Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № e-2(046)-275/2024 19.01.2024 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Giriş hissə: Hakim Qurbanova Gülnaz İntiqam qızı, İddiaçı QSC-nin Cavabdeh qarşı borc tələbi barədə kiçik iddialara dair işlər üzrə ərizəsinə baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı QSC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2022-ci il tarixli, STT000200 saylı nisyə alğı-satqı müqaviləsi üzrə 130 manat əsas borc, 19.5 manat cərimə olmaqla, cəmi 149.5 manat, 30 manat dövlət rüsumu və 0,40 manat dövlət rüsumunun ödənilməsi ilə bağlı xidmət haqqının tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinin tələblərinə uyğun olaraq Cavabdeh iddia ərizəsinin surəti və bildiriş poçt vasitəsilə qeydiyyatda olduğu yer üzrə göndərilmiş, lakin o, qanunla nəzərdə tutulmuş vaxt ərzində hər hansı əsaslandırılmış etirazını və onları təsdiq edən sənədləri məhkəməyə təqdim etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən təqdim olunan sənədləri iş üzrə yekun qərar çıxarılması üçün kifayət hesab edərək məhkəmə baxışı keçirilmədən və tərəflərin izahatlarını dinləmək üçün çağırılmadan, mülki işin həllinə dair qətnamə çıxarılmasını mümkün hesab etmişdir. Yazılı sübut qismində iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki Cavabdeh ilə satıcı X2 arasında xx.xx.2022-ci il tarixli, STT000200 saylı nisyə alqısatqı müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən cavabdeh ümumi dəyəri 199 manat olan əşya müqabilində hər ayın 26-dən gec olmamaqla 5 ay müddətində 33.17 manat, 6-cı ayda isə 29 manat məbləğində pulu satıcıya ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən satıcı alıcıya Əlavə 1də göstərilən malları satır. Alıcı isə həmin malları qəbul edir və bu müqavilə ilə razılaşdırılmış qaydada malın dəyərini satıcıya ödəyir. 2.1.1-ci bəndinə əsasən satıcının müqavilə ilə müəyyən edilmiş qaydada və müddətdə ödənşin həyata keçirilməsini alıcıdan tələb etmək və ödəniş cədvəli ilə müəyyən edilmiş ödənişlər alıcı tərəfindən 30 təqvim günündən artıq müddət ərzində ödənilmədikdə və ya müqavilə müddəti ərzində 2 dəfədən çox gecikdirildikdə müqavilə üzrə bütün qalıq borcu tələb etmək hüquq vardır. 2.1.3-cü bəndinə əsasən satıcı alıcıya qarşı müqavilədən irəli gələn pul tələbini istənilən vaxt İddiaçı QSC-nə və ya digər 3-cü şəxslərə güzəşt edə bilər. 2.4.4-cü bəndinə əsasən alıcı qalan borcun ödənilməsini gecikdirdiyi halda, gecikdirilmiş hər gün üçün gecikdirilmiş borc məbləğinin 0,5 % həcmində cərimə (dəbbə pulu) ödəməyi öhdəsinə götürür. Müqavilə və onun tərkib hissəsi olan Əlavə 1 hər iki tərəfin imzası ilə təsdiq edilmişdir. Cavabdeh tərəfindən əşyanın qəbul edilməsinə dair xx.xx.2022-ci il tarixli təhviltəslim aktı imzalanmışdır. İddiaçı QSC ilə X2 arasında bağlanmış Faktorinq müqaviləsinə əlavə olunan xx.xx.2022-cü il tarixli, R-13xx/xx-0006 Sazişdən görünür ki, X1 Cavabdeh qarşı olan borca tələb hüququ İddiaçı QSC-yə keçmişdir. Müqavilə və onun tərkib hissəsi olan Saziş hər iki tərəfin imzası və iddiaçının möhürü ilə təsdiq edilmişdir. Mübahisənin məhkəməyə qədər (pretenziya) nizama salınması barədə xx.xx.2023-cü il tarixdə cavabdehə bildiriş göndərilmişdir. Cavabdeh xx.xx.2022-ci il tarixli, STT000200 saylı nisyə alqı-satqı müqaviləsi üzrə 130 manat əsas borc, 19.5 manat cərimə olmaqla, cəmi 149.50 manat borcunun olmasına dair xx.xx.2023-cü tarixli maliyyə arayışı tərtib olunmuşdur. xx.xx.2023-cü il tarixli, ********** saylı mədaxil qəbzindən görünür ki, iddia ərizəsinin verilməsi üçün 30 manat dövlət rüsumu ödənilmiş və 0,40 manat məbləğində bank tərəfindən xidmət haqqı tutulmuşdur. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən alğı-satğı müqaviləsində əşya alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 601.1-ci maddəsinə görə isə, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satğı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. 385.1, 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, cavabdehlə bağlanmış xx.xx.2022-ci il tarixli, STT000200 saylı nisyə alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Satıcı alqı-satqı müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra edərək əşyanı cavabdehə təqdim etmişdir. Cavabdeh isə aldığı malın dəyərini müəyyən edilmiş müddət ərzində ödəməməklə, uzərinə düşən öhdəlikləri pozmuşdur. Beləliklə, iddia tələbi əsas borcun tutulması hissəsində əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır. Göründüyü kimi Cavabdeh alqı-satqı müqaviləsi üzrə öhdəliklərini lazımi qaydada icra etməməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və bağlanmış müqavilədə öhdəliklərin lazımi qaydada icra edilməməsinə görə dəbbə pulu ödənilməsi nəzərdə tutulduğundan cavabdehdən iddiaçının xeyrinə dəbbə pulu tutulması üçün əsaslar mövcuddur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, hazırkı qətnamə ilə iddia təmin edildiyindən iddia tərəfindən ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu və 0,40 (qırx) manat xidmət haqqı cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Nəticə: Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 284-5, 284-6, 357, 358, 360, 362-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh xx.xx.2022-ci il tarixli, STT000200 saylı nisyə alqı-satqı müqaviləsi üzrə 130 manat əsas borc, 19.5 manat cərimə, ümumilikdə 149.5 (yüz qırx doqquz manat əlli qəpik) manat məbləğində pul tutularaq İddiaçı QSC -nə ödənilsin. Cavabdeh iddia tərəfindən ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu və 0,40 (qırx) manat xidmət haqqı alınaraq İddiaçı QSC -nə verilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gülnaz Qurbanova
Məhkəmə qərarları › İş №e-2(046)-275/2024
Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №e-2(046)-275/2024
19.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver