Məhkəmə qərarları › İş №e-2(046)-709/2024

Göyçay Rayon Məhkəməsi Qərardad — İş №e-2(046)-709/2024

19.02.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Göyçay rayonu İş № e-2(046)-709/2024 19.02.2024 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Qurbanova Gülnaz İntiqam qızı, İddiaçı adından vəkili Nümayəndə tərəfindən verilmiş cavabdehlər X2 Təchizatı MMC-nə və X1rşı cərimə məbləğinin ləğv edilməsinə dair iddia ərizəsinin mümkünlüyü məsələsinə baxaraq, müəyyən etdi: İddiaçı adından vəkili Nümayəndə iddia ərizəsi ilə müraciət edərək, İddiaçı barəsində qanunsuz hesablanmış əlavə sərfiyyata görə 10217.64 manat məbləğində cərimənin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Aşağıdakı əsaslara görə elektron qaydada məhkəməyə daxil olmuş İddiaçı adından vəkili Nümayəndə tərəfindən imzalanmış iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, Elektron qaydada məhkəməyə təqdim edilmiş iddia ərizəsindən görünür ki, İddiaçı adından iddia ərizəsini imzalayan şəxsin nümayəndəsi-vəkil Nümayəndə olduğu qeyd edilmişdir. İddia ərizəsinə həmin şəxsin İddiaçı adından bu ərizəni imzalamağa səlahiyyətinin olduğunu təsdiq edən etibarnamə əlavə edilməmişdir. Məhkəmə hesab edir ki, vəkil Nümayəndə İddiaçı adından olan ərizəni imzalamaq səlahiyyəti yoxdur. “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununun 1.1.6-cı maddəsinə əsasən, elektron imza sahibi - öz adından və ya qanunvericilikdə nəzərdə tutulmuş qaydada ona səlahiyyət vermiş şəxs adından çıxış edən fiziki şəxsdir Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 159.2.4-cü maddəsinə əsasən ərizə imzalanmadıqda və ya onu imzalamağa hüququ olmayan şəxs tərəfindən, yaxud xidməti vəziyyəti göstərilməyən şəxs tərəfindən imzalandıqda məhkəmə müvəqqəti təminat tədbirlərinin görülməsinə dair ərizənin geri qaytarılması haqqında qərardad qəbul edir. Beləliklə qeyd olunanları nəzərə alıb, məhkəmə hesab edir ki, iddia ərizəsi onu imzalamaqa hüququ olmayan şəxs tərəfindən imzalandığından, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalı, iddiaçıya izah olunmalıdır ki, nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən məhkəməyə müraciət etmək hüququna malikdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı adından vəkili Nümayəndə tərəfindən verilmiş iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya izah olunsun ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (gün) müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə 10 gün müddətində Göyçay Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Gülnaz Qurbanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar