Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № e-2(046)-329/2025 03.02.2025 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Qurbanov Elçin Firudin oğlunun sədrliyi Burcaliyeva Leyla Sahib qızının katibliyi ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı pulun tutulması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı "xxxx" MMC kiçik iddialara dair işlər üzrə icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən MİNİ SOBA HOFFMANN, İMEİ KODU **********74774 SAMSUNG GALAXY A32 markalı telefon üçün 332 manat 80 qəpik ödənilməmiş hissə, Rəqəmsal İnkişaf və Nəqliyyat nazirliyinə məhdudiyyətin qoyulması və aradan qaldırılması üçün ödənilən 24 manat rüsum, 99 manat 84 qəpik cərimə, ümumilikdə 457 manat borc və 30 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Göyçay Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə iş üzrə əlavə araşdırma zərurəti yarandığından işə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. İşin halları: İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, Cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən,cavabdeh MİNİ SOBA HOFFMANN, İMEİ KODU **********74774 SAMSUNG GALAXY A32 markalı telefon almış və nəticədə 457 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə alqısatqı qiyməti 957 manat 92 qəpik (yəni 18 ay x 51 manat 69 qəpik + 27 manat 50 qəpik ilkin ödəniş) olan MİNİ SOBA HOFFMANN, İMEİ KODU **********74774 SAMSUNG GALAXY A32 markalı telefon üçün ümumilikdə, 457 manat olmaqla ondan 332 manat 80 qəpik ödənilməmiş hissə, RİNN-nə məhdudiyyətin qovulması və aradan qaldırılması üçün ödənilən 24 manat rüsum, müştəriyə güzəşt olunaraq 99 manat 84 qəpik cərimə pulu borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 625 manat 12 qəpik təşkil edir. Cavabdehlə aralarında bağlanılmış xx.xx.2022-ci il tarixli Müqavilənin ayrılmaz tərkib hissəsi olan əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərdikləri xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirilsədə, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş iddiaçı "xxxx" MMC-nin nümayəndəsi məhkəməyə gəlməmiş, nümayəndəsi Nümayəndə ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə iclasında üzrlü səbəbdən iştirak etmək mümkün olmadığına görə məhkəmə iclasını onların iştirakı olmadan baxılmasına etirazlarının olmamasını və iddianı müdafiə edərək qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.6-ci maddəsinə əsasən işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar olunmuş Cavabdeh məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. İş üzrə təqdim edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir. Mülki işdə olan sənədlər: İşə əlavə edilmiş maliyyə ödəniş cədvəlindən görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsi üzrə 332 manat 80 qəpik ödənilməmiş hissə, RİNN-nə məhdudiyyətin qovulması və aradan qaldırılması üçün ödənilən 24 manat rüsum, 99 manat 84 qəpik cərimə olmaqla, cəmi 457 manat borcu mövcuddur. İşə əlavə edilmiş xx.xx.2022-ci il tarixli malın nisyə alqı-satqı müqaviləsinin surətindən görünür ki, satıcı "xxxx" MMC-i ilə alıcı Cavabdeh arasında dəyəri 957 manat 92 qəpik olan «Hoffmann» markalı Mini Soba və «Samsung Galaxy A32» markalı mobil telefonu 18 ay müddətinə hissə-hissə ödəmək şərtilə nisyə alqı-satqısı barədə müqavilə imzalanmışdır. Müqavilənin 2.6-cı bəndinə görə “Müştəri” Ödəniş cədvəli üzrə ödənişlərini vaxtında ödəməsə, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq peniya ödəyir. İşə əlavə edilmiş sənədlərdən görünür ki, Cavabdeh alqı-satqı müqaviləsi ilə üzərinə düşən öhdəliyin vaxtında icra edilməsi barədə iddiaçı "xxxx" MMC tərəfindən xəbərdar olunmuşdur. İşə əlavə edilmiş arayışdan görünür ki, “Samsung Galaxy A32 DS (SM-A325) 128 GB-Violet markalı mobil telefonun açılıb bağlanması xidmətinə görə İnnovativ Layihələr Mərkəzinə 23 manat 60 qəpik pul ödənilmişdir. İşə əlavə edilmiş qəbzdən görünür ki, işə baxılması ilə əlaqədar dövlət rüsumu üçün 30 manat məbləğində pul iddiaçı "xxxx" MMC tərəfindən ödənilmişdir. Tətbiq edilən hüquq normaları: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki,alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası,müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 385.1-ci maddəsinin tələblərinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar ücün cavabdehdir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 04 nömrəli qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Qərarın 2.4-cü bəndinə görə, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Məhkəmənin mövqeyi: Hazırkı iş üzrə məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: İş üzrə tədqiq edilmiş sübutlardan müəyyən olunur ki, iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında xx.xx.2022-ci il tarixli nisyə alqı-satqı müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən "xxxx" MMC dəyəri 957 manat 92 qəpik dəyərində «Hoffmann» markalı Mini Soba və «Samsung Galaxy A32» markalı mobil telefonu Cavabdeh nisyə satmışdır. Məhkəmə təqdim edilmiş sübutlara qiymət verərək hesab edir ki, iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında hissə-hissə ödəmə şərtilə etibarlı nisyə alqı-satqı müqaviləsi bağlandığından, əşyanı təhvil almış alıcı Cavabdeh xx.xx.2022-ci il tarixli nisyə alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətlərdə ödəmək vəzifəsini icra etmədiyindən iddiaçı "xxxx" MMC verilmiş əşyanın dəyərinin ödənilməsini tələb etmək hüququna malik olmuşdur. Ona görə də Cavabdeh xx.xx.2022-ci il tarixli müqavilə üzrə ödənilməmiş hissə 332 manat 80 qəpik məbləğində pul alınaraq iddiaçı "xxxx" MMC-nə verilməli, iddia bu hissədə təmin olunmalıdır. Məhkəmə işin faktiki hallarını nəzərə alıb belə bir nəticəyə gəlir ki, məhkəmə tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bildiyindən, öhdəliyin vaxtında icra edilməməsinə görə xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsi üzrə gecikdirməyə görə hesablanmış 99 manat 84 qəpik məbləğində penya tənasübsüz surətdə yüksək dəbbə pulu hesab olunmalı, buna görə də tələb olunan cərimə 16 manat 64 qəpik məbləğinədək azaldılmalı, iddia bu hissədə qismən təmin olunmalıdır. Məhkəmə hesab edir ki, işə əla edilmiş arayışa əsasən “Samsung Galaxy A32 DS (SM- A325) 128 GB-Violet markalı mobil telefonun açılıb bağlanması xidmətinə görə İnnovativ Layihələr Mərkəzinə 23 manat 60 qəpik pul ödənildiyindən Rəqəmsal İnkişaf və Nəqliyyat nazirliyinə məhdudiyyətin qoyulması və aradan qaldırılması üçün tələb edilən rüsum məbləği 23 manat 60 qəpik müəyyən edilməli,iddia bu hissədə də qismən təmin olunmalıdır. Məhkəmə iddiaçının təqdim etdiyi sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddiaçı "xxxx" MMC verilmiş əşyanın ödənilməsini tələb etdiyindən, Cavabdeh xx.xx.2022ci il tarixli alqı-satqı müqaviləsi üzrə 332 manat 80 qəpik ödənilməmiş hissə, Rəqəmsal İnkişaf və Nəqliyyat nazirliyinə məhdudiyyətin qoyulması və aradan qaldırılması üçün 23 manat 60 qəpik rüsum, 16 manat 64 qəpik cərimə olmaqla, ümumilikdə 373 manat 04 qəpik tutularaq İddiaçı MMC-nə verilməli, bununla da iddia qismən təmin edilməlidir. Məhkəmə qeyd olunanları nəzərə alıb, hesab edir ki, iddia qismən təmin edildiyindən məhkəmə xərcləri cavabdehə aid edilməli, dövlət rüsumu üçün ödənilmiş 30 manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı MMC-nə verilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 216- 220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Gecikdirilməyə görə hesablanmış 99 manat 84 qəpik məbləğində cərimə 16 manat 64 qəpik məbləğinədək azaldılsın. Cavabdeh xx.xx.2022-ci il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə 332 manat 80 qəpik ödənilməmiş hissə,Rəqəmsal İnkişaf və Nəqliyyat nazirliyinə məhdudiyyətin qoyulması və aradan qaldırılması üçün ödənilmiş 23 manat 60 qəpik rüsum , 16 manat 64 qəpik cərimə olmaqla, ümumilikdə 373 manat 04 qəpik tutularaq İddiaçı MMC-nə verilsin. Cavabdeh 30 manat məbləğində ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı MMC-nə verilsin. Qalan hissədə iddia təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Elçin Qurbanov
Məhkəmə qərarları › İş №e-2(046)-329/2025
Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №e-2(046)-329/2025
03.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver