Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № e-2(046)-721/2025 14.03.2025 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Qurbanova Gülnaz İntiqam qızı, İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı ödənilmiş sığorta ödənişinin subroqasiya qaydasında qaytarılması tələbinə dair iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı "xxxx" ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada sığorta ödənişinə görə 790 (yeddi yüz doxsan) manat sığorta ödənişi, ödənilmiş dövlət rüsumuna görə 30 (otuz) manat, cəmi 820 (səkkiz yüz iyirmi) manat pulun müştərək qaydada tutularaq iddiaçı "xxxx" ASC-nin xeyrinə tutularaq ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2022-ci il saat 13:00 radələrində Bakı şəhəri, Buzovna qəsəbəsi ərazisində Cavabdeh2 məxsus, Cavabdeh1 idarə etdiyi və tərəflərindən PXA********** saylı sığorta şəhadətnaməsi ilə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığortalanmış “Volkswagen Passat” markalı, **-NZ-*** dövlət qeydiyyat nişanlı avtomobil “Nissan Juke” markalı, **-SJ- *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, nəticədə sonuncuya maddi zərər dəymişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsi tərəfindən tərtib olunan 3(003)-766/2022 saylı qərara əsasən müəyyən olunmuşdur ki, Cavabdeh1 İXM-in 327.1-ci, 327.6-cı (yol hərəkəti qaydaları pozan nəqliyyat vasitəsi sürücüsünün yol nəqliyyat hadisəsi yerindən yayınması), 332.4-cü maddəsində (nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsinin idarə edilməsinə görə) nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmişdir. Tərtib edilmiş qüsur aktında göstərilmişdir ki, “Nissan Juke” markalı, **- SJ-*** dövlət qeydiyyat nişanlı avtomobilə vurulmuş maddi zərər 790 (yeddi yüz doxsan) manat təşkil edir. Bununla əlaqədar olaraq, "xxxx" ASC tərəfindən iş üzrə PXA111177/22 saylı sığorta aktı tərtib edilməklə zərərçəkənə dəymiş zərərə görə 790 (yeddi yüz doxsan) manat məbləğində sığorta ödənişi ödənilmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 23-1-ci fəslində təsbit edilmiş müddəaları rəhbər tutaraq, iddianın qiymətini nəzərə alıb, ərizəyə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxmışdır. Məhkəmə iddia ərizəsini iş materialları ilə birlikdə araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək qeyd edir ki, işdə olan sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət edir və iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatlarının alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurəti yoxdur. İş materillarında olan Bakı şəhəri Xəzər Rayon Məhəməsinin xx.xx.2022-ci il tarixli 3(003)-766/2022 saylı qərardan görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Cavabdeh1 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 400 (dörd yüz) manat məbləğində inzibati cərimə edilmişdir. «Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə» arayışdan görünür ki, “Volkswagen Passat” markalı, **-NZ-*** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh2 mülkiyyətindədir. İcbari Sığorta Müqaviləsinə dair məlumatdan görünür ki, ““Volkswagen Passat” markalı, **-NZ-*** dövlət qeydiyyat nişanlı avtomobil sığorta hadisəsi baş verdiyi zaman "xxxx" ASC-də icbari sığorta növündə sığortalanmışdır. “Volkswagen Passat” markalı, **-NZ-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2022ci ildən xx.xx.2023-cü ilədək "xxxx" ASC-də icbari sığorta növündə sığortalanmışdır. Sığortalı ilə xx.xx.2022-ci il tarixli PXA********** nömrəli sığorta müqaviləsi bağlanılmışdır. xx.xx.2022-ci il tarixli qiymətləndirmə aktına əsasən yol-nəqliyyat hadisəsi nəticəsində “Nissan Juke” markalı, **-SJ-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin məbləği 790 (yeddi yüz doxsan) manat müəyyən edilmişdir. xx.xx.2022-ci il tarixli pretenziya məktubundan görünür ki, Cavabdeh1 790 manat sığorta ödənişinin ödənilməsi xahiş olunmuş, əks təqdirdə məhkəməyə müraciət olunaraq məhkəmə məsrəflərinin tələb ediləcəyi bildirilmişdir. Sığorta aktından görünür ki, 790 (yeddi yüz doxsan) manat sığorta ödənişi X1 hesabına köçürülmüşdür. xx.xx.2025-ci il tarixli, **********13 saylı mədaxil qəbzindən görünür ki, iddia ərizəsinin verilməsi üçün 30 (otuz) manat dövlət rüsumu ödənilmişdir. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır (maddə 1096.2). 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. «İcbari sığortalar haqqında» haqqında qanunun 63.1-ci maddəsinə əsasən bu Qanunun 63.2-ci maddəsi nəzərə alınmaqla, avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. Məhkəmə qeyd edir ki, Cavabdeh1 avtomobili idarə edərkən təqsirli olduğu yolnəqliyyat hadisəsi nəticəsində “Volkswagen Passat” markalı, **-NZ-*** dövlət qeydiyyat nişanlı avtomobilə maddi zərər vurduğundan, daha sonra hadisə yerindən yayındığından və həmin zərər "xxxx" ASC ilə bağlanmış sığorta müqaviləsinin şərtlərinə əsasən sığortaçı "xxxx" ASC tərəfindən ödənildiyindən, verilmiş sığorta ödənişi həcmində tələb sonuncuya keçdiyindən iddiaçının verilmiş sığorta ödənişi həcmində zərəri tələb etmək hüququ vardır. Mülki qanunvericiliyin tələblərinə əsasən zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla, hazırki vəziyyətdə nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə sahiblik edən fiziki şəxsin öhdəsinə qoyulur. Göründüyü kimi, hazırki iş üzrə iddiaya cavab verməli olan şəxs Cavabdeh1dur. Buna baxmayaraq iddiaçı "xxxx" ASC-i iddia tələbini həmçinin digər Cavabdeh2 qarşı da irəli sürmüşdür. Halbuki iş üzrə tədqiq edilmiş sübutlardan digər Cavabdeh2 Cavabdeh1 ilə nə birgə (solitar), nədə ki, əlavə (subsidiar) məsuliyyətinin olması müəyyən olunmamışdır. Qeyd olunanları nəzərə alıb, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, verilmiş sığorta ödənişinin subroqasiya qaydasında ödəmək vəzifəsi mülki hüquq pozuntusu törətmiş zərər vuran Cavabdeh1 üzərinə qoyulmalı, bununla da iddia ona qarşı irəli sürülmüş hissədə təmin edilməlidir. Digər Cavabdeh2 qarşı yönəldilmiş tələb məhkəmə hesab edir ki, təmin olunmamalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, hazırkı qətnamə ilə iddia qiismən təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu Cavabdeh1 tutularaq iddiaçıya ödənilməlidir. Nəticə: Məhkəmə qeyd olunanları nəzərə alıb və Azərbaycan Respublikasının MPM-nin 119, 284-5, 284-6, 357, 358, 360, 362-ci maddələrini rəhbər tutaraq QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh1 790 (yeddi yüz doxsan) manat məbləğində pul alınaraq iddiaçı "xxxx" ASC-nə verilsin. Cavabdeh1 iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu alınaraq iddiaçı "xxxx" ASC-nə verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Gülnaz Qurbanova
Məhkəmə qərarları › İş №e-2(046)-721/2025
Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №e-2(046)-721/2025
14.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver