Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № e-2(046)-53/2025 05.06.2025 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Giriş hissə: Hakim Qurbanova Gülnaz İntiqam qızının sədrliyi, Əliyeva Leyla Bəhər qızının katibliyi, İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Qaz İxrac” İdarəsinin nümayəndəsi Nümayəndə, Cavabdeh iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Qaz İxrac” İdarəsinin Cavabdeh qarşı tikililərin cavabdehin hesabına sökülməsi, mühafizə zonasından çıxarılması tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Qaz İxrac” İdarəsi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh tərəfindən Göyçay rayonu Çayarxı kəndi ərazisində keçən magistral qaz kəmərinin mühafizə zonasında inşa olunmaqda olan vaqon evcik, tövlə, talvar və dəmir lövhələrdən ibarət hasarın cavabdehin öz vəsaiti hesabına sökülərək, 325 mm-lik “Göyçay-1 QPS” qaz kəmərinin mühafizə zonasından çıxarılması və ödənilmiş dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçı tərəfə qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı xx.xx.2025-ci il tarixdə iddia tələbinin həcminin artırılması barədə məhkəməyə ərizə ilə müraciət edərək "Qaz İxrac” İdarəsinin Ağdaş Magistral X2 istismarında olan «Göyçay QPS qolu» yüksək təzyiqli qaz kəmərinin mühafizə zonasında, kəmərin Göyçay rayonu Çayarxı kəndi ərazisindən keçən hissəsində Cavabdeh aid vaqon evcik, tövlə, talvar va dəmir hasarın öz vesaiti hesabına sökülməsi, mühafizə zonasından çıxarılması, ödənilmiş dövlət rüsumunun və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı ve Reyestri Publik Hüquqi şəxsi 16 saylı Ucar Ərazi İdarəsi tərəfindən tərtib edilmiş mütəxəssis rəyinin məhkəməyə təqdim edilməsi üçün ödənilmiş 95,00 (doxsan beş) manat pulun cavabdehdən tutularaq iddiaçı terəfə qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, Cavabdeh Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1999-cu il tarixli, 103 saylı qərarı ilə təsdiq edilmiş “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları”-nın tələbləri pozularaq Göyçay rayonu, Çayarxı kəndinin ərazisindən keçən “Qaz İxrac” İdarəsinin Siyəzən Magistral X2 balans və istismarında olan 325 mm diametrli “Göyçay-1 QPS qolu” yeraltı magistral qaz kəmərindən mühafizə zonasında özünə məxsus müxtəlif təyinatlı (vaqon evcik, tövlə,talvar və dəmir lövhələrdən ibarət hasar) tikililər inşa edilmişdir. Magistral qaz kəmərinin mühafizə zonasında inşa edilmiş tikili ilə əlaqədar Göyçay Rayon İcra Hakimiyyətinə, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə və Göyçay Rayon Polis şöbəsinə məlumat verilmiş və mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq aidiyyəti üzrə müvafiq tədbirlərin görülməsi xahiş edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1999-cu il tarixli, 103 saylı qərarı ilə təsdiq edilmiş “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları”-na əsasən magistral qaz kəmərinin orta oxundan hər tərəfə şərti xətlərlə 25 metr mühafizə zonası təyin edilmişdir. Həmin qaydalara əsasən mühafizə zonasında kəməri istismar edən hüquqi və fiziki şəxslər Dövlət Neft Şirkəti və onun yerli orqanlarının yazılı razılığı olmadan hər hansı bir tikinti-quraşdırma işlərinin aparılması qəti qadağandır. Qaz kəmərində baş verə biləcək kiçik bir qaz sızması insanların həyatına və sağlamlığına təhlükə yaradan yanğına, partlayışa və digər bədbəxt hadisələrə səbəb ola bilər. Bundan əlavə torpaq sahələri ayrılması haqqında ərizələrinə rayon və şəhər icra hakimiyyəti orqanları, bələdiyyələr tərəfindən baxıldıqda, ayrılacaq torpaq sahəsi əvvəlcədən qaz kəmərini istismar edən orqanla razılaşdırılmalıdır. Cavabdehlə bir razılaşma isə mövcud deyildir. Bu səbəbdən də tikili sökülməlidir. Cavabdehə məxsus mühafizə zonasında inşa olunan tikili həm özünün, həm də ətrafdakılar üçün ona məlum olan səbəblərdən (özünün kobud ehtiyatsızlığı nəticəsində) yüksək təhlükə mənbəyi hesab olunur. Məhkəmə iclasında iddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Qaz İxrac” İdarəsinin nümayəndəsi Nümayəndə iddianı müdafiə etdi, iddia ərizəsində göstərilən xüsusatları təsdiq edərək məhkəmədən iddianın təmin edilməsini xahiş etmişlər. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etmədi və izahatında göstərmişdir ki, qeyd olunan obyektlərin hamısını artık sökmüş bir dəmir löhvələrdən qurduğu hasar qalmışdır. Mal-qara həyətinə daxil olmasın, həyətinin içi görsənməsin deyə sadəcə dəmir löhvələri ora yığmış, xüsusilə orada hasar inşa etməmişdir. Daha əvvəl Dövlət Neft Şirkətinin “Qaz İxrac” İdarəsinin əməkdaşı ona başqa şeylərin müqabilində obyektlərin sökülməsini tələb etməyəcəyini bildirmiş, o razı olmadıqda isə məhkəməyə müraciət etmişdirlər. İş materiallarına əlavə edilmiş: Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin xx.xx.2024-cü il tarixli, 3-21-3/2-13235/2024 saylı məktubundan görünür ki, vətəndaş Cavabdeh tərəfindən bələdiyyə mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsində tövlə inşa edilməsi, dəmir lövhələrlə hasarlanma və talvar quraşdırılması faktı aşkar edilmişdir, araşdırma zamanı vətəndaş N.Xəİilov tərəfindən sözügedən torpaq sahəsinin Çayarxı bələdiyyəsinin (indiki Qarabaqqal) 5 dekabr 2005-ci il tarixli 15 saylı qərarı əsasında 30 il müddətinə onun icarəsinə ayrılması ila bağlı icarə müqaviləsi təqdim olunmuşdur. Dövlət Neft Şirkətinin “Qaz İxrac” İdarəsinin Ağdaş Magistral X2 Cavabdeh ünvanladığı xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, 325 mm-lik “Göyçay-1 QPS” qaz kəmərinin mühafizə zonası yüksək təzyiqli olduğundan, orada hər an baş verə biləcək qaz sızması zamanı yarana biləcək partlayışların nəticəsində bədbəxt hadisələ, yəni onun özünə və ona aid əmlaka dəyə biləcək ziyanların qabaqcadan aradan qaldırılması məqsədi ilə onun tərəfindən aparılan tikinti işlərinin dayandırılması və sökülərək ərazinin əvvəlki vəziyyətə qaytarılması xahiş olunmuşdur. Azərbaycan Respublikasının Məhkəmə Ekspertizası Mərkəzinindən daxil olmuş xx.xx.2025-ci il tarxli ekspert rəyindən görünür ki, cavabdeh tərəfindən quraşdırılan metal lövhə ilə hasarlanmış ərazi arasında idarənin elektron baza məlumatlarında mövcud olan 325 mm-lik Göyçay-l QPS qolu qaz kameri arasında 5.8 metr, günlük ilə 15 metr, tövlə ilə 31 metr, sanitar qovşaq ile 36 metr, dəmir konstruksiyal vaqon ilə 29.5 metr məsafə mövcuddur. İdarenin elektron baza malumatlarında mövcud olan 325 mm-lik Göyçay 1 QPS qolu qaz kemerinin mühafizə zonasında tikili ve ya quraşdırma işlərinın aparılması ile bağlı müvafiq yazılı razılığın olub-olmaması ilə bağlı mütəxəssisdə hər hansı məlumat mövcud deyildir. xx.xx.2025-ci il tarixli ödəniş tapşırığından görünür ki iddiaçı Dövlət Neft Şirkətinin “Qaz İxrac” İdarəsi tərəfindən mütəxəssis rəyinin verilməsi üçün smetaya uyğun olaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsalalari Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı ve Reyestri Publik Hüquqi şəxsi 16 saylı Ucar Ərazi İdarəsinin bank hesabına 95 manat məbləğində ödəniş edilmişdir. ********** saylı qəbzdən görünür ki, iddiaçı tərəfindən 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası Konstitusiyasının: 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinin İ və İİ bəndlərinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli. 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin: 4-cü maddəsinin 3-cü bəndinə əsasən torpaq sahəsinin hüquqi statusu onun məqsədli təyinatını, torpaq sahəsi üzərində hüququn forması (mülkiyyət, istifadə və ya icarə hüququ), habelə torpaq sahəsindən istifadəyə dair müəyyən edilmiş yüklənməni (məhdudiyyətləri) əhatə edir. 22-ci maddəsinin 2-ci bəndinə görə, əhalinin təhlükəsizliyinin təmin olunması, sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı obyektlərin istismarına lazımi şərait yaradılması üçün onların ətrafında xüsusi (qoruyucu, sanitariya və s.) hüquqi rejimli mühafizə zonaları yaradılır. 67-ci maddəsinin 3-cü bəndinə əsasən dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. 67.4-cü maddəsinə əsasən torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların yerquruluşu planlarının və təsvirlərinin tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. 111-ci maddəsinin əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt olunması) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyatı üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və onların hesabına həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. 180.2-ci maddəsinə əsasən özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. 180.4-cü maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. 468.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. “İstismar olunan ixrac neft boru kəmərlərinin “Mühafizə Zonası”nın müəyyənləşdirilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 noyabr 2004-cü il tarixli 167 saylı Qərarının: 4.1-ci bəndinə əsasən ixrac neft boru kəmərlərinin istismarı üçün şərait yaratmaq və onların döşəndiyi şəraitdən asılı olaraq zədələnmə ehtimalının qarşısının alınmasını təmin etmək məqsədilə aşağıdakı mühafizə zonaları müəyyənləşdirilir: İNBK-nın marşrutu boyunca - boru kəməri oxunun hər tərəfindən 50 metrlik məsafədən keçən torpaq sahəsi şərti xətlərlə məhdudlaşdırılır; kənd təsərrüfatı təyinatlı torpaqlarda mühafizə zonası boru kəməri oxunun hər tərəfindən 25 metrlik məsafədən keçən şərti xətlərlə məhdudlaşdırılır; çoxxətli İNBK xətləri (marşrutları) boyunca - kənar boru kəmərlərinin oxlarından hər tərəfdən 50 metrlik məsafədən keçən torpaq sahəsi şərti xətlərlə məhdudlaşdırılır; kənd təsərrüfatı təyinatlı torpaqlarda mühafizə zonası kənar boru kəmərlərinin oxlarından hər tərəfdən 25 metrlik məsafədən keçən şərti xətlərlə məhdudlaşdırılır. Məhkəmənin mövqeyi: İşin faktiki halları ondan ibarətdir ki, Cavabdeh Göyçay rayonu, Çayarxı kəndinin ərazisindən keçən “Qaz İxrac” İdarəsinin Siyəzən Magistral X2 balans və istismarında olan 325 mm diametrli “Göyçay-1 QPS qolu” yeraltı magistral qaz kəmərindən mühafizə zonasında özünə məxsus müxtəlif təyinatlı (vaqon evcik, tövlə, talvar və dəmir lövhələrdən ibarət hasar) tikililər quraşdırmışdır. Hazırda iddiaçı qeyd olunan tikililərin həm cavabdehin özünün, həm də ətrafdakılar üçün yüksək təhlükə mənbəyi olduğu üçün sökülməsini xahiş edir. Məhkəmə iddiaçının nümayəndəsi və cavabdehin izahatını dinləyib, iddia tələbinin dəlillərini və işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, kənd təsərrüfatı təyinatlı torpaqlarda mühafizə zonası boru kəməri oxunun hər tərəfindən 25 metrlik məsafədən keçən şərti xətlərlə məhdudlaşdırılır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspert rəyində qeyd olunmuşdur ki, yalnız metal lövhə (5.8 metr) ilə günlük (15 metr) 325 mm-lik Göyçay-l QPS qolu qaz kəmeri ərazisində quraşdırılmışdır. Digər tikililər mühafizə zolağından 25 metrlik məsafədən uzaqda yerləşdirilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, cavabdehin sahibliyində olan qanunsuz tikililər - metal lövhə və günlük Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Qaz İxrac” İdarəsinin Siyəzən Magistral X2 balans və istismarında olan 325 mm diametrli “Göyçay-1 QPS qolu” yeraltı magistral qaz kəmərindən mühafizə zonasında yerləşən torpaq sahəsində müəyyən olunmuş qaydada lazımi icazələr olmadan, tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla, özbaşına inşa edildiyinə, cavabdehin özünün, ətrafdakı insanların sağlamlığı və əmlakı üçün ciddi təhlükə yaratdığına görə cavabdeh həmin tikilidən çıxarılmalı və tikili cavabdehin hesabına sökülməlidir. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Qaz İxrac” İdarəsindən məhkəmə tikinti-texniki ekspertizasının keçirilməsinə sərf edilmiş 50 (əlli) manat məbləğində pul vəsaiti tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Məhkəmə xərcləri iddiaçıya aid edilməlidir. Nəticə: Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119.1, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Qaz İxrac” İdarəsinin Siyəzən Magistral X2 balans və istismarında olan 325 mm diametrli “Göyçay-1 QPS qolu” yeraltı magistral qaz kəmərinin mühafizə zonasında yerləşən torpaq sahəsində Cavabdeh tərəfindən quraşdırılmış hasar və günlük cavabdehin hesabına sökülsün, cavabdeh həmin tikilidən çıxarılsın. İddia tələbi qalan hissədə təmin edilməsin. İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Qaz İxrac” İdarəsindən 50 (əlli) manat məbləğində vəsait tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Məhkəmə xərclərinə aid olan ödənilmiş dövlət rüsumu və mütəxəssis rəyinin verilməsi ilə bağlı ödəniş iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Gülnaz Qurbanova
Məhkəmə qərarları › İş №e-2(046)-53/2025
Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №e-2(046)-53/2025
05.06.2025 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver