Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Göyçay rayonu İş № e-2(046)-723/2024 16.05.2024 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Giriş hissə: Hakim Qurbanova Gülnaz İntiqam qızının sədrliyi, Allahverdiyeva Sevinc Yaşar qızının katibliyi ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı lizinq müqaviləsi üzrə borcun və lizinq obyektinə vurulmuş zərərin ödənilməsi tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, Təsviri hissə: Müəyyən etdi: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 08 avqust 2023-cü il tarixli MAS-6045 saylı “Daxili lizinq” müqaviləsinə əsasən lizinq obyektindən müvəqqəti sahiblik və istifadə edilməsinə görə 12 dekabr 2023-cü il tarixə 578 manat 65 qəpik gecikdirilmiş əsas, 339 manat 79 qəpik gecikdirilmiş mükafat və həmin günə hesablanmış 49 manat 74 qəpik dəbbə pulu, həmçinin lizinq obyekti olan, “Khazar LX” minik markalı, 90-PY472 dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpası üçün tələb edilən 2106 manat 59 qəpik, ümumilikdə 3074 manat 77 qəpik borc və ödənilmiş 50 manat 75 qəpik dövlət rüsumunun İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 08 avqust 2023-cü il tarixli MAS-6045 saylı “Daxili lizinq” müqaviləsinə əsasən 2021-ci il buraxılışlı, “Khazar LX” minik markalı, **-PY-*** dövlət qeydiyyat nişanlı, ağ rəngli avtomobil onun müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. “Daxili lizinq müqaviləsi”nin ayrılmaz tərkib hissəsi olan Lizinq ödənişləri cədvəlinə (Əlavə №3) əsasən lizinq alan illik 18 % mükafat məbləği hesablanmaqla 39 aylıq müddətə hər ay sabit məbləğ olmaqla 405.25 manat, ümumilikdə isə 18005 manat məbləğində pulu İddiaçı MMC-nin hesabına ödəməyi öhdəsinə götürmüşdür. Ödənilməli olan ümumilikdə 18005 manatın 14100 manatı əsas məbləğ təşkil edir. Cavabdeh müvəqqəti istifadəsinə verilmiş İddiaçı MMC-nin mülkiyyətində olan, “Khazar LX” minik markalı, **-PY-*** dövlət qeydiyyat nişanlı avtomobil 12 dekabr 2023-cü il tarixdə şirkətin müvəqqəti duracağına yerləşdirilmiş və Servis Mərkəzi tərəfindən tərtib olunmuş qüsur aktına əsasən avtomobilə 2106 manat 59 qəpik məbləğində zərər vurulduğu müəyyən edilmişdir. Eyni zamanda Cavabdeh MAS-6045 saylı “Daxili lizinq” müqaviləsi üzrə lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə 12 dekabr 2023-cü il tarixə ümumilikdə 968 manat 18 qəpik məbləğində gecikmə borcu yaranmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş İddiaçı MMC -nin nümayəndəsi məhkəməyə gəlməmiş, İddiaçı MMC -nin nümayəndəsi X2 ərizə ilə məhkəməyə müraciət edərək işə onun iştirakı olmadan baxılaraq iddianın tam təmin edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.6ci maddəsinə əsasən işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. İş üzrə cavabdehə məhkəmənin yeri və vaxtı barədə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məhkəmə bildirişi vasitəsilə məlumat verilmiş, lakin Cavabdeh məhkəmə baxışında iştirak etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda məhkəmə işə baxmağa haqlıdır. Məhkəmə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İddiaçı MMC -nin nümayəndəsi X2 işə gəlməyən cavabdehin iştirakı olmadan baxılmaqla qiyabi qətnamə çıxarılmasını xahiş etdiyindən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 238.5-ci maddəsinə əsasən işə qiyabi icraat qaydasında baxılmışdır. İş materiallarına əlavə edilmiş İşə əlavə edilmiş 08 avqust 2023-cü il tarixli MAS-6045 saylı Daxili Lizinq müqaviləsinin surətindən görünür ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 08 avqust 2023-cü il tarixli MAS-6045 saylı “Daxili lizinq” müqaviləsinə əsasən 2021-ci il buraxılışlı, “Khazar LX” minik markalı, **-PY-*** dövlət qeydiyyat nişanlı, ağ rəngli avtomobil Cavabdeh müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə lizinq alan bu müqavilə ilə müəyyən edilmiş lizinq ödənişlərini ödəməlidir. 1.3-cü bəndinə əsasən, lizinq ödənişlərinin məbləği, ödənilməsi qaydası və müddətləri müqavilənin ayrılmaz tərkib hissəsi olan lizinq ödənişlərinin cədvəlində (Əlavə №3) müəyyən edilir. Lizinq ödənişlərinin cədvəlində göstərilən ödəniş aparılmalı gün ödəniş edilmədikdə, müqavilənin 7.2-ci bəndinə əsasən, lizinq alan gecikdirilən hər təqvim gününə lizinq ödənişi məbləğinə gündəlik 0.3 % hesanlanmaqla cərimə ödəyir. 4.4.1-ci bəndinə əsasən lizinq Alan müvafik standartlara, texniki şərtlərə, texniki istismar qaydalarına və istehsalçının təlimatlarına riayət etməklə lizinq obyektini yalnız onun təyinatı üzrə istifadə etməlidir. 4.4.2-ci bəndinə əsasən lizinq Alan lizinq obyektini saz vəziyyətdə saxlamalı, lizinq obyektinin təmiri ilə bağlı bütün xərcləri ödəməlidir. 5.1-ci bəndinə əsasən təhvil-təslim aktı imzalandığı andan müqavilənin bütün müddəti ərzində Lizinq Obyektinin zərərin bütün növlərindən qorunması, həmçinin onun təsadüfən məhv edilməsi və zədələnməsi riski Lizinq alana keçir. 9.1-ci bəndinə əsasən, lizinq alan lizinq obtektindən bu müqavilənin şərtlərini pozmaqla, yaxud onun təyinatına uyğun olmamaqla istifadə etdikdə, lizinq obyektini işlək halda saxlamadıqda və bu da onun istehlak keyfiyyətlərini pisləşdirdikdə, lizinq ödənişlərini müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmədikdə müqavilə lizinq verənin təşəbbüsü ilə, Lizinq alana hər hansı bir zərərin əvəzini ödəmədən ləğv edə bilər. İşə əlavə edilmiş 08 avqust 2023-cü il tarixli MAS-6045 saylı X1 3 saylı Əlavənin surətindən görünür ki, Cavabdeh illik 18 faiz hesablanmaqla 39 aylıq müddətə hər ay sabit məbləği olmaqla 405 manat 25 qəpik, ümumilikdə 14100 manat məbləğində pulu İddiaçı MMC-nin hesabına ödəməyi öhdəsinə götürmüşdür. İşə əlavə edilmiş 08 avqust 2023-cü il tarixli təhvil-təslim aktından görünür ki, Cavabdeh İddiaçı MMC-nin mülkiyyətində olan “KHAZAR LX” markalı, ** PY *** dövlət qeydiyyat nişanlı avtomobilin təhvil təslimi aparılmış, həmin aktı tərəflər imzalamışdır. İşə əlavə edilmiş xx.xx.2024-cü il tarixli İddiaçı MMC-nin servis aktından görünür ki, olan “KHAZAR LX” markalı, ** PY *** dövlət qeydiyyat nişanlı avtomobilə 2106 manat 59 qəpik ziyan dəymişdir. İşə əlavə edilmiş avtonəqliyyat vasitəsinin saxlanca qəbul edilməsi barədə xx.xx.2024-cü il tarixli aktdan görünür ki, “KHAZAR LX” markalı, ** PY *** dövlət qeydiyyat nişanlı avtomobilin kredit borcu ödənilə bilmədiyi üçün təhvil-təslim aparılmışdır. İşə əlavə edilmiş 19 fevral 2024-cü il tarixli arayışdan görünür ki, borclu Cavabdeh 08 avqust 2023-cü il tarixli MAS-6045 saylı daxili lizinq müqaviləsi üzrə xx.xx.2017-ci il tarixə 578 manat 65 qəpik əsas borcu, 339 manat 79 qəpik məbləğində mükafat borcu, 49 manat 74 qəpik məbləğində cərimə borcu, cəmi 968 manat 18 qəpik məbləğində borcu vardır. İşə əlavə edilmiş xx.xx.2024-cü il tarixdə cavabdehə göndərilmiş mübahisənin məhkəməyə qədər (pretenziya) nizama salınması barədə xəbərdarlıqdan görünür ki, “KHAZAR LX” markalı, ** PY *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş 2106 manat 59 qəpik zərərin cavabdehə ödənilməsi tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət olunaraq, borcun tutulması bildirilmişdir. İşə əlavə edilmiş xx.xx.2024-cü il tarixli 467 saylı arayışdan görünür ki, Cavabdeh iddiaçıya 08 avqust 2023-cü il tarixli MAS-6045 saylı “Daxili lizinq” müqaviləsinə əsasən əsas borcu 578 manat qəpik, mükafat borcu 339 manat 79 qəpik, cərimə 49 manat 74 qəpik, cəmi 968 manat 18 qəpik təşkil edir. İşə əlavə edilmiş qəbzdən görünür ki, işə baxılması ilə əlaqədar dövlət rüsumu üçün 50 manat 75 qəpik məbləğində pul İddiaçı MMC tərəfindən ödənilmişdir (********** saylı qəbz). Əsaslandırıcı hissə: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 747.1-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə, lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. 748-1.8-ci maddəsinə əsasən, lizinq müqaviləsi ləğv edildikdən sonra lizinq alan lizinq obyektini normal köhnəlmə (amortizasiya) və ya lizinq müqaviləsi ilə şərtlənən köhnəlmə nəzərə alınmaqla, lizinq verənə ondan aldığı vəziyyətdə (halda) qaytarmalıdır. 748-1.9-cu maddəsinə əsasən lizinq alan lizinq obyektini qaytarmayıbsa və ya vaxtında qaytarmayıbsa, lizinq verənin gecikmə vaxtı üçün ödəniş tələb etmək hüququ vardır. 748-1.12.4-cü maddəsinə əsasən lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə, lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır. 748-7.1-ci maddəsinə əsasən lizinq obyekti olan əmlakın zərərin bütün növlərindən qorunması, həmçinin onun məhv edilməsi, itirilməsi, korlanması, talanması, vaxtından əvvəl sıradan çıxması, quraşdırılması və ya istifadəsi zamanı buraxılan səhvlərdən və istismarı zamanı yol verilən risklərdən qorunması ilə bağlı məsuliyyəti, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq obyektinin faktiki qəbulu anından lizinq alan daşıyır. 748-7.11-ci maddəsinə əsasən lizinq ödənişlərinin ümumi məbləğinə (lizinq obyektinin əldə edilməsi ilə bağlı zəruri xərclər, lizinq verənin mükafatının məbləği, lizinq verənin əlavə xidmətlərinin haqqı və s.) daxildir. Məhkəmə araşdırılması zamanı müəyyən edildi ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 08 avqust 2023-cü il tarixli MAS-6045 saylı “Daxili lizinq müqaviləsi”nə əsasən Cavabdeh sifarişi ilə 2021-ci il buraxılışlı, “Khazar LX” minik markalı, **-PY-*** dövlət qeydiyyat nişanlı, ağ rəngli avtomobil 18005 manat məbləğinə İddiaçı MMC-nin mülkiyyətinə alınmış və sifarişçinin müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. “Daxili lizinq müqaviləsi”nin ayrılmaz tərkib hissəsi olan lizinq ödənişləri cədvəlinə (Əlavə №3) əsasən Cavabdeh illik 18 % hesablanmaqla 39 aylıq müddətə hər ay sabit məbləğ olmaqla 405.25 manat, ümumilikdə isə 18005 manat məbləğində pulu İddiaçı MMC- nin hesabına ödəməyi öhdəsinə götürmüşdür. Hazırda cavabdeh iddiaçı təşkilatla bağladığı müqavilə öhdəliklərini lazımi qaydada yerinə yetirmədiyinə görə, iddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı iddia tələbi irəli sürərək cavabdehin cəmiyyətə olan 575,65 manat gecikdirilmiş əsas, 339,79 manat gecikdirilmiş mükafat və həmin günə hesablanmış 49.74 manat dəbbə pulunun tutulmasını tələb edir. xx.xx.2024-cü il tarixində “Khazar LX” minik markalı, **-PY-*** dövlət qeydiyyat nişanlı avtomobilin təhvil-təslimi aparılaraq həmin avtomobil iddiaçıya geri qaytarılmışdır. Qüsur aktına əsasən müəyyən edir ki, “Khazar LX” minik markalı, **-PY-*** dövlət qeydiyyat nişanlı avtomaşına ümumilikdə 2106 manat 69 qəpik məbləğində ziyan dəymişdir. xx.xx.2023-cü il tarixli MAS-6045 saylı daxili lizinq müqaviləsinin 4.4.2-ci bəndinə əsasən lizinq alan lizinq obyektini saz vəziyyətdə saxlamalı, lizinq obyektinin təmiri ilə bağlı bütün xərcləri ödəməlidir. Həmin müqavilənin 5.1-ci bəndinə görə təhvil-təslim aktı imzalandığı andan müqavilənin bütün müddəti ərzində lizinq obyektinin zərərin bütün növlərindən qorunması, həmçinin onun təsadüfən məhv edilməsi və zədələnməsi riski lizinq alana keçir. Məhkəmə hesab edir ki, cavabdeh lizinq müqaviləsi üzrə öz üzərinə düşən öhdəlikləri lazımi qaydada icra etmədiyindən iddiaçı hazırki iddia tələbini irəli sürməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır. Göründüyü kimi Cavabdeh daxili lizinq müqaviləsi üzrə öhdəliklərini lazımi qaydada icra etməməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və bağlanmış müqavilədə öhdəliklərin lazımi qaydada icra edilməməsinə görə dəbbə pulu ödənilməsi nəzərdə tutulduğundan cavabdehdən iddiaçının xeyrinə dəbbə pulu tutulması üçün əsaslar mövcuddur. Lakin məhkəmə, hesablanmış cərimə məbləğinin yüksək olmasını, həmçinin, tərəflərin əmlak mənafelərini nəzərə alaraq hesab edir ki, Cavabdeh iddiaçının xeyrinə tutulacaq dəbbə pulunun miqdarı azaldılaraq 4 manat 90 qəpik məbləğində müəyyən edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Beləliklə məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh xx.xx.2023-cü il tarixli MAS-6045 saylı “Daxili lizinq” müqaviləsi üzrə 578 manat 65 qəpik əsas, 339 manat 79 qəpik mükafat və 4 manat 90 qəpik dəbbə pulu, lizinq obyektinə dəymiş zərərə görə 2106 manat 59 qəpik ,ümumilikdə 3029 manat 93 qəpik İddiaçı MMCnin xeyrinə tutulmalıdır Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda iddiaçı tərəfindən ödənilmiş 50 manat 75 qəpik dövlət rüsumu cavabdehdən alınaraq İddiaçı MMC -nə ödənilməlidir. Nəticə: Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216-220 və 222.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh xx.xx.2023-cü il tarixli MAS-6045 saylı “Daxili lizinq” müqaviləsi üzrə 578 manat 65 qəpik əsas, 339 manat 79 qəpik mükafat və 4 manat 90 qəpik dəbbə pulu, lizinq obyektinə dəymiş zərərə görə 2106 manat 59 qəpik, ümumilikdə 3029 (üç min iyirmi doqquz) manat 93 (doxsan üç) qəpik İddiaçı MMC -nin xeyrinə tutulsun. Cavabdeh dövlət rüsumu üçün ödənilmiş 50 (əlli) manat 75 (yetmiş beş) qəpik alınaraq İddiaçı MMC -nə verilsin. İddia qalan hissədə təmin edilməsin. Cavabdeh qiyabi qətnamənin ləğvi üçün 10 gün müddətində məhkəməyə ərizə verə bilər. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Göyçay rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Gülnaz Qurbanova
Məhkəmə qərarları › İş №e-2(046)-723/2024
Göyçay Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №e-2(046)-723/2024
16.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver