Azərbaycan Respublikası adından QƏRARDAD Göyçay rayonu İş № e-2(046)-2830/2025 30.12.2025 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Mən, Göyçay Rayon Məhkəməsinin hakimi Fəttahov İbrahim Bağır oğlu, iddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı pul tələbinə dair sadələşdirilmiş icraat qaydasında verilmiş ərizənin qəbul olunmasının mümkünlüyü məsələsinə baxaraq, müəyyən etdim: İddiaçı "xxxx" MMC iddia ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh müqavilələr üzrə yaranmış 328.27 manat pulun və 30 manat dövlət rüsumunun alınaraq ödənilməsi qətnamə qəbul edilməsini xahiş etmişdir. Aşağıdakı əsaslara görə ərizə geri qaytarılmalıdır. İddiaçı, iddia ərizəsinin forma və məzmununda riayət etməmişdir. Belə ki, İddiaçı "xxxx" MMC elektron kabinet vasitəsi ilə məhkəməyə müraciət edərkən cavabdeh tərəf olaraq Cavabdeh seçmiş, lakin iddia ərizəsinə X1 ilə bağlanmış kredit müqaviləsini əlavə etmişdir. Azərbaycan Respublikası MPM-nin 284-3.4-cü maddəsinə əsasən ərizə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə göndərildikdə iddiaçının və ya onun nümayəndəsinin elektron imzası ilə təsdiq olunur. Ərizəyə əlavə edilən sənədlər “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında təqdim edilir. Həmin Məcəllənin 284-4.1.3-cü madddəsinə əsasən verilmiş tələbi təsdiq edən sənədlər təqdim olunmamışdırsa, Məhkəmə kiçik iddialara dair işlərə sadələşdirilmiş qaydada baxılması ilə əlaqədar ərizənin qəbul olunmasından imtina edir. Həmin Məcəllənin 284-4.2-cü maddəsinə əsasən Bu Məcəllənin 284-4.1-ci maddəsində nəzərdə tutulmuş hallarda məhkəmə ərizənin daxil olduğu gündən 5 (beş) iş günü müddətində onun qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərardad çıxarır. Məhkəmə bu müddət ərzində ərizəni qəbul etməkdən imtina etməyibsə, o, qəbul edilmiş sayılır. Ərizəni qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilməz. Azərbaycan Respublikası MPM-nin 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu geri qaytarılmalıdır. Məhkəməyə təqdim edilmiş ********** nömrəli xx.xx.2025-ci il tarixli qəbzdən görünür ki, "xxxx" MMC tərəfindən Göyçay Rayon Məhkəməsinin hesabına 30 manat dövlət rüsumu ödənilmişdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 149-cu, 152-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərar verdi: İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı pul tələbinə dair sadələşdirilmiş icraat qaydasında verilmiş ərizənin qəbul olunmasından imtina edilsin. İddiaçı "xxxx" MMC tərəfindən ********** nömrəli xx.xx.2025-ci il tarixli qəbzlə Göyçay Rayon Məhkəməsinin hesabına ödənilmiş 30 manat dövlət rüsumu iddiaçı "xxxx" MMC-yə qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim: İbrahim Fəttahov
Məhkəmə qərarları › İş №e-2(046)-2830/2025
Göyçay Rayon Məhkəməsi Qərardad — İş №e-2(046)-2830/2025
30.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver