Məhkəmə qərarları › İş №e-2(046)-552/2025

Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №e-2(046)-552/2025

05.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № e-2(046)-552/2025 05.06.2025 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Bürcəliyev Sabir Arzu oğlunun katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı kredit borcunun ödənilməsi tələbinə dair mülki işə Göyçay şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 2410 manat əsas borcun, 240 manat cərimə borcu olmaqla, cəmi 2650 manat borcun və 46.90 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək işə iştirakı olmadan baxılmasını xahiş etmişdir. İş üzrə İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, Cavabdeh2 ilə arasında bağlanmış xx.xx.2022-ci il tarixli C9790087/22nömrəli nisyə satış müqaviləsinə əsasən 3440 manat dəyərində, 500 manat ilkin ödəniş olmaqla, 1 ədəd İphone 13 Pro - məhsulu 12 ay müddətinə, hər ay 245 manat ödənilməklə nisyə satılmışdır. Həmin müqаviləsinin şərtləri borclu tərəfindən əməl еdilməmiş, öhdəliyi vахtındа və lаzımi qаydаdа icrа еtməyərək nəticədə onun kreditor qarşısında öhdəliyi yaranmışdır. Hazırda xx.xx.2022-ci il tarixli C9790087/22 nömrəli müqavilə üzrə ödənilməmiş borc 2410 (iki min dörd yüz on) manat təşkil edir. Sözügedən xx.xx.2022-ci il tarixli C9790087/22 nömrəli Nisyə satış müqaviləsinin 2.4.4-cü bəndinə müvafiq olaraq, “Alıcı” razılaşdırılmış dəyərini razılaşdırılmış müddətdə ödəmədikdə ödənilməyən məbləğə günlük 1%(bir faiz) cərimə ödəyəcəyini öz üzərinizə götürmüsdür. Hər bir müqavilə üzrə hesablanan cərimə məbləği gecikdirilmiş günlərə görə yüksək olmasına baxmayaraq İddiaçı ağlabatan məbləği müəyyən etmişdir. Hazırda, Cavabdeh2 müqavilə üzrə ödənilməmiş borca (2410 AZN) görə 240 (iki yüz qırx) manat cərimə məbləğini tələb edir. Eyni zamanda, xx.xx.2022-ci il tarixli C9790087/22nömrəli Nisyə satış müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı olaraq xx.xx.2022-ci il tarixində Cavabdeh1 ilə Zaminlik müqaviləsi bağlanmışdır. Həmin müqаviləsinin şərtləri borclu tərəfindən əməl еdilməmiş, öhdəliyi vахtındа və lаzımi qаydаdа icrа еtməyərək nəticədə onun kreditor qarşısında öhdəliyi yaranmışdır. Borclu dəfələrlə yazılı və şifahi qaydada xəbərdar edilməsinə baxmayaraq öhdəliyini yerinə yetirməmişdir. Buna görə də məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə cavabdehlərə məhkəmənin yeri və vaxtı barədə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məhkəmə bildirişləri vasitəsilə məlumat verilmiş, lakin üzrlü səbəb olmadan məhkəmə baxışında iştirak etməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda…məhkəmə işə baxmağa haqlıdır. Məhkəmə cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş üzrə təqdim edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Məhkəməyə təqdim edilmiş xx.xx.2022-ci il tarixli C9790087/22nömrəli Nisyə satış müqaviləsindən görünür ki, İddiaçı ilə Cavabdeh2 arasında nisyə alqı-satqı müqaviləsi bağlanmış, 3440 manat dəyərində, 500 manat ilkin ödəniş olmaqla, 1 ədəd İphone 13 Pro - məhsulu 12 ay müddətinə, hər ay 245 manat ödənilməklə nisyə satılmışdır. Məhkəməyə təqdim edilmiş xx.xx.2022-ci il tarixli zaminlik müqaviləsindən görünür ki, Cavabdeh1 ilə İddiaçı arasında zaminlik müqavilələri bağlanmış, Cavabdeh1 Cavabdeh2 İddiaçı qarşısında öhdəlik götürmüşdür. Təqdim edilmiş sübutlarla müəyyən edilir ki, Cavabdeh2 ilə İddiaçı arasında xx.xx.2022-ci il tarixli C9790087/22nömrəli Nisyə satış müqaviləsi bağlanmış və Cavabdeh2 3440 manat dəyərində, 500 manat ilkin ödəniş olmaqla, 1 ədəd İphone 13 Pro - məhsulu 12 ay müddətinə, hər ay 245 manat ödənilməklə nisyə satılmışdır. Borclunun öhdəliyinin icrasının təmin edilməsi məqsədi ilə xx.xx.2022-ci il tarixdə Cavabdeh1 ilə zaminlik müqaviləsi bağlanmış və zamin Cavabdeh2 zamin durmuşdur. Cavabdeh2 müqavilə üzrə üzərinə düşən öhdəlikləri vaxtında və lazımi qaydada yerinə yetirməmiş, öhdəliyin icrasından yayınmış, nəticədə Cavabdeh2 borcu yaranmışdır. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, Cavabdeh1 ilə İddiaçı arasında bağlanmış zaminlik müqaviləsi xx.xx.2023-cü il tarixədək qüvvədə olmuş, iddiaçı iddia ərizəsi ilə məhkəməyə xx.xx.2025-ci il tarixdə yəni bir ildən artıq müddət keçdikdən sonra müraciət etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 477.0.4-cü maddəsinə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Qanunun mənasından görünür ki, Cavabdeh1 ilə İddiaçı arasında bağlanmış zaminlik müqaviləsinin icraatına xitam verilmişdir. Buna görə də məhkəmə hesab edir ki, İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış zaminlik müqaviləsinə xitam verildiyindən iddia tələbi Cavabdeh1 qarşı qaldırılan hissədə təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən əgər bu məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman 46.90 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.Belə olan halda 46.90 manat dövlət rüsumu Cavabdeh2 alınaraq İddiaçı hesabına keçirilməlidir. Sadalananlara əsasən məhkəmə hesab edir ki, İddiaçı iddiası qismən təmin edilməli, Cavabdeh2 2410 manat əsas borcun, 240 manat cərimə borcu olmaqla, cəmi 2650 manat borcun və 46.90 manat dövlət rüsumu tutularaq İddiaçı qaytarılmalı, iddia Cavabdeh1 qarşı qaldırılan hissədə rədd edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh2 2410 manat əsas borcun, 240 manat cərimə borcu olmaqla, cəmi 2650 manat borcun və 46.90 manat dövlət rüsumu tutularaq İddiaçı verilsin. İddia tələbi Cavabdeh1 qarşı qaldırılan hissədə təmin edilməsin. Qətnamənin icrası Cavabdeh2nın yaşadığı ərazi üzrə Göyçay rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə ("Elektron məhkəmə" informasiya sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apelyasiya şikayəti verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: İbrahim Fəttahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar