Məhkəmə qərarları › İş №e-2(046)-334/2023

Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №e-2(046)-334/2023

17.04.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № e-2(046)-334/2023 17.04.2023 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Səmidli Nərmin Yaşar qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X3 iştirakı ilə, əsassız hesablanmış borcun silinməsi tələbinə dair mülki işə Göyçay şəhərində açıq məhkəmə iclasında baxaraq Müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh "xxxx" ASC-nin əməkdaşları tərəfindən tərtib edilmiş protokola əsasən hesablanmış 728 manat pulun abonent hesabından silinməsina dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddianı müdafiə edərək tələbini belə əsaslandırmışdır ki, cavabdeh "xxxx" ASC-nin və X4 əməkdaşları tərəfindən barəsində 04 iyun 2022-ci il tarixli, 245644-nömrəli akt tərtib edilmiş, qanunsuz olaraq istifadə olunmuş elektrik enerjisinə görə (**********00376) abonent koduna 728 manat borc hesablanmışdır. Hesab edir ki, hazırkı cavabdeh tərəfindən tərtib edilmiş 04 iyun 2022-ci il tarixli, 245644 nömrəli akt əsasında hesablanmış 728 manat pul silinməlidir. Belə ki, cavabdeh tərəfindən ona təqdim edilmiş aktda qeyd olunur ki, sayğacın alt qapağının və gövdə möhüründə müdaxilə izləri aşkar olunub. Bu əsasa görə cavabdeh təşkilat tərəfindən akt tərtib edilmiş, həmin akt əsasında borc hesablanmış və ona təqdim olunan akta əsasən (**********00376) abonent kodunun qarşısına 728 manat borc yazılmışdır. İlk əvvəl qeyd edir ki, evinə keçən elektrik enerjisini qeyd edən sayğac enerji təchizatı müəssisəsinin cavabdehlik daşıdığı ərazidə quraşdırıldığından sayğacla əlaqəli nöqsan və çatışmazlıqlardan ötrü istehlakçı məsuliyyət daşıya bilməz. Buna görə də tələbinin təmin edilməsin xahiş etmişdir. Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X5 iddianı qəbul etməyərək göstərmişdir ki, 04 iyun 2022-ci il tarixdə "xxxx" ASC-nin təsis etdiyi “Mərkəzi Aran” RETSİ-nin Balans bölməsinin rəhbəri Aydın Balaşov, aparıcı mühəndis Elşən Ədilov tərəfindən Göyçay rayonunda yaşayan elektrik enerjisi istehlakçıları (məişət abonentləri) tərəfindən X1ydalarına riayət edilməsi vəziyyəti yoxlanılarkən İddiaçı yaşadığı Göyçay rayonu Kürd kəndində yerləşən fərdi yaşayış evinin elektrik enerjisi ilə təchizatına baxış keçirilmişdir. Baxış keçirilən zaman yaşayış evinin elektrik enerjisi ilə təchiz edən əvvəlcədən ödənişli PAUD MP 106 tipli, zavod nömrəsi **********0 olan ”smart kart” sayğacının alt qapaq və dövlət möhürlərində müdaxilə izlərinin olması və sayğacın qeyd etdiyi yüklə faktiki yük arasında kəskin fərq aşkar edilmişdir. Sayğacdan keçən yük xüsusi ölçmə vasitəsi olan “ampermaşa” ilə ölçüldükdə sayğaca daxil olan yükün 3,5 kvt təşkil etdiyi müəyyən edilmişdir. Aktda qidalandırıcı naqilin en kəsiyinin S=2x6mm2 olması barədə qeydiyyat aparılmışdır. Aşkar edilmiş pozuntu faktı ilə əlaqədar elektrik enerjisinin istehlakçısı (məişət abonenti) kimi Göyçay EŞ- nin “Poroqram bazası”nda **********00376 saylı istehlakçı kodu ilə qeydiyyatda olan İddiaçı barəsində “X1ydaları”nın pozulması haqqında AKT R № 245644 nömrəli Akt tərtib edilmişdir. Aktın “tələb hissəsində” hissəsində “sayğac yenisi ilə əvəz edilsin. Çıxarılan sayğacın bütün parametrlərinə laboratoriya şəraitində rəy verilsin” qeydiyyatı aparılmışdır. Akt enerjitəchizatı müəssisəsinin əməkdaşları və abonent İddiaçı tərəfindən imzalanmışdır. Qüsurlu elektrik hesablama sayğacı iddiaçı barəsində AKT tərtib olunduqdan sonra “Mərkəzi Aran” RETSİ- nin Sayğacquraşdırma bölməsinin Göyçay EŞ-si üzrə texniki A.Məmmədov tərəfindən İddiaçı iştirakı ilə “Məişət istehlakçılarında sayğacların dəyişdirilməsi, yoxlanılması və quraşdırılması haqqında 141397 №-li Protokol tərtib edilməklə sənədləşdirilmişdir. Protokolda çıxarılan sayğac Luna tipli zavod nömrəsi 52309362 olan yeni sayğacla əvəz edilmişdir. Protokolun qeyd hissəsində “245644 saylı akta əsasən sayğac yenisi ile əvəz olundu. Çıxarılan sayğac paketə qoyuldu və möhürləndi. Möhürün nömrəsi 1967878. Sayğac Laboratoriya şəraitində yoxlanılacaq. Alt qapaq və DS möhürlərində müdaxilə izləri vardır. Protokolda sayğacın 10 gür müddətində laborotoriyada yoxlanılacağı barədə və iddiaçının həmin yoxlamada iştirak edəcəyi barədə müvafic qeydiyyat aparılmışdır. Protokol “Mərkəzi Aran” RETSİ-nin sayğac quraşdırma bölməsinin Göyçay EŞ-si üzrə texniki A.Məmmədov və İddiaçı tərəfindən imzalanmışdır. Qüsurlu elektrik hesablama sayğacı xx.xx.2022-ci il tarixdə "xxxx" ASC-nin laboratoriya mərkəzində komissiya tərəfindən yoxlanılmışdır. Aktın “Yoxlama nəticəsi” hissəsində “nümunəvi verilən yük 0,5 A - 10 % 2,5 - 50% və 5 A -100 % oldyqda sayğacın müvafiq olaraq 56.7, 56.4 və 56.3 % az sərfiyyat qeyd etdiyi” barədə qeydiyyat aparılmışdır. Yoxlamanın nəticələrinə dair “Sayğacların və cəryan transformatorlarının yoxlanılması” haqqında 005285 № AKT-Protokol tərtib edilmişdir. Aktın “yoxlama zamanı aşkar olunan qüsurlar” hissəsində “sayğacın faza xəttinin giriş və çıxış yuvasına şunt vasitəsi ilə müdaxilə olunub. Sayğac yuxarıda göstərilən xəta faizləri ilə az sərfiyyat hesablayır. Sayğacın displeyi fiziki təsir nəticəsində zədələnib, göstərici xususi cihaz vasitəsi ilə oxundu. Sayğac istismara yararsızdır” qeydiyyatı aparılmışdır. Akt komissya üzvləri tərəfindən imzalanmışdır. İddiaçı sayğac yoxlanışında iştirak etməmişdir. “Mərkəzi Aran” RETSİ-də fəaliyyət göstərən “Aktlar üzrə Komissiya” tərəfindən xx.xx.2022ci il tarixli, AKT R № 245644 saylı akta əsasən sutkanın 24 saatı və sayğacın 70% xəta ilə işləməsi nəzərə alınmaqla yenidən hesablama aparılaraq dəyəri 741,01 manat təşkil edən 5951 kvt.saat miqdarında itirilmiş elektrik enerjisi bərpa edilmişdir. Məhkəmənin nəzərinə çatdırıram ki, aşkar edilmiş pozuntu faktının enerji təchizatı müəssisəinin əməkdaşları tərəfindən video çəkiliş ilə aparılmışdır. İddiaçı barəsində “EElQ”-nın tələblərinə uyğun olaraq akt tərtib edilərkən və həmin akt əsasında itirilmiş elektrik enerjisinin bərpası məqsədi ilə hesabat aparılarkən ona qarşı hər-hansı bir hüquqa zidd və qərəzli hərəkətlərə yol verilməmişdir. Buna görə də iddianın rədd edilməsin xahiş etmişdir. Məhkəməyə təqdim edilmiş xx.xx.2022-ci il tarixli 245644 nömrəli "xxxx" ASC-nin təsis etdiyi “Mərkəzi Aran” RETSİ-nin Balans bölməsinin rəhbəri Aydın Balaşov, aparıcı mühəndis Elşən Ədilov tərəfindən tərtib edilmiş aktdan görünür ki, Göyçay rayonu Kürd kəndində yerləşən İddiaçının yaşadığı fərdi yaşayış evinə quraşdırılmış sayğaca baxış keçirilmiş, baxış zamanı yaşayış evinin elektrik enerjisi ilə təchiz edən əvvəlcədən ödənişli PAUD MP 106 tipli, zavod nömrəsi **********0 olan ”smart kart” sayğacının alt qapaq və dövlət möhürlərində müdaxilə izlərinin olması və sayğacın qeyd etdiyi yüklə faktiki yük arasında kəskin fərq aşkar edilmişdir. Sayğacdan keçən yük xüsusi ölçmə vasitəsi olan “ampermaşa” ilə ölçüldükdə sayğaca daxil olan yükün 3,5 kvt təşkil etdiyi müəyyən edilmişdir. Aktda qidalandırıcı naqilin en kəsiyinin S=2x6mm2 olması barədə qeydiyyat aparılmışdır. Sayğac yenisi ilə əvəz olunsun. Çıxarılan sayğacın bütün parametrlərinə labarotoriya şəraitində rəy verilsin. Qeyd: akt "xxxx" ASC-nin təsis etdiyi “Mərkəzi Aran” RETSİ-nin Balans bölməsinin rəhbəri Aydın Balaşov, aparıcı mühəndis Elşən Ədilov və İddiaçı tərəfindən imzalanmışdır. Məhkəməyə təqdim edilmiş 141297 nömrəli xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, 245644 saylı akta əsasən sayğac yenisi ilə əvəz olunmuş, çıxarılan sayğac paketə qoyulmuş, ******* saylı möhürlə möhürlənmişdir. Sayğacın 10 gün müddətində laborotoriyada yoxlanılacağı, iştirak edə bilmək hüququ izah edilmişdir. Protokol istehlakçı Qafarov.D tərəfindən imzalanmışdır. Məhkəməyə təqdim edilmiş Sayğacların və cərəyan transformatorların yoxlanması haqqında xx.xx.2022-ci il tarixli 005285 saylı protokoldan görünür ki, sayğacın daxilinə baxış zamanı faza xəttinin giriş və çıxış yuvasına şunt vasitəsi ilə müdaxilə olunuduğu aşkar olunmuşdur. Bu səbəbdən sayğac sərfiyyatı yuxarıda göstərilən xəta faizləri ilə az hesablayır. Sayğac istismara yararsızdır” qeydiyyatı aparılmışdır. Məhkəməyə təqdim edilmiş DVD disk görüntülərindən görünür ki, Göyçay rayonu Kürd kəndində yerləşən İddiaçının yaşadığı fərdi yaşayış evinə quraşdırılmış sayğaca baxış keçirilmiş, baxış zamanı PAUD MP 106 tipli, zavod nömrəsi **********0 olan ”smart kart” sayğacının alt qapaq və dövlət möhürlərində müdaxilə izlərinin olması və sayğacın qeyd etdiyi yüklə faktiki yük arasında kəskin fərq olması müəyyən edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş «X1ydaları»nın (bundan sonra Qaydalar) 8.17-ci bəndinə əsasən istehlakçı (o cümlədən məişət abonenti) tərəfindən elektrik enerjisinin talanması məqsədilə hesablaşma elektrik sayğacları zədələndikdə (plomb qoparıldıqda, baxış şüşəsi sındırıldıqda, gövdəsi zədələndikdə və sayğaca vizual baxış nəticəsində qüsurun müəyyən edilməsi mümkün olan digər hallarda), sayğacların qoşulma sxemləri pozulduqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla, pozuntu aradan qaldırılmalı və bu Qaydaların 10.18.9-2-ci yarımbəndinə uyğun olaraq elektrik sayğaclarına və onların qoşulma sxeminin işlək və toxunulmaz vəziyyətdə olmasını müəyyən etmək məqsədilə keçirilmiş sonuncu baxış tarixindən üç aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri elektrik qəbuledicilərinin gücü məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. Həmin qaydaların 8.17-2-ci bəndinə əsasən istehlakçı (o cümlədən məişət abonenti) tərəfindən bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərində nəzərdə tutulan hallara yol verildiyi aşkar edildikdə, enerji təchizatı müəssisəsinin nümayəndəsi onun iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini istehlakçıya təqdim etməlidir. Enerji təchizatı müəssisəsinin nümayəndəsi tərtib etdiyi akta vurulmuş zərərin bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərinə uyğun olaraq hesablanmış məbləği barədə ilkin məlumatı əlavə edir. Akt enerji təchizatı müəssisəsinin nümayəndəsi və istehlakçı tərəfindən imzalanmalıdır. İstehlakçı aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. İstehlakçı izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş «X1ydaları»nın (bundan sonra Qaydalar) 7.6-cı bəndinə əsasən enerjitəchizatı müəssisəsi ilə istehlakçı, o cümlədən məişət abonenti arasında elektrik enerjisinə görə hesablaşma aparılması üçün enerji ötürən hər bir elektrik qurğusu hesablaşma elektrik sayğacları ilə, həmçinin elektrik enerjisinin uçotunun digər vasitələri cəmləşdirici qurğularla, avtomatlaşdırılmış uçot və nəzarət sistemlərilə və s. qanunvericilikdə nəzərdə tutulmuş qaydada təchiz olunur və balans mənsubiyyətinin sərhəd nöqtələrində quraşdırılır, onlar enerjitəchizatı müəssisəsi tərəfindən standartların müəyyən etdiyi müddətlərdə plan üzrə dəyişdirilir və istismar edilir. İstehlakçının, o cümlədən məişət abonentinin təqsirindən hesablaşma elektrik sayğacları zədələndikdə və ya qoşulma sxemi pozulduqda təmir, əvəzetmə və dövlət yoxlanışı onun hesabına yerinə yetirilir. Hesablaşma elektrik sayğacının zədələnməsinin laboratoriya şəraitində araşdınlması enerjitəchizatı müəssisəsi tərəfindən istehlakçının, o cümlədən məişət abonentinin iştirakı ilə araşdırma aparılır və ikitərəfli aktla sənədləşdirilir. İstehlakçı, o cümlədən məişət abonenti araşdırmada iştirak etməkdən və ya aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. İstehlakçının, o cümlədən məişət abonentinin təqsirindən zədələnmiş və ya itmiş hesablaşma elektrik sayğacının əvəzinə enerjitəchizatı müəssisəsi ondan istismara yararlı yeni elektrik sayğacı və ya onun dəyərini tələb etmək hüququna malikdir. Məhkəməyə təqdim edimiş sübutlarla müəyyən ediliri ki, 04 iyun 2022-ci il tarixdə "xxxx" ASC-nin təsis etdiyi “Mərkəzi Aran” RETSİ-nin Balans bölməsinin rəhbəri Aydın Balaşov, aparıcı mühəndis Elşən Ədilov tərəfindən Göyçay rayonunda yaşayan elektrik enerjisi istehlakçıları (məişət abonentləri) tərəfindən X1ydalarına riayət edilməsi vəziyyəti yoxlanılarkən İddiaçı yaşadığı Göyçay rayonu Kürd kəndində yerləşən fərdi yaşayış evinin elektrik enerjisi ilə təchizatına baxış keçirilmişdir. Baxış keçirilən zaman yaşayış evinin elektrik enerjisi ilə təchiz edən əvvəlcədən ödənişli PAUD MP 106 tipli, zavod nömrəsi **********0 olan ”smart kart” sayğacının alt qapaq və dövlət möhürlərində müdaxilə izlərinin olması və sayğacın qeyd etdiyi yüklə faktiki yük arasında kəskin fərq aşkar edilmişdir. Sayğacdan keçən yük xüsusi ölçmə vasitəsi olan "ampermaşa” ilə ölçüldükdə sayğaca daxil olan yükün 3.5 kvt təşkil etdiyi müəyyən edilmişdir. Bundan sonra 141297 nömrəli xx.xx.2022-ci il tarixli protokol tərtib edilmiş, İddiaçı, onun yaşadığı evdən çıxarılmış sayğacın 10 gün ərzində laboratoriya şəraitində yoxlanılmasına göndəriləcəyi, yoxlamada iştirak edə biləcəyi hüququ izah edilmişdir. xx.xx.2022-ci il tarixdə İddiaçının yaşadığı fərdi yaşayış evindən çıxarılmış sayğac yoxlanılmış, “yoxlama zamanı aşkar olunan qüsurlar” hissəsində “sayğacın faza xəttinin giriş və çıxış yuvasına şunt vasitəsi ilə müdaxilə olunub. Sayğac yuxarıda göstərilən xəta faizləri ilə az sərfiyyat hesablayır. Sayğacın displeyi fiziki təsir nəticəsində zədələnib, göstərici xususi cihaz vasitəsi ilə oxundu. Sayğac istismara yararsızdır” qeydiyyatı aparılmışdır. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, xx.xx.2022-ci il tarixdə İddiaçının yaşadığı Göyçay rayonu Kürd kəndində yerləşən fərdi yaşayış evində quraşdırılmış sayğaca baxış keçirilərkən, sayğacda aşkar edilmiş qüsurların, yəni sayğacının alt qapaq və dövlət möhürlərində müdaxilə izlərinin olması və sayğacın qeyd etdiyi yüklə faktiki yük arasında kəskin fərqin olması, İddiaçı tərəfindən sayğaca müdaxilə edilməsi kimi qiymətləndirilə bilməz. Məhkəməyə təqdim edilmiş sübutlarla İddiaçı sayğacın alt qapaq və möhürünə hansı müdaxilənin etdiyi müəyyən edilməmişdir. Belə ki, sayğacın möhürünün tamlığı pozulmamışdır. Bundan başqa Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli 18 nömrəli qərarının 7.6-cı bəndində sayğacın elektrik sayğacının zədələnməsinin laboratoriya şəraitində araşdınlması enerjitəchizatı müəssisəsi tərəfindən istehlakçının, o cümlədən məişət abonentinin iştirakı ilə araşdırma aparıldığı qeyd edilməsinə baxmayaraq, istehlakçı (iddiaçı) İddiaçı xx.xx.2022-ci il tarixdə sayğacın laboratoriya şəraitində yoxlanılmasına dair heç bir məlumat verilməmişdir. Cavabdeh Azərişıq ASC-nin əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli protokolda İddiaçının yaşadığı evdən çıxarılmış, sayğacın 10 gün müddətinə laboratoriya şəraitində yoxlanılması göstərilməsinə baxmayaraq, yoxlama xx.xx.2022-ci il tarixdə, yəni 2 ay sonra həyata keçirilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096-cı maddəsinin tələblərinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquqi məsuliyyət daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 21-ci maddəsinin tələbinə görə, hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququ bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Buna görə də məhkəmə hesab edir ki, "xxxx" ASC-nin X1ydalarının pozulmasını əsas götürərək İddiaçı abonent koduna hesablanmış 728 manat məbləğində borc silinməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə, şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 357, 360-cı maddələrini rəhbər tutaraq, Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh "xxxx" ASC tərəfindən İddiaçı abonent koduna X1ydalarının pozulmasına görə xx.xx.2022-ci il tarixli 245644 saylı protokola əsasən abonent koduna hesablanmış 728 manat borc pul silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Göyçay rayon məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: İbrahim Fəttahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar