Məhkəmə qərarları › İş №e-2(046)-273/2023

Göyçay Rayon Məhkəməsi Əlavə qətnamə — İş №e-2(046)-273/2023

08.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından ƏLAVƏ QƏTNAMƏ Göyçay rayonu İş № e-2(046)-273/2023 08.02.2023 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlu, iddiaçı "xxxx" MMC-nin Cavabdeh və X2 qarşı pul tələbinə dair ərizəsi üzrə əlavə qətnamə çıxarılması məsələsinə Göyçay şəhərində baxaraq, məhkəmə Müəyyənetdi: İddiaçı "xxxx" MMC ərizə ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh və X1 müştərək qaydada 284,7 manat ödənilməmiş hissə, 28,3 manat cərimə borcunun, ümumilikdə 313 manat və 30 manat dövlət rüsumu olmaqla onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Göyçay rayon Məhkəməsinin 2(046)-273/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən 284,7 manat əsas borc, 28,3 manat cərimə borcu olmaqla, cəmi 313 manat məbləğində borc və 30 manat dövlət rüsumu Cavabdeh tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilməlidir. Göyçay rayon Məhkəməsinin 2(046)-273/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsində digər cavabdeh olan X1 müqavilə üzrə Cavabdeh ilə birlikdə müştərək qaydada borcun tutulması qeyd edilməmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 22.2.1.-ci maddəsinə əsasən məhkəmə boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qaldığını müəyyən etməlidir. Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 229.1.-ci maddəsinə əsasən iş üzrə qətnamə çıxarmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi ilə və ya onları xəbərdar edərək öz təşəbbüsü ilə aşağıdakı hallarda əlavə qətnamə çıxara bilər: 229.1.1. işdə iştirak edən şəxslər tələblərdən hər hansı biri üzrə sübutlar təqdim etmiş və izahatlar vermişlərsə, bu tələblər barədə qətnamə çıxarılmamışsa; 229.2. Əlavə qətnamənin çıxarılması barədə məsələyə qətnamənin qanuni qüvvəyə minməsinə qədər baxıla bilər. Əlavə qətnamə məsələnin məhkəmə iclasında müzakirəsindən sonra məhkəmə tərəfindən çıxarılır. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi əlavə qətnamənin çıxarılması məsələsinə baxmağa mane olmur. Sadalananlara əsasən məhkəmə hesab edir ki, iddiaçı "xxxx" MMC-nin Cavabdeh və X2 qarşı pul tələbi üzrə əlavə qətnamə çıxarılmalı və qətnamədə 284,7 manat əsas borc, 28,3 manat cərimə borcu olmaqla, cəmi 313 manat məbləğində borc və 30 manat dövlət rüsumu cavabdeh X1 müştərək qaydada tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilməlidir. Şərh olunanları və Azərbaycan Respublikası MPM-nin 229.2, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: 284,7 manat əsas borc, 28,3 manat cərimə borcu olmaqla, cəmi 313 manat məbləğində borc və 30 manat dövlət rüsumu cavabdeh X1 müştərək qaydada tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Göyçay rayon məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya məhkəməsinə şikayət vermək olar. Hakim: İbrahim Fəttahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar