Azərbaycan Respublikası adından QƏRARDAD Göyçay rayonu İş № e-2(046)-536/2025 25.07.2025 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Məmmədova Fidan Şöhrət qızının katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3, X5, Cavabdeh1 və Cavabdeh5 qarşı «miras əmlaklarda qanun üzrə vərəsəlik paylarımın müəyyən olunması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X2 miras qalmış Göyçay rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 42 saylı qərarına əsasən Göyçay rayonu, Qarabaqqal kəndində yerləşən kənd təsərrüfatı məhsullarının istehsalı məqsədi ilə verilmiş 0.79 ha torpaq sahəsinin 0.15,8 ha hissəsi üzərində qanun üzrə vərəsəlik payının müəyyən edilməsi və X1 miras qalmış Göyçay rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 42 saylı qərarına əsasən Göyçay rayonu, Qarabaqqal kəndində yerləşən kənd təsərrüfatı məhsullarının istehsalı məqsədi ilə verilmiş 0.79 ha torpaq sahəsinin 0.15,8 ha hissəsi və DƏDRX-nin 16-saylı ərazi idarəsi tərəfindən verilmiş RX süeriyalı, ******* nömrəli, qeydiyyat nömrəsi ********** olan, xx.xx.2018-ci il tarixli çıxarışa əsasən Göyçay rayon Hacalıkənd kəndində yerləşən ümumi sahəsi 183.9 kv.metr olan fərdi yaşayış evinin 5/8 hissəsi üzərində və həmin fərdi yaşayış evinin yerləşdiyi 0.44 ha həyətyanı torpaq sahəsinin ¼ hissəsi üzərində qanun üzrə vərəsəlik payının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflər xx.xx.2025-ci il tarixə təyin edilmiş məhkəmə iclasına gəlməmiş, işə onların iştirakı olmadan baxılmasını xahiş etməmişlər. Azərbaycan Respublikası MPM-nin 259.0.6-cı maddəsinə əsasən işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Məhkəməyə təqdim edilmiş ********** nömrəli xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, İddiaçı tərəfindən Göyçay Rayon Məhkəməsinin hesabına 100 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası MPM-nin 114.1.5-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3, X5, Cavabdeh1 və Cavabdeh5 qarşı «miras əmlaklarda qanun üzrə vərəsəlik paylarımın müəyyən olunması tələbinə dair mülki iş baxılmamış saxlanılsın. İddiaçı tərəfindən xx.xx.2024-cü il tarixdə ********** nömrəli qəbzlə Göyçay rayon məhkəməsinin hesabına ödənilmiş 100 manat dövlət rüsumu İddiaçı qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətinə ("Elektron məhkəmə" informasiya sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Göyçay Rayon Məhkəməsinə şikayət vermək olar. Hakim: İbrahim Fəttahov
Məhkəmə qərarları › İş №e-2(046)-536/2025
Göyçay Rayon Məhkəməsi Qərardad — İş №e-2(046)-536/2025
25.07.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver