Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № e-2(046)-351/2023 12.01.2023 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Mən, Göyçay Rayon Məhkəməsinin hakim Fəttahov İbrahim Bağır oğlu iddiaçı "xxxx" MMC-nin cavabdeh X4 qarşı «borc» tələbinə dair ərizəsinə və ona əlavə olunmuş sənədlərə baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı "xxxx" MMC cavabdeh X4 qarşı ərizə ilə müraciət edərək cavabdehdən onun xeyrinə 134 manat əsas, 20,1 manat cərimə olmaqla, cəmi 154,1 manat pulun və ödənilmiş 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizədə göstərilmişdir ki, "xxxx" MMC ilə X5 arasında bağlanmış 16.08 2021-ci il tarixli müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən sonuncu aldığı XAOMİ markalı mobil telefona görə 12 ay ərzində ödəniş cədvəli üzrə hər ay 23 manat olmaqla, cəmi 275 manat ödəməyi öhdəsinə götürmüşdür. X1 müqavilənin şərtlərini pozaraq, sonuncu dəfə xx.xx.2022-ci ildə 20 manat ödəniş etmiş və qalıq qalmış 134 manat borcu qaytarmamışdır. Dəfərlərlə xəbərdarlıq edilməsinə baxmayaraq, X5 borcu ödəməkdən boyun qaçırır. Müqavilə üzrə öhdəliklərini bank qarşısında tam icra etməyən cavabdeh X3 xx.xx.2022-ci il tarixə iddiaçıya 134 manat əsas, 20,1 manat cərimə borcu olmaqla, cəmi 154,1 manat borcu qalmaqdadır. İddiaçının tələbinə dair əsaslandırılmış etirazın, ona dair dəlillərin və onları təsdiq edən sənədlərin təqdim olunması barədə cavabdehə bildiriş göndərilsə də, o, bununla bağlı məhkəməyə sübutlar təqdim etməmişdir. İşdə olan sübutlara qiymət verərək hesab edirəm ki, iddia təmin olunmalıdır. Belə ki, işin müəyyən edilən hallarından görünür ki, tərəflər arasında (nisyə) alqısatqı müqaviləsinin bağlanmasından irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Müqavilə, öhdəliyin əmələ gəlmə əsaslarından biridir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 385-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşya alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 601.1-ci maddəsinə əsasən, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. 600.4 və 600.5-ci maddələrinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. İddiaçı ilə cavabdeh X5 arasında bağlanmış xx.xx.2021-ci il tarixli (nisyə) alqı-satqı müqaviləsinə əsasən satıcı (iddiaçı) alıcıya (cavabdehə) 12 ay müddətinə, hər ay 23 manat ödəniş olmaqla XAOMİ markalı mobil telefonun verilməsini öhdəsinə götürmüş, alıcı isə əşyanı qəbul etməyi və müəyyən olunmuş qrafik əsasında krediti qaytarmağı öhdəsinə götürmüşdür. Müqaviləyə əsasən alıcı öhdəliyini icra etmədikdə və ya lazımınca icra etmədikdə kreditin və gecikdirilmiş borc yarandığı gündən hər gecikdirilən gün üçün dəbbə pulu ödəməlidir. xx.xx.2021-ci il tarixli (nisyə) alqı-satqı müqaviləsinə əsasən iddiaçı müqavilə üzrə üzərinə düşən öhdəliyini icra edərək cavabdeh-alıcıya alana XAOMİ markalı mobil telefonu versə də, cavabdeh müəyyən olunmuş qrafik əsasında ödənişləri həyata keçirməmiş və nəticədə onun iddiaçıya 134 manat əsas, 20,1 manat cərimə borcu olmaqla, cəmi 154,1 manat borcu yaranmışdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdeh X5 16.08 2021-ci il tarixli müqavilədən irəli gələn öhdəliklərini vaxtında və lazımi qaydada icra etmədiyi üçün aldığı əşyanın dəyəri 275 manat məbləğində pul ondan iddiaçının xeyrinə tutulmalıdır. "xxxx" MMC-nin tələb etdiyi 20,1 manat cərimə (hər gün üçün ödənilməmiş məbləğin 1%-i məbləğində) ödənilməsi tələbi ilə bağlı məhkəmə həmçinin hesab edir ki, iddia tələbi həmin hissədə təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-cı maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Göstərilənlərə əsasən və MPM-nin 119.1-ci, 216-220-ci, 284-5.3-cü, 284-6-cı, 358ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİM : İddia təmin edilsin. 134 manat əsas, 20,1 manat cərimə olmaqla, cəmi 154,1 manat cavabdeh X2 tutularaq "xxxx" MMC-yə ödənilsin. İş üzrə ödənilmiş 30 manat məhkəmə xərci cavabdeh X2 alınaraq "xxxx" MMC-yə verilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Göyçay Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM İbrahim Fəttahov İş № 2 (046)-351/2023 PROTOKOL (məhkəmə iclasından kənar ayrıca prosessual hərəkət barədə) Göyçay Rayon Məhkəməsi 12yanvar 2023-cü il Göyçay şəhəri Hakim Fəttahov İbrahim Bağır oğlu, iddiaçı "xxxx" MMC-nin cavabdeh X4 qarşı «borc» tələbinə dair ərizəsinə və və ona əlavə olunmuş sənədlərə baxaraq, hakim məhkəmə iclasından kənar ayrıca prosessual hərəkət etdi. Prosessual hərəkət saat 10:30-da başlayır. Hakim ərizəni və ona əlavə olunmuş sənədləri araşdıraraq, iddianın təmin edilməsi barədə qətnamə qəbul edir. Prosessual hərəkət saat 10:40-da qurtardı. Protokol 12 yanvar 2023-cü il tarixdə tərtib edildi. Hakim: Katib:
Məhkəmə qərarları › İş №e-2(046)-351/2023
Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №e-2(046)-351/2023
12.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver