı borc tələbi barədə kiçik iddialara dair işlər üzrə ərizəsinə baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı "xxxx" MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2022-ci il tarixli, 04151221 saylı müqavilə üzrə 512,36 manat əsas borc, 51,64 manat cərimə, cəmi 564 manat, xx.xx.2022-ci il tarixli, 04151229 saylı müqavilə üzrə 492.54 manat əsas borc, 49,46 manat cərimə, cəmi 542 manat və xx.xx.2022-ci il tarixli, 04151301 saylı müqavilə üzrə 136,54 manat əsas borc, 13,46 manat cərimə, cəmi 150 manat pulun və 32,56 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" MMC ilə Cavabdeh arasında xx.xx.2022-ci il tarixdə 04151221 saylı nisyə alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqavilənin tərkib hissəsi olan Əlavəsinə əsasən sonuncu aldığı «Hoffmann TS105 Toranado» markalı musiqi mərkəzi müqabilində hər ayın 12-dən gec olmamaqla 18 ay müddətində 36,67 manat ödəməyi öhdəsinə götürmüşdür. xx.xx.2022-ci il tarixdə bağlanmış 04151229 saylı nisyə alqı-satqı müqaviləsinin tərkib hissəsi olan Əlavəsinə əsasən Cavabdeh aldığı «Xiaomi Redmi10C» markalı telefon müqabilində hər ayın 10-dan gec olmamaqla 12 ay müddətində 44,9 manat ödəməyi öhdəsinə götürmüşdür. xx.xx.2022-ci il tarixdə bağlanmış 04151301 saylı nisyə alqı-satqı müqaviləsinin tərkib hissəsi olan Əlavəsinə əsasən Cavabdeh aldığı «Samsung Galaxy A52» markalı telefon müqabilində hər ayın 30-dan gec olmamaqla 12 ay müddətində 27,55 manat ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı avadanlıqları təhvil verməklə müqaviləyə əsasən öz öhdəliklərini yerinə yetirsə də, cavabdeh alıdığı malların dəyərini razılaşdırılmış qaydada ödəməmiş və nəticədə xx.xx.2022-ci il tarixli, 04151221 saylı müqavilə üzrə cəmi 564 manat, xx.xx.2022-ci il tarixli, 04151229 saylı müqavilə üzrə cəmi 542 manat və xx.xx.2022-ci il tarixli, 04151301 saylı müqavilə üzrə cəmi 150 manat manat borcu yaranmışdır. Mübahisənin məhkəməyə qədər (pretenziya) nizama salınması barədə bildiriş göndərilməsinə baxmayaraq, borcu ödəməkdən boyun qaçırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinin tələblərinə uyğun olaraq Cavabdeh iddia ərizəsinin surəti və bildiriş poçt vasitəsilə qeydiyyatda olduğu yer üzrə göndərilmişdir. İşə əlavə edilmiş poçt göndərişinin verilməsi haqqında xx.xx.2023-cü il tarixli xəbərnaməyə əsasən Cavabdeh təqdim edilmişdir. Cavabdehin bildirişi rəsmi qaydada aldığı gündən 10 iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazı məhkəməyə daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən təqdim olunan sənədləri iş üzrə yekun qərar çıxarılması üçün kifayət hesab edərək məhkəmə baxışı keçirilmədən və tərəflərin izahatlarını dinləmək üçün çağırılmadan, mülki işin həllinə dair qətnamə çıxarılmasını mümkün hesab etmişdir. Yazılı sübut qismində iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki Cavabdeh ilə iddiaçı "xxxx" MMC-i arasında xx.xx.2022-ci il tarixli, 04151221 saylı nisyə alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən cavabdeh qiyməti 660,06 olan «Hoffmann TS105 Toranado» markalı musiqi mərkəzi müqabilində 18 ay müddətinə, hər ay 36,67 manat məbləğində pulu iddiaçıya ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh ilə iddiaçı "xxxx" MMC-i arasında xx.xx.2022-ci il tarixli, 04151229 saylı nisyə alqı-satqı müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən cavabdeh qiyməti 562,54 manat olan «Xiaomi Redmi 10C» markalı telefon müqabilində 12 ay müddətinə, hər ay 44,9 manat məbləğində pulu iddiaçıya ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh ilə iddiaçı "xxxx" MMC-i arasında xx.xx.2022-ci il tarixli, 04151301 saylı nisyə alqı-satqı müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən cavabdeh qiyməti 420,44 manat olan «Samsung Galaxy A52» markalı telefon müqabilində 12 ay müddətinə, hər ay 27,55 manat məbləğində pulu iddiaçıya ödəməyi öhdəsinə götürmüşdür. Sözügedən müqavilələrin 2.6-cı bəndinə əsasən müştəri ödəniş cədvəli üzrə ödənişləri vaxtında ödəməsə, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1% həcmində mübahisəsiz olaraq penya hesablanır. 3.7-ci bəndinə əsasən müqavilənin ödəmə qaydası Əlavədə qeyd olunub. Müqavilələr və onların tərkib hissələri olan Əlavələr hər iki tərəfin imzası və iddiaçının möhürü ilə təsdiq edilmişdir. Cavabdeh tərəfindən əşyaların qüsursuz vəziyyətdə qəbul edilməsinə dair xx.xx.2022-ci, xx.xx.2022-ci və xx.xx.2022-ci il tarixlərdə təhvil-təslim aktları imzalanmışdır. Mübahisənin məhkəməyə qədər (pretenziya) nizama salınması barədə xx.xx.2023-cü il tarixdə tarixdə cavabdehə bildiriş göndərilmişdir. Cavabdeh xx.xx.2022-ci il tarixli, 04151221 saylı müqavilə üzrə 564 manat, xx.xx.2022-ci il tarixli, 04151229 saylı müqavilə üzrə 542 manat və xx.xx.2022-ci il tarixli, 04151301 saylı müqavilə üzrə 150 manat borcunun olmasına dair xx.xx.2023-cü tarixli maliyyə arayışları tərtib olunmuşdur. Əsaslandırıcı hissə: Hazırkı iddianın qanuni əsasını Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600-cü maddəsi təşkil edir. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alğı-satğı müqaviləsində əşya alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 601.1-ci maddəsinə görə isə, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satğı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında xx.xx.2022-ci il tarixli, 04151221saylı, xx.xx.2022-ci il tarixli, 04151229 saylı və xx.xx.2022-ci il tarixli, 04151301 saylı nisyə alqı-satqı müqavilələrindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. İddiaçı alqı-satqı müqavilələrinə əsasən üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra edərək avadanlıqları cavabdehə təqdim etmişdir. Cavabdeh isə aldığı malların dəyərini müəyyən edilmiş müddət ərzində ödəməməklə, uzərinə düşən öhdəlikləri pozmuşdur. Beləliklə, iddia tələbi əsas borcun tutulması hissəsində əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır. Göründüyü kimi Cavabdeh alqı-satqı müqavilələri üzrə öhdəliklərini lazımi qaydada icra etməməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilələrdə öhdəliklərin lazımi qaydada icra edilməməsinə görə dəbbə pulu ödənilməsi nəzərdə tutulduğundan cavabdehdən iddiaçının xeyrinə dəbbə pulu tutulması üçün əsaslar mövcuddur. Lakin məhkəmə, hesablanmış cərimə məbləğlərinin kifayət qədər yüksək olmasını, həmçinin tərəflərin əmlak mənafelərini nəzərə alaraq hesab edir ki, Cavabdeh iddiaçının xeyrinə tutulacaq cərimənin miqdarı azaldılaraq, xx.xx.2022-ci il tarixli, 04151221 saylı nisyə alqı-satqı müqaviləsi 20 manat, 04151229 saylı müqavilə üzrə 15 manat, xx.xx.2022-ci il tarixli, 04151301 müqavilə üzrə 5 manat müəyyən edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, hazırkı qətnamə ilə iddia qismən təmin edildiyindən iddia tərəfindən ödənilmiş 32,56 (otuz iki manat əlli altı qəpik) manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Nəticə: Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 284-5, 284-6, 357, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2022-ci il tarixli, 04151221 saylı nisyə alqı-satqı müqaviləsi üzrə 512,36 manat əsas borc, 20 manat cərimə, cəmi 532,36 (beş yüz otuz iki manat otuz altı qəpik) manat, xx.xx.2022-ci il tarixli, 04151229 saylı müqavilə üzrə 492,54 manat əsas borc, 15 manat cərimə, cəmi 507,54 (beş yüz yeddi manat əlli dörd qəpik) manat və xx.xx.2022-ci il tarixli, 04151301 müqavilə üzrə 136,54 manat əsas borc, 5 manat cərimə, cəmi 141,54 (yüz qırx bir manat əlli dörd qəpik) manat məbləğində pul tutularaq "xxxx" MMC-nə ödənilsin. Cavabdeh dövlət rüsumu üçün ödənilmiş 32,56 (otuz iki manat əlli altı qəpik) manat məbləğində pul alınaraq iddiaçı "xxxx" MMC-nə verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gülnaz Qurbanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar