Məhkəmə qərarları › İş №e-2(046)-621/2024

Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №e-2(046)-621/2024

28.03.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № e-2(046)-621/2024 28.03.2024 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Qurbanov Elçin Firudin oğlunun sədrliyi, Burcaliyeva Leyla Sahib qızının katibliyi ilə, Cavabdeh Səmədov Təbrı̇ z Mübarı̇ z oğlunun iştirakı ilə, İddiaçı "xxxx" Məhdud Məsulı̇ yyətli Cəmı̇ yyətinin cavabdeh Səmədov Təbrı̇ z Mübarı̇ z oğluna qarşı borcun ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı "xxxx" MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx xxxx 1994-cü il təvəllüdlü Cavabdeh 28 sentyabr 2019-cu il tarixli, GYK5656053 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən 165 manat əsas borc, müqavilə üzrə hesablanmış 70 manat faiz borcu, 12 fevral 2020-ci il tarixli, GYK5656610 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən 150 manat əsas borc, müqavilə üzrə hesablanmış 80 manat faiz borcu, 04 iyun 2020-ci il tarixli, GYK5656996 saylı nisyə alqı- satqı müqaviləsinə əsasən 130 manat əsas borc, müqavilə üzrə hesablanmış 50 manat faiz borcu, 26 iyun 2020-ci il tarixli, GYK5842609 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən 220 manat əsas borc, müqavilə üzrə hesablanmış 120 manat faiz borcu və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun cəmi 1015 manat məbləğində pul vəsaitinin alınaraq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin halları: İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, Cavabdeh İddiaçı MMC ilə müddəti 15 ay olmaqla 28 sentyabr 2019-cu il tarixli nisyə alqı-satqı müqaviləsi bağlamışdır. Həmin müqaviləyə əsasən cavabdeh iddiaçıdan dəyəri 978 manat olan məişət avadanlığı əldə etmiş, cavabdehin müqavilə üzrə ödənişlər etdikdən sonra iddiaçıya 165 manat əsas borcu qalmışdır. Qeyd edilən kredit müqaviləsinə əsasən borcalan (cavabdeh) müqavilə müddəti bitdikdən sonra qaytarılmayan məbləğ üçün əlavə olaraq hər gün 1% faiz ödəməlidir. Belə ki, cavabdehin iddiaçıya əsas borcdan əlavə olaraq 1831 manat faiz borcu yaranmışdır (165 manat x 1110 gün x 1%—1831 manat). İddiaçı faiz borcunu cavabdehdən cəmi 70 manat məbləğində tələb edir. Bundan başqa, Cavabdeh İddiaçı MMC ilə müddəti 12 ay olmaqla 12 fevral 2020-ci il tarixli nisyə alqı-satqı müqaviləsi bağlamışdır. Həmin müqaviləyə əsasən cavabdeh iddiaçıdan dəyəri 330 manat olan məişət avadanlığı əldə etmişdir. Cavabdehin müqavilə üzrə ödənişlər etdikdən sonra iddiaçıya 150 manat əsas borcu qalmışdır. Qeyd edilən kredit müqaviləsinə əsasən borcalan (cavabdeh) müqavilə müddəti bitdikdən sonra qaytarılmayan məbləğ üçün əlavə olaraq hər gün 1% faiz ödəməlidir. Belə ki, cavabdehin iddiaçıya əsas borcdan əlavə olaraq 1620 manat faiz borcu yaranmışdır (150 manat x 1080 gün x 1%=1620 manat). İddiaçı faiz borcunu cavabdehdən cəmi 80 manat məbləğində tələb edir. Bundan başqa, Cavabdeh İddiaçı MMC ilə müddəti 12 ay olmaqla 04 iyun 2020-ci il tarixli nisyə alqı-satqı müqaviləsi bağlamışdır. Həmin müqaviləyə əsasən cavabdeh iddiaçıdan dəyəri 382 manat olan məişət avadanlığı əldə etmişdir. Cavabdehin müqavilə üzrə ödənişlər etdikdən sonra iddiaçıya 130 manat əsas borcu qalmışdır. Qeyd edilən kredit müqaviləsinə əsasən borcalan (cavabdeh) müqavilə müddəti bitdikdən sonra qaytarılmayan məbləğ üçün əlavə olaraq hər gün 1% faiz ödəməlidir. Belə ki, cavabdehin iddiaçıya əsas borcdan əlavə olaraq 1170 manat faiz borcu yaranmışdır (130 manat x 900 gün x 1%=1170 manat). İddiaçı faiz borcunu cavabdehdən cəmi 50 manat məbləğində tələb edir. Bundan başqa, Cavabdeh İddiaçı MMC ilə müddəti 12 ay olmaqla 26 iyun 2020-ci il tarixli nisyə alqı-satqı müqaviləsi bağlamışdır. Həmin müqaviləyə əsasən cavabdeh iddiaçıdan dəyəri 399 manat olan məişət avadanlığı əldə etmişdir. Cavabdehin müqavilə üzrə ödənişlər etdikdən sonra iddiaçıya 220 manat əsas borcu qalmışdır. Qeyd edilən kredit müqaviləsinə əsasən borcalan (cavabdeh) müqavilə müddəti bitdikdən sonra qaytarılmayan məbləğ üçün əlavə olaraq hər gün 1% faiz ödəməlidir. Belə ki, cavabdehin iddiaçıya əsas borcdan əlavə olaraq 1980 manat faiz borcu yaranmışdır (220 manat x 900 gün x 1%=1980 manat). İddiaçı faiz borcunu cavabdehdən cəmi 120 manat məbləğində tələb edir. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş İddiaçı MMC-nin nümayəndəsi məhkəməyə gəlməmiş, İddiaçı MMC-nin nümayəndəsi Nümayəndə ərizə göndərərək işə onun iştirakı olmadan baxılaraq iddianın təmin edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.6-ci maddəsinə əsasən işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə iclasında cavabdeh Səmədov Təbrı̇ z Mübarı̇ z oğlu iddianı etiraf etmədi,izahat verərək bildirdi ki, müqavilələr üzrə telefon aparatlarını almışdır.Lakin həmin telefonlar başqa şəxslərə verilmişdir. Onlar da ödənişləri etməli idilər. Lakin ödənişləri etməmişlər. Ərizə təqdim edərək 28 sentyabr 2019-cu il tarixli GYK5656053 saylı nisyə alqı-satqı müqaviləsi üzrə iddia müddətinin tədbiq edilməsini xahiş etdi. Cavabdehin izahatını dinləyib, təqdim edilmiş sübutlara hüquqi qiymət verərək məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir. Mülki işdə olan sənədlər: İşə əlavə edilmiş 28 sentyabr 2019-cu il tarixli, GYK5656053 saylı malın nisyə alqısatqı müqaviləsinin surətindən görünür ki, satıcı İddiaçı MMC-i ilə alıcı Cavabdeh arasında dəyəri 978 manat olan məşiət avadanlığını 15 ay müddətinə hissə-hissə ödəmək şərtilə nisyə alqı-satqısı barədə müqavilə imzalanmışdır. İşə əlavə edilmiş 12 fevral 2020-ci il tarixli, GYK5656610 saylı malın nisyə alqı-satqı müqaviləsinin surətindən görünür ki, satıcı İddiaçı MMC-i ilə alıcı Cavabdeh arasında dəyəri 330 manat olan məşiət avadanlığını 12 ay müddətinə hissə-hissə ödəmək şərtilə nisyə alqı-satqısı barədə müqavilə imzalanmışdır. İşə əlavə edilmiş 04 iyun 2020-ci il tarixli, GYK5656996 saylı malın nisyə alqı-satqı müqaviləsinin surətindən görünür ki, satıcı İddiaçı MMC-i ilə alıcı Cavabdeh arasında dəyəri 382 manat olan məşiət avadanlığını 12 ay müddətinə hissə-hissə ödəmək şərtilə nisyə alqı-satqısı barədə müqavilə imzalanmışdır. İşə əlavə edilmiş 26 iyun 2020-ci il tarixli, GYK5842609 saylı malın nisyə alqı-satqı müqaviləsinin surətindən görünür ki, satıcı İddiaçı MMC-i ilə alıcı Cavabdeh arasında dəyəri 399 manat olan məşiət avadanlığını 12 ay müddətinə hissə-hissə ödəmək şərtilə nisyə alqı-satqısı barədə müqavilə imzalanmışdır. İşə əlavə edilmiş maliyyə arayışından görünür ki, Cavabdeh 28 sentyabr 2019-cu il tarixli, GYK5656053 saylı nisyə alqı-satqı müqavilə üzrə 165 manat ödənilməmiş hissə, 12 fevral 2020-ci il tarixli, GYK5656610 saylı nisyə alqı-satqı müqavilə üzrə 150 manat ödənilməmiş hissə, 04 iyun 2020-ci il tarixli, GYK5656996 saylı nisyə alqı-satqı müqavilə üzrə 130 manat ödənilməmiş hissə, 26 iyun 2020-ci il tarixli, GYK5842609 saylı nisyə alqısatqı müqavilə üzrə 220 manat ödənilməmiş hissə olmaqla cəmi 665 manat məbləğində borcu vardır. Tətbiq edilən hüquq normaları: Azərbaycan Respublikası Mülki Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsindən əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərədə tutulan müddətdə, müqavilədə belə müddət nəzərədə tutulmadıqda isə bu məcəllənin 427ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyat keçirilməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Həmin Məcəlləsinin 372.2-ci maddəsinə görə hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 27 dekabr 2001-ci il tarixli qərarında göstərilmişdir ki, iddia müddəti institutu hüquq münasibətləri iştirakçılarının intizamlandırmaq, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur etmək, müqavilə və ya maliyyə intizamının nizamlanmasına kömək etmək; mülki hüquq münasibətlərində qeyri müəyyənliyin, qeyri sabitliyin aradan qaldırılmasına xidmət göstərmək, tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaratmaq baxımından əhəmiyyətlidir. İddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, ikincisi, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, üçüncüsü iddia müddətləri tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisəni obyektiv əsaslarla həll etmək imkanı yaradır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 03 iyun 2013- cü il tarixli qərarına əsasən iddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. Göründüyü kimi, şəxsin hüququ pozulduqda onun müdafiəsi üçün hüququ pozmuş şəxsə qarşı məcburiyyət tədbirlərinin tətbiqi halına qanun iddia müddətlərini şamil edir. Maraqlı tərəfin tələbi üzrə məcburiyyət tədbirlərinin tətbiqi hər zaman deyil, yalnız iddia müddətləri həddində mümkündür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir.Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır Həmin Məcəllənin 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanılır. Həmin Məcəllənin 377.2-ci maddəsinə görə icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanılır. Həmin Məcəllənin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti 3 il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 04 nömrəli qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Qərarın 2.4-cü bəndinə görə, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında qeyd etmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Məhkəmənin mövqeyi: Hazırkı iş üzrə məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: İş üzrə tədqiq edilmiş sübutlardan müəyyən olunur ki, tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli nisyə alqı-satqı müqaviləsinin, xx.xx.2020-ci il tarixli alqı-satqı müqaviləsinin, xx.xx.2020-ci il tarixli alqı-satqı müqaviləsinin və xx.xx.2020-ci il tarixli nisyə alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişin qaydası, müddəti və məbləği nəzərdə tutulduğundan, müqavilələr hissə-hissə ödəmə şərtilə nisyə satılması haqqında olmuşdur. Belə ki,İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli nisyə alqı-satqı müqaviləsinə əsasən İddiaçı MMC 15 ay müddətində ödəmək şərti ilə 978 manat dəyərində məişət avadanlığını, xx.xx.2020-ci il tarixli nisyə alqı-satqı müqaviləsinə əsasən İddiaçı MMC 12 ay müddətində ödəmək şərti ilə 330 manat dəyərində məişət avadanlığını, xx.xx.2020-ci il tarixli nisyə alqı-satqı müqaviləsinə əsasən İddiaçı MMC 12 ay müddətində ödəmək şərti ilə 382 manat dəyərində məişət avadanlığını, xx.xx.2020-ci il tarixli nisyə alqı-satqı müqaviləsinə əsasən İddiaçı MMC 12 ay müddətində ödəmək şərti ilə 399 manat dəyərində məişət avadanlığını Cavabdeh nisyə satmışdır. Məhkəmə təqdim edilmiş sübutlara qiymət verərək hesab edir ki, İddiaçı MMC ilə Cavabdeh arasında etibarlı hissə-hissə ödəmə şərtilə nisyə alqı-satqı müqaviləsi bağlandığından, əşyanı təhvil almış alıcı Cavabdeh onu xx.xx.2019-cu il tarixli nisyə alqısatqı müqaviləsində, xx.xx.2020-ci il tarixli alqı-satqı müqaviləsində, xx.xx.2020-ci il tarixli alqı-satqı müqaviləsində və xx.xx.2020-ci il tarixli nisyə alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədiyindən İddiaçı MMC verilmiş əşyanın ödənilməsini tələb etmək hüququna malik olmuşdur. Bununla yanaşı məhkəmə hesab edir ki,iddia müddətinin tətbiq edilməsi üçün qanuni əsaslar müəyyən edilmişdir. Belə ki,daşınar əmlaklara dair müqavilə tələbləri üzrə mübahisələrə üç illik iddia müddəti tətbiq edilir. Nəzərə alınsa ki, xx.xx.2019-cu il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə icra müddəti 15 ay,yəni xx.xx.2020-ci il tarixədək müəyyənləşdirilmiş,onda müəyyənləşqdirilmiş öhdəlik üzrə iddia müddətinin axımı icra müddəti xx.xx.2020-ci il tarixdə bitdikdən sonra başlanılaraq xx.xx.2023-cü ildə bitir.İddiaçı MMC isə məhkəməyə iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə müraciət etmiş, iddia müddətinin üzürlü səbəblərdən ötürülməsini təsdiq edən hər hansı bir sübut məhkəməyə təqdim etməmiş, ona görə də iddia tələbi üzrə qanunda nəzərdə tutulmuş 3 illik iddia müddəti buraxılmış hesab edilməlidir. Məhkəmə daşınar əmlaka dair müqavilə üzrə münasibətlərin xx.xx.2019-cu il tarixdə yaranmasını,iddia müddətinin axımının xx.xx.2020-ci il tarixdə başlamasını, iddia müddətinin tətbiq edilməsi barədə cavabdehin ərizə verməsini nəzərə alıb, hesab edir ki, 3 illik iddia müddəti tətbiq olunmaqla iddianın 28 sentyabr 2019-cu il tarixli nisyə alqı-satqısı müqaviləsi üzrə 165 manat ödənilməmiş hissə, 70 manat cərimə, ümumilikdə 235 manat məbləğində pulun alınması tələbinə dair hissəsi təmin olunmamalıdır. Cavabdeh 12 fevral 2020-ci il tarixli, GYK5656610 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən 150 manat ödənilməmiş hissə, müqavilə üzrə hesablanmış 80 manat cərimə, 04 iyun 2020-ci il tarixli, GYK5656996 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən 130 manat ödənilməmiş hissə, müqavilə üzrə hesablanmış 50 manat cərimə, 26 iyun 2020-ci il tarixli, GYK5842609 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən 220 manat ödənilməmiş hissə, müqavilə üzrə hesablanmış 120 manat cərimə tutulmalı,iddia bu hissədə təmin olunmalıdır. Məhkəmə qeyd olunanları nəzərə alıb, hesab edir ki, iddia qismən təmin edildiyindən məhkəmə xərcləri cavabdehə aid edilməli, iddia ərizəsi üçün ödənilmiş 30 manat dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı MMC-nə verilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 216- 220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 12 fevral 2020-ci il tarixli, GYK5656610 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən 150 manat ödənilməmiş hissə, 80 cərimə, 04 iyun 2020-ci il tarixli, GYK5656996 saylı nisyə alqı- satqı müqaviləsinə əsasən 130 manat ödənilməmiş hissə, müqavilə üzrə hesablanmış 50 manat cərimə, 26 iyun 2020-ci il tarixli, GYK5842609 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən 220 manat ödənilməmiş hissə, müqavilə üzrə hesablanmış 120 manat cərimə,cəmi 750 manat məbləğində pul tutularaq İddiaçı MMC-nə verilsin. Cavabdeh 30 manat məbləğində ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı MMC-nə verilsin. Qalan hissədə iddia təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Elçin Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar