Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № e-2(046)-485/2023 31.01.2023 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlu, iddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı pul tələbinə dair ərizə və ona əlavə olunmuş sənədlərə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC ərizə ilə məhkəməyə müraciət edərək cavabdehdən xx.xx.2021-ci il tarixli müqavilə üzrə 36 manat əsas borc və 3 manat cərimə borcu olmaqla cəmi 39 manat borcun, xx.xx.2021-ci il tarixli müqavilə üzrə 140 manat əsas borc, xx.xx.2021-ci il tarixli müqavilə üzrə 406 manat əsas borc, 40 manat cərimə olmaqla, cəmi 446 manat borcun, xx.xx.2021-ci il tarixli müqavilə üzrə 112 manat əsas, 11 manat cərimə borcu olmaqla cəmi 123 manat borcun, xx.xx.2021-ci il tarixli müqavilə üzrə 107 manat əsas borc, 10 manat cərimə borcu olmaqla cəmi 117 manat borcun, xx.xx.2021-ci il tarixli müqavilə üzrə 210 manat əsas borc, 21 manat cərimə borcu olmaqla cəmi 231 manat borcun, xx.xx.2021-ci il tarixli müqavilə üzrə 101 manat əsas borc, 10 manat cərimə borcu olmaqla cəmi 111 manat borcun ümumilikdə hər yeddi müqavilə üzrə 1207 manat borcun və 32.07 manat dövlət rüsumunun onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi ərizəni onunla əsaslandırmışdır ki, cavabdeh iddiaçı ilə bağladığı xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən cavabdehə 51.84 manat dəyərində 4 ədəd paltaryuyan maşın üçün ərp əlehinə vasitə 18 ay müddətinə, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən cavabdehə 252 manat dəyərində 18 ay müddətinə Pike Takımı- Nevresim Seti, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən cavabdehə 811.8 manat dəyərində İmei kodu **********42280 Xiaomi Redmi 9T markalı telefon, 2 ədəd Xiaomi Mi band 5 18 ay müddətinə, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən cavabdehə 18 ay müddətinə 203.4 manat dəyərində 2 ədəd Süfrə-Tekstil, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən cavabdehə 214.2 manat dəyərində 18 ay müddətinə HOFFMANN markalı Mini soba, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən cavabdehə 20 ay müddətinə 300 manat dəyərində Duyğu-Jurnal masa və xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən cavabdehə 181.8 manat dəyərində 18 ay müddətinə HOFFMANN markalı Ventilyator satılmışdır. Cavabdeh həmin məbləğlərdən cəmi 903.4 manat ödəniş etmişdir. Borcun ödənilməsinə dair dəfələrlə cavabdeh yazılı olaraq bildiriş göndərilmiş, lakin cavabdeh şirkətə olan borcunu ödəməmişdir. Hazırda cavabdehin ümumilikdə 1207 manat borcu qalmışdır. Buna görə də ümumilikdə 1207 manat borcun və 32.07 manat ödənilmiş dövlət rüsumunun cavabdehdən alınaraq "xxxx" MMC-nin hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehə iddiaya qarşı əsaslandırılmış etirazın, dəlillərin və onları təsdiq edən sənədlərin təqdim olunması barədə məhkəmə bildirişi vasitəsi ilə təklif olunmuş, lakin cavabdeh məhkəməyə etiraz təqdim etməmişdir. Məhkəmə ərizəni və ona əlavə olunmuş sənədləri tədqiq edərək hesab edir ki, ərizə təmin olunmalıdır. Məhkəməyə təqdim edilmiş xx.xx.2021-ci il tarixli müqavilədən görünür ki, Cavabdeh ilə "xxxx" MMC arasında dəyəri 51.84 manat olan 4 ədəd paltaryuyan maşın üçün ərp əlehinə vasitə 18 ay ərzində hər ay 2.88 manat ödəmək şərti ilə nisyə satılması ilə bağlı müqavilə bağlanmışdır. Məhkəməyə təqdim edilmiş xx.xx.2021-ci il tarixli müqavilədən görünür ki, Cavabdeh ilə "xxxx" MMC arasında dəyəri 252 manat olan Pike Takımı-Nevresim Seti 18 ay ərzində hər ay 14 manat ödəmək şərti ilə nisyə satılması ilə bağlı müqavilə bağlanmışdır. Məhkəməyə təqdim edilmiş xx.xx.2021-ci il tarixli müqavilədən görünür ki, Cavabdeh ilə "xxxx" MMC arasında ümumi dəyəri 811.8 manat olan İmei kodu **********42280 Xiaomi Redmi 9T markalı telefon 18 ay ərzində hər ay 45.1 manat ödəmək şərti ilə nisyə satılması ilə bağlı müqavilə bağlanmışdır. Məhkəməyə təqdim edilmiş xx.xx.2021-ci il tarixli müqavilədən görünür ki, Cavabdeh ilə "xxxx" MMC arasında ümumi dəyəri 203.4 manat olan 2 ədəd Süfrə-Tekstil 18 ay ərzində hər ay 11.3 manat ödəmək şərti ilə nisyə satılması ilə bağlı müqavilə bağlanmışdır. Məhkəməyə təqdim edilmiş xx.xx.2021-ci il tarixli müqavilədən görünür ki, Cavabdeh ilə "xxxx" MMC arasında dəyəri 214.2 manat olan HOFFMANN markalı Mini soba 18 ay ərzində hər ay 11.9 manat ödəmək şərti ilə nisyə satılması ilə bağlı müqavilə bağlanmışdır. Məhkəməyə təqdim edilmiş xx.xx.2021-ci il tarixli müqavilədən görünür ki, Cavabdeh ilə "xxxx" MMC arasında ümumi dəyəri 300 manat olan Duyğu-Jurnal masa 20 ay ərzində hər ay 15 manat ödəmək şərti ilə nisyə satılması ilə bağlı müqavilə bağlanmışdır. Məhkəməyə təqdim edilmiş xx.xx.2021-ci il tarixli müqavilədən görünür ki, Cavabdeh ilə "xxxx" MMC arasında dəyəri 181.8 manat olan HOFFMANN markalı Ventilyator 18 ay ərzində hər ay 10.1 manat ödəmək şərti ilə nisyə satılması ilə bağlı müqavilə bağlanmışdır. Məhkəməyə təqdim edilmiş maliyyə arayışdan görünür ki, Cavabdeh "xxxx" MMCyə xx.xx.2021-ci il tarixli müqavilə üzrə 36 manat əsas borc və 3 manat cərimə borcu olmaqla cəmi 39 manat borcun, xx.xx.2021-ci il tarixli müqavilə üzrə 140 manat əsas borcun, xx.xx.2021-ci il tarixli müqavilə üzrə 406 manat əsas borc, 40 manat cərimə olmaqla, cəmi 446 manat borcun, xx.xx.2021-ci il tarixli müqavilə üzrə 112 manat əsas borc, 11 manat cərimə borcu olmaqla cəmi 123 manat borcun, xx.xx.2021-ci il tarixli müqavilə üzrə 107 manat əsas borc, 10 manat cərimə borcu olmaqla cəmi 117 manat borcun, xx.xx.2021-ci il tarixli müqavilə üzrə 210 manat əsas borc, 21 manat cərimə borcu olmaqla cəmi 231 manat borcun, xx.xx.2021-ci il tarixli müqavilə üzrə 101 manat əsas borc, 10 manat cərimə borcu olmaqla cəmi 111 manat borcun ümumilikdə hər yeddi müqavilə üzrə 1207 manat borcu vardır. Mülki Məcəllənin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Məhkəmə hesab edir ki, Mülki Məcəllənin göstərilən müddəaları baxımından iddiaçı və cavabdeh arasında müqavilə hüquq münasibətlərindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının ona vurulmuş zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbi də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Mülki Məcəllənin 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli,əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəlikdə tərəf kimi mülki-hüquq münasibətlərinin bütün iştirakçıları – fiziki və hüquqi şəxslər, dövlət hakimiyyəti və yerli özünüidarə orqanları çıxış edə bilərlər (Mülki Məcəllənin 5-ci maddəsi). Hər bir öhdəlikdə borclu – pul ödəməyə, əmlak verməyə, işi icra etməyə, xidmət göstərməyə borclu olan şəxs və kreditor – borcludan vəzifəsini icra etməyi tələb etmək hüququ olan şəxsdir. Mülki Məcəllədə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması – öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə Mülki Məcəllənin 426-ci maddəsində təsbit edilmiş «vicdanlılıq» anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə, öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidməti qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Mülki Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Məhkəmə hesab edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları baxımından cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, o, müqavilələr üzrə üzərinə götürdüyü öhdəliyə yerinə yetirməmişdir. Buna görə də müqavilələr üzrə cavabdehin ödəmədiyi qalıq borc və cərimə borcu iddiaçının xeyrinə tutulmalıdır. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı iddia ərizəsi ilə müraciət edərkən 32.07 manat dövlət rüsumu ödəmişdir. Ona görə də məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 32.07 manat məbləğində dövlət rüsumu cavabdehə aid edilməlidir. Mülki Prosessual Məcəllənin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 266-220-ci, 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh xx.xx.2021-ci il tarixli müqavilə üzrə 36 manat əsas borc və 3 manat cərimə borcu, xx.xx.2021-ci il tarixli müqavilə üzrə 140 manat əsas borc, xx.xx.2021-ci il tarixli müqavilə üzrə 406 manat əsas borc, 40 manat cərimə borcu, xx.xx.2021-ci il tarixli müqavilə üzrə 112 manat əsas borc, 11 manat cərimə borcu, xx.xx.2021-ci il tarixli müqavilə üzrə 107 manat əsas borc, 10 manat cərimə borcu, xx.xx.2021-ci il tarixli müqavilə üzrə 210 manat əsas borc, 21 manat cərimə borcu, xx.xx.2021-ci il tarixli müqavilə üzrə 101 manat əsas borc, 10 manat cərimə borcu olmaqla cəmi 1207 manat borc və 32.07 manat dövlət rüsumu tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM İbrahim Fəttahov.
Məhkəmə qərarları › İş №e-2(046)-485/2023
Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №e-2(046)-485/2023
31.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver