Məhkəmə qərarları › İş №e-2(046)-490/2025

Göyçay Rayon Məhkəməsi Qərardad — İş №e-2(046)-490/2025

25.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Göyçay rayonu İş № e-2(046)-490/2025 25.02.2025 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Qurbanova Gülnaz İntiqam qızının sədrliyi, Əliyeva Leyla Bəhər qızının katibliyi ilə, İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı subroqasiya hüququ üzrə ödənilmiş sığorta məbləğinin tutulması tələbinə dair mülki işə açıq məhkəmə hazırlıq iclasında baxaraq, müəyyən etdi: İddiaçı "xxxx" ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 3051,00 (üç min əlli bir) manat məbləğində pul vəsaitinin və işə baxılması ilə əlaqədar məhkəmənin hesabına ödənilən 51,00 (əlli bir) manat dövlət rüsumunun müştərək qaydada "xxxx" ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmənin hazırlıq iclası 05 fevral 2025-ci il tarixə saat 12:30-a təyin edilmiş, məhkəmənin hazırlıq iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada tərəflərə məlumat verilmiş, məhkəmə iclasının vaxtı və yeri barədə məhkəmə bildirişi iddiaçı "xxxx" ASC-nə məxsus elekton kabinetə yerləşdirilməsinə baxmayaraq onun nümayəndəsi məhkəmənin hazırlıq iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş, işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qeydiyyatda olduğu ünvana göndərilmiş məhkəmə bildirişi həmin ünvanda yaşamaması qeydi ilə geri qaytarılmışdır. Tərəflər məhkəmənin hazırlıq iclasına gəlmədiyindən məhkəmənin hazırlıq iclası 25 fevral 2025-ci il tarixə saat 10:15-ə təxirə salınmış, məhkəmənin hazırlıq iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada tərəflərə məlumat verilmiş, məhkəmə iclasının vaxtı və yeri barədə məhkəmə bildirişi iddiaçı "xxxx" ASC-nə məxsus elekton kabinetə yerləşdirilməsinə və Cavabdeh1 mobil telefon nömrəsinə SMS-lə xəbərdar edillməsinə baxmayaraq üzürsüz səbəbdən təkrarən məhkəmənin hazırlıq iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş, işə onların iştirakı olmadan baxılmasını xahiş etməmiş, cavabdehlərin işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılması barədə ərizəsi məhkəməyə daxil olmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.6-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.5-ci maddəsinə əsasən ərizə baxılmamış saxlanılarsa dövlət rüsumu qaytarılır. «Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 31 mart 2011-ci il tarixli, 03 saylı Qərarının 2-ci bəndinə görə məhkəmələrə izah edilsin ki, Azərbaycan Respublikası MPM-nin 259.0.1 - 259.0.10, 259.0.12 və 259.0.13-cü maddələrində göstərilən əsaslar olduqda məhkəmənin hazırlıq iclasında ərizə baxılmamış saxlanıla bilər. Məhkəmə hesab edir ki,tərəflər təkrarən məhkəmə hazırlıq iclasına gəlmədiyindən və işə onların iştirakı olmadan baxılması barədə vəsatətləri məhkəməyə daxil olmadığından iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı subroqasiya hüququ üzrə ödənilmiş sığorta məbləğinin tutulması tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Ödənilmiş 50 (əlli) manat dövlət rüsumu iddiaçı "xxxx" ASC-nə geri qaytarılsın (qəbzin nömrəsi:**********33, tarix: xx.xx.2025-ci il). İddiaçıya izah edilsin ki,iddianın baxılmamış saxlanılması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət edə bilər. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (gün) müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Göyçay Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Gülnaz Qurbanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar