Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № e-2(046)-590/2025 03.03.2025 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Qurbanov Elçin Firudin oğlunun sədrliyi Burcaliyeva Leyla Sahib qızının katibliyi ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı pulun tutulması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı "xxxx" MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən Apple Adapter, İmei kod **********95743 İphone 14 Pro Max marka telefon üçün 5862 manat 42 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 1758 manat 73 qəpik dəbbə pulu,ümumilikdə 7621 manat 15 manat borc və 96 manat 22 qəpik ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq İddiaçınə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.İddiaçı "xxxx" MMC-in nümayəndəsi Nümayəndə yazılı vəsatət verərək Cavabdeh xx.xx.2023-cü il tarixli 02625928 nömrəli müqavilə üzrə təqdim edilmiş saxta arayışla bağlı xüsusi qərardad çıxarılmasını və prokurorluq orqanına məlumat verilməsini xahiş etmişdir. İşin halları: İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, Cavabdeh "xxxx" MMC arasında bağlanmış xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, Apple Adapter, İmei kod **********95743 İphone 14 Pro Max markalı telefon almış və nəticədə 7621 manat 15 qəpik borcu yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə alqı-satqı qiyməti 5862 manat 42 qəpik (yəni 18 ay x 325 manat 69 qəpik + 0 manat ilkin ödəniş) olan X5 kod **********95743 İphone 14 Pro Max markalı telefon üçün ümumilikdə, 7621 manat 15 qəpik olmaqla ondan 5862 manat 42 qəpik ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 1758 manat 73 qəpik dəbbə borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 0 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə aralarında bağlanılmış xx.xx.2023-cü il tarixli müqavilənin ayrılmaz tərkib hissəsi olan əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərdikləri xx.xx.2024-ci il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsələrdə, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Cavabdehin etirazları: Cavabdeh iddiaya qarşı etiraz vermişdir. Etirazda göstərmişdir ki, o valideynlərinə məxsus evdə qeydiyyatda olmaqla yaşayır və heç bir yerdə işləmir çünki onun əvvəllər törətdiyi qanunsuz əməllərə görə məhkum olunmuşdur. Heç bir yerdə işə düzələ bilmir özünü günə muzd işləməklə dolandırır. 2023-cü il tarixdə o əvvəllər tanıdığı və münasibətdə olduğu X2 ilə Bakı şəhərinə işləmək məqsədi ilə getmişdir və orada əvvələr tanıdığı əslən Naftalan şəhər sakini X1 ilə görüşmüşlər və bir neçə gün onunla bir yerdə olmuşlar. Pərviz onlara bildirdi ki, ona telefon götürmək lazımdır və onlarda ona köməklik etməlidir, lakin həmin telefonların ödənişlərini o özü şəxsən həyata keçirəcək və onlara heç bir şəkildə problem yaratmayacaq. Onların iş yerinin olmadığını və gəlirləri yoxdur onlara kim telefon kreditə verər sualına o cavab olaraq bildirdi ki, onun orada tanışı var və narahat olmayın mənlikdir. Pərviz onu Ruslanla birlikdə Bakı şəhərində tanımadıqları ünvanda yerləşən telefon mağazasına apararaq onların adına bahalı markalı olan eyni modeldə telefonları onlara təqdim etdirərək oradan uzaqlaşdılar və sonra onlara bildirdi ki, «mənim orada adamım var siz heç kimə heçnə ödəməyəcəksiniz» onlar isə ona etiraz ediblər və o onlara dedi ki özüm ödəyəcəm. Lakin bir neçə ay keçəndən sonra onları Bakı şəhərində yerləşən Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə Baş İdarəsindən zəng vuraraq onların ora gəlməyinə dair tapşırıq verildi, onlar dərhal ora gediblər və orada yuxarıda göstərdiklərini danışdılar orada onlara bildirdilər ki, onları Pərviz aldadıb necə ki çox sayda insanları aldatdığı kimi və onun yerini bilib bilməməkləri barədə soruşanda onlar yox olaraq cavabını verərək izahat yazıblar. Onlara orada bildirdilər ki, onlar tutulacaqlar və Sizin "xxxx" MMC-dən pulu ödəməyinizlə bağlı tələb olunanda bildirin ki, pul ödəniləcək işə nəzarət edən Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə Baş İdarəsinə müraciət edin və oradan məlumatı daha dəqiq əldə edəsiniz ki bütün cinayətkarlar yaxalanıb və pullar ödəniləcək. Onlar bu iş üzrə zərərçəkmiş şəxsdirlər. Odur ki Mülki Prosesual Məcəllənin 51 maddəsini (başqa cavabdehin işə cəlb olunmasını) və 54-cü maddəsini (əsl olmayan tərəfin əvəz edilməsini) əsas götürərək barəsində olan icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş iddiaçı "xxxx" MMC-nin nümayəndəsi məhkəməyə gəlməmiş, nümayəndəsi Nümayəndə ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə iclasında üzrlü səbəbdən iştirak etmək mümkün olmadığına görə məhkəmə iclasını onların iştirakı olmadan baxılmasına etirazlarının olmamasını və iddianı müdafiə edərək qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.6-ci maddəsinə əsasən işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı etiraf etmədi, izahat verərək bildirdi ki, "xxxx" MMC-i ilə nisyə alqı-satqı müqaviləsi imzalayaraq İphone 14 Pro Max markalı mobil telefonu almış,lakin telefonu tanışı olan Pərviz adlı şəxsə vermişdir. Pərviz ona mobil telefonun pulunu özü ödəcəyini bildirmiş, lakin heç bir ödəniş etməmişdir. Maddi imkanı olmadığından borcunu ödəyə bilməmişdir. Tələb olunan dəbbə pulunun silinməsini xahiş edir. İş üzrə təqdim edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir. Mülki işdə olan sənədlər: İşə əlavə edilmiş maliyyə ödəniş cədvəlindən görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsi üzrə 5862 manat 42 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 1758 manat 73 qəpik dəbbə pulu,ümumilikdə 7621 manat 15 manat borcu mövcuddur. İşə əlavə edilmiş xx.xx.2023-cü il tarixli malın nisyə alqı-satqı müqaviləsinin surətindən görünür ki, satıcı "xxxx" MMC-i ilə alıcı Cavabdeh arasında dəyəri 5862 manat 42 qəpik olan Apple Adapter,«İphone 14 Pro Max» markalı mobil telefonu 18 ay müddətinə hissə-hissə ödəmək şərtilə nisyə alqı-satqısı barədə müqavilə imzalanmışdır. Müqavilənin 2.6-cı bəndinə görə “Müştəri” Ödəniş cədvəli üzrə ödənişlərini vaxtında ödəməsə, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq peniya ödəyir. İşə əlavə edilmiş sənədlərdən görünür ki, Cavabdeh alqı-satqı müqaviləsi ilə üzərinə düşən öhdəliyin vaxtında icra edilməsi barədə iddiaçı "xxxx" MMC tərəfindən xəbərdar olunmuşdur. İşə əlavə edilmiş qəbzdən görünür ki, işə baxılması ilə əlaqədar dövlət rüsumu üçün 96 manat 22 qəpik məbləğində pul iddiaçı "xxxx" MMC tərəfindən ödənilmişdir. Tətbiq edilən hüquq normaları: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki,alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası,müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 385.1-ci maddəsinin tələblərinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar ücün cavabdehdir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 04 nömrəli qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Qərarın 2.4-cü bəndinə görə, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Məhkəmənin mövqeyi: İş üzrə tədqiq edilmiş sübutlardan müəyyən olunur ki, iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında xx.xx.2023-cü il tarixli nisyə alqı-satqı müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən satıcı "xxxx" MMC-i 5862 manat 42 qəpik dəyərində olan Apple Adapter ,«İphone 14 Pro Max» markalı mobil telefonu alıcı Cavabdeh hissə-hissə (18 ay,hər ay 325 manat 69 qəpik) ödəmək şərtilə nisyə satmışdır.Satıcı iddiaçı "xxxx" MMC-i malı alıcı Cavabdeh təhvil verərək üzərinə düşən öhdəliyi yerinə yetirmiş,malı təhvil almış alıcı Cavabdeh isə malın dəyərini müqavilə ilə müəyyən edilmiş müddətdə ödəmək öhdəliyini yerinə yetirməmişdir. Məhkəmə təqdim edilmiş sübutlara qiymət verərək hesab edir ki, iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında hissə-hissə ödəmə şərtilə etibarlı nisyə alqı-satqı müqaviləsi bağlandığından, əşyanı təhvil almış alıcı Cavabdeh xx.xx.2023-cü il tarixli nisyə alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətlərdə ödəmək vəzifəsini icra etmədiyindən iddiaçı "xxxx" MMC verilmiş əşyanın dəyərinin ödənilməsini tələb etmək hüququna malik olmuşdur. Odur ki, Cavabdeh Apple Adapter ,«İphone 14 Pro Max» markalı mobil telefonun 5862 manat 42 qəpik ödənilməmiş dəyəri alınaraq iddiaçı "xxxx" MMC-ə verilməli,iddia bu hissədə təmin olunmalıdır. Bununla yanaşı məhkəmə qeyd edir ki, iddiaçı "xxxx" MMC-nin Cavabdeh xx.xx.2023-cü il tarixli müqavilə üzrə gecikdirilməyə görə tələb etdiyi 1758 manat 73 qəpik tənasübsüz surətdə yüksək dəbbə puludur. Buna görə də məhkəmə tənasüb müəyyənləşdirərkən iddiaçının həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alaraq hesab edir ki, 1758 manat 73 qəpik məbləğində dəbbə pulu 293 manat 12 qəpik məbləğinədək azaldılmalıdır. Beləliklə məhkəmə təqdim edilmiş sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddiaçı "xxxx" MMC verilmiş əşyanın ödənilməsini tələb etdiyindən, Cavabdeh xx.xx.2023cü il tarixli alqı-satqı müqaviləsi üzrə 5862 manat 42 qəpik ödənilməmiş hissə, 293 manat 12 qəpik dəbbə pulu olmaqla, ümumilikdə 6155 manat 54 qəpik tutularaq İddiaçı MMC-nə verilməli, bununla da iddia qismən təmin edilməlidir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən məhkəmə xərcləri cavabdehə aid edilməli, dövlət rüsumu üçün ödənilmiş 96 manat 22 qəpik məbləğində pul Cavabdeh tutularaq İddiaçı MMC-nə verilməlidir. Məhkəmə xüsusi qərardadın çıxarılması üçün qanuni əsasların olmadığını müəyyən edib,iddiaçının nümayəndəsinin vəsatətini təmin etməmişdir.Belə ki,Mülki Prosessual Məcəlləsinin 265.4-cü maddəsinin tələbinə görə məhkəmə işə baxarkən proses iştirakçılarının və ya digər şəxslərin əməllərində cinayətin əlamətlərini aşkara çıxararsa,bu barədə xüsusi qərardad çıxarmaqla prokurora xəbər verir.İşə baxılarkən tərəflərin təqdim olunduğu sübutlar tədqiq edilmiş,məhkəmə tərəfindən cinayətin əlamətləri aşkar edilməmişdir.Odur ki,proses iştirakçılarının və ya digər şəxslərin əməllərində cinayətin əlamətləri aşkar edilmədiyindən xüsusi qərardadın çıxarılmasından imtina edilmişdir.Məhkəmə nəzərə çatdırır ki,xüsusi qərardadın çıxarılmaması iddiaçıya mane olmur ki,onda olan məlumatlar əsasında müstəqil şəkildə cinayət faktı barədə cinayət təqibini aparan orqana xəbər versin. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 216- 220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Gecikdirilməyə görə hesablanmış 1758 manat 73 qəpik məbləğində dəbbə pulu 293 manat 12 qəpik məbləğinədək azaldılsın. Cavabdeh xx.xx.2023-cü il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə 5862 manat 42 qəpik ödənilməmiş hissə, 293 manat 12 qəpik dəbbə pulu olmaqla, ümumilikdə 6155 manat 54 qəpik tutularaq İddiaçı MMC-nə verilsin. Qalan hissədə iddia təmin edilməsin. Məhkəmə xərcləri cavabdehə aid edilsin. Cavabdeh 96 manat 22 qəpik məbləğində ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı MMC-nə verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Elçin Qurbanov
Məhkəmə qərarları › İş №e-2(046)-590/2025
Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №e-2(046)-590/2025
03.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver