Azərbaycan Respublikası adından QƏRARDAD Göyçay rayonu İş № e-2(046)-2769/2025 11.02.2026 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlu, Səmidli Nərmin Yaşar qızının katibliyi, iddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı borcun tutulması tələbinə dair mülki işə Göyçay şəhərində baxaraq məhkəmə, Müəyyənetdi: İddiaçı ABC Telecom MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh nisyə alğı-satqı müqaviləsi üzrə 149.51 manat əsas borcun, İnovativ Layihələr Mərkəzinə ödənilmiş 23.60 manat pulun və 14.95 manat cərimə borcunun və ödənilmiş 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 35-ci maddəsinə əsasən iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 44.2.2-ci maddəsinə əsasən iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa, məhkəmə işi başqa məhkəmədə baxılmağa verir. E-məhkəmə sistemindən çıxarışdan görünür ki, Cavabdeh və Ağdaş şəhəri Ağamalı Oğlu küçəsi ev 48-də qeydiyyatdadılar. Sadalananlara əsasən məhkəmə hesab edir ki, iddiaçı ABC Telecom MMC-nin müqavilə üzrə borcun tutulması tələbinə dair iddia ərizəsi üzrə mülki iş baxılması üçün aidiyyəti üzrə Cavabdeh yaşadığı yer üzrə Ağdam Rayon Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası MPM-nin 45.1-ci maddəsinə əsasən mübahisənin məhkəmə aidiyyəti ilə əlaqədar məsələlər ərizənin məhkəmənin icraatına qəbul edilməsi və ya işin hakim tərəfindən baxılmağa hazırlanması mərhələsində, yaxud da işdə iştirak edən şəxsin əsaslandırılmış vəsatəti üzrə həll oluna bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 35, 44, 45, 263, 264, 268, 269-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qəraraaldı: İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi üzrə mülki iş aidiyyəti üzrə baxılması üçün Cavabdeh yaşadığı yer üzrə Ağdam Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətinə ("Elektron məhkəmə" informasiya sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Göyçay Rayon məhkəməsinə şikayət verilə bilər. Hakim İbrahim Fəttahov
Məhkəmə qərarları › İş №e-2(046)-2769/2025
Göyçay Rayon Məhkəməsi Qərardad — İş №e-2(046)-2769/2025
11.02.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver