Məhkəmə qərarları › İş №e-2(046)-2600/2025

Göyçay Rayon Məhkəməsi Qərardad — İş №e-2(046)-2600/2025

14.01.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Göyçay rayonu İş № e-2(046)-2600/2025 14.01.2026 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Səmidli Nərmin Yaşar qızının katibliyi ilə, iddiaçı ABC Telecom MMC-nin Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair mülki işə Göyçay şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: BOKT "xxxx" MMC ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh borcun və 30.96 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. E-məhkəmə sistemi çıxarışından görünür ki, Cavabdeh xx.xx.2025-ci il tarixdə vəfat etmişdir. Azərbaycan Respublikası MPM-nin 261.0.7-ci maddəsinə görə iş üzrə tərəflərdən biri olan şəxs öldükdən sonra mübahisə edilən hüquq münasibəti hüquq varisliyinə yol verməzsə iş üzrə icraata xitam verilir. Buna görə də məhkəmə hesab edir ki, iddiaçı ABC Telecom MMC-nin Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair mülki işə Cavabdeh məhkəməyə müraciət edilənədək vəfat etməsi ilə əlaqədar olaraq xitam verilməli, iddiaçı ABC Telecom MMC-yə Cavabdeh hüquqi varisi müəyyən edildikən sonra ona qarşı iddia ərizəsi ilə müraciət edə bilmək hüququ izah edilməlidir. Azərbaycan Respublikası MPM-nin 114.1.4-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə ödənilmiş dövlət rüsumu geri qaytarılmalıdır. Məhkəməyə təqdim edilmiş xx.xx.2025-ci tarixli nömrəli ********** nömrəli qəbzdən görünür ki, ABC Telecom MMC tərəfindən Göyçay rayon Məhkəməsinin hesabına 30.96 manat dövlət rüsumu ödənilmişdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q ə r a r a a l d ı: İddiaçı ABC Telecom MMC-nin Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair mülki işə Cavabdeh məhkəməyə müraciət edilənədək vəfat etməsi ilə əlaqədar olaraq xitam verilsin. İddiaçı ABC Telecom MMC-yə Cavabdeh hüquqi varisi müəyyən edildikən sonra ona qarşı iddia ərizəsi ilə müraciət edə bilmək hüququ izah edilsin. İddiаçı ABC Telecom MMC tərəfindən ********** nömrəli xx.xx.2025-ci il tarixli qəbzlə Göyçay Rayon Məhkəməsinin hesabına ödənilmiş 30.96 manat dövlət rüsumu iddiaçı ABC Telecom MMC-yə qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətinə ("Elektron məhkəmə" informasiya sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Göyçay rayon məhkəməsinə şikayət vermək olar. Hakim: İbrahim Fəttahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar