Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № e-2(046)-336/2023 13.01.2023 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Mən, Göyçay Rayon Məhkəməsinin hakim Fəttahov İbrahim Bağır oğlu iddiaçı İrşad Electronics MMC-nin Cavabdeh qarşı «borc» tələbinə dair ərizəsinə və ona əlavə olunmuş sənədlərə baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı MMC Cavabdeh qarşı ərizə ilə müraciət edərək cavabdehdən onun xeyrinə xx.xx.2021-ci il tarixli müqavilə üzrə 143,3 manat əsas, 21,4 manat cərimə olmaqla, cəmi 164,7 manat və ödənilmiş 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizədə göstərilmişdir ki, İrşad Electronics MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən sonuncu aldığı STİNOL markalı soyuducuya görə 18 ay ərzində ödəniş cədvəli üzrə hər ay 40 manat olmaqla, cəmi 708,7 manat ödəməyi öhdəsinə götürmüşdür. Dəfərlərlə xəbərdarlıq edilməsinə baxmayaraq, Cavabdeh borcu ödəməkdən boyun qaçırır. Müqavilələr üzrə öhdəliklərini İrşad Electronics qarşısında tam icra etməyən Cavabdeh xx.xx.2022-ci il tarixə iddiaçıya 45 manatödəniş etmiş,qalı qalmış 143,3 manat əsas, 21,4 manat cərimə borcu olmaqla, cəmi 164,7 manat borcu qalmaqdadır. İddiaçının tələbinə dair əsaslandırılmış etirazın, ona dair dəlillərin və onları təsdiq edən sənədlərin təqdim olunması barədə cavabdehə bildiriş göndərilsə də, o, bununla bağlı məhkəməyə sübutlar təqdim etməmişdir. İşdə olan sübutlara qiymət verərək hesab edirəm ki, iddia təmin olunmalıdır. Belə ki, işin müəyyən edilən hallarından görünür ki, tərəflər arasında (nisyə) alqısatqı müqaviləsinin bağlanmasından irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Müqavilə, öhdəliyin əmələ gəlmə əsaslarından biridir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 385-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşya alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 601.1-ci maddəsinə əsasən, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. 600.4 və 600.5-ci maddələrinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən sonuncu aldığı STİNOL markalı soyuducuya görə 18 ay ərzində ödəniş cədvəli üzrə hər ay 40 manat olmaqla, cəmi 708,7 manat borcu yaranmışdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Cavabdeh xx.xx.2021-ci il tarixli müqavilədən irəli gələn öhdəliklərini vaxtında və lazımi qaydada icra etmədiyi üçün aldığı əşyaların dəyəri yəni 708,7 manat məbləğində pul ondan iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-cı maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Göstərilənlərə əsasən və MPM-nin 119.1-ci, 216-220-ci, 284-5.3-cü, 284-6-cı, 358ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİM : İddia təmin edilsin. xx.xx.2021-ci il tarixli müqavilə üzrə 143,3 manat əsas, 21,4 manat cərimə olmaqla, cəmi 164,7 manatCavabdeh tutularaq İddiaçı MMC-yə ödənilsin. İş üzrə ödənilmiş 30 manat məhkəmə xərci Cavabdeh alınaraq İddiaçı MMC-yə verilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Göyçay Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM İbrahim Fəttahov İş № 2 (046)-336/2023 PROTOKOL (məhkəmə iclasından kənar ayrıca prosessual hərəkət barədə) Göyçay Rayon Məhkəməsi 12 yanvar 2023-cü il Göyçay şəhəri Hakim Fəttahov İbrahim Bağır oğlu, İddiaçı MMC-nin Cavabdeh qarşı «borc» tələbinə dair ərizəsinə və və ona əlavə olunmuş sənədlərə baxaraq, hakim məhkəmə iclasından kənar ayrıca prosessual hərəkət etdi. Prosessual hərəkət saat 11:00-da başlayır. Hakim ərizəni və ona əlavə olunmuş sənədləri araşdıraraq, iddianın təmin edilməsi barədə qətnamə qəbul edir. Prosessual hərəkət saat 11:05-də qurtardı. Protokol 09 yanvar 2023-cü il tarixdə tərtib edildi. Hakim:
Məhkəmə qərarları › İş №e-2(046)-336/2023
Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №e-2(046)-336/2023
13.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver